K (ID - 20010)Azərbaycan əlifbasının on altıncı hərfi. bax ke.
|
KABAB (ID - 20011)is. [ər.] Köz üstündə şişdə, yaxud od üzərində tavada doğranmış ətdən, balıqdan bişirilmiş xörək. Kabab bişirmək. Kababa qonaq etmək. Kabab çəkmək (tikə ətləri şişə keçirmək). - Kababı köz öldürər; İgidi söz öldürər....
|
KABABÇI (ID - 20012)is. Kababxanada işləyən adam. [Vəli:] Yoxsa öz oynamağın barəsində kababçı Həsən kimi böyük bir tənqidçinin rəyini soruşmaq istəyirdin? Ə.Haqverdiyev. // Sif. mənasında. Kababçı dükanı.
|
KABABÇILIQ (ID - 20013)is. Kababçı peşəsi. Əhalinin bir qismi də xırda ticarətlə - çayçılıq, kababçılıq, həlimaşıçılıq, bəzzazlıqla məşğul olardı. H.Sarabski.
|
KABABÇİLOV (ID - 20014)is. Xuruşu kabab olan çilov. Təbrizdən yeni gələn bir tanış deyirmiş ki, Həsəni Təbrizdə gördüm, məni kababçilova qonaq etdi. Qantəmir.
|
KABABXANA (ID - 20015)is. [ər. kəbab və fars. ...xanə] Kabab bişirilib satılan ictimai iaşə müəssisəsi. Piri maşını gölün qırağındakı kababxananın qabağında saxladı. İ.Məlikzadə.
|
KABABLI (ID - 20016)sif Kabab olan, kababla yeyilən, yanında (içərisində) kababı olan. [Yarməmməd:] Möhtərəm sədrin kabablı çörəkdən xoşu gəlir. M.İbrahimov.
|
KABABLIQ (ID - 20017)sif Kabab bişirmək üçün yarayan. Kabablıq ət. - [Qəmər:] Əti kabablıq (z.) doğrayıb duzlayacaqsan. S.S.Axundov. [Mirzə Qulam:] Bizim bu oğlana bir dörd kilo kabablıq erkək əti ver! Mir Cəlal.
|
KABALİSTİKA (ID - 20018)is. [qədim yəhudi dilində
rəvayət] 1. Mistik təsəvvürlər və mərasimlər. 2. məc. Anlaşılmaz, dolaşıq, müəmmalı. |
KABARDALI (ID - 20019)köhn. bax kabardin. Soyuq və boranlı bir gecədə məzkur abxazlının süd qardaşı kabardalı Səfər bəy ona qonaq olur. F.Köçərli.
|
KABARDİN (ID - 20020)is. Kabarda-Balkariyanm əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsubadam. Kabardin dili. Kabardin ədəbiyyatı.
|
KABARDİNCƏ (ID - 20021)sif və zərf Kabardin dilində. Kabardincə kitab. Kabardincə danışmaq.
|
KABARE (ID - 20022)[fr.] Estradası olan restoran, kafe.
|
KABEL (ID - 20023)[holl.] Elektrik enerjisini, səs siqnallarını nəql etmək üçün üstü hermetik örtülü məftil. Elektrik kabeli. Dəniz teleqraf kabeli. Telefon kabeli. Sualtı kabel.
|
KABİNET (ID - 20024)[fr.] 1. Evdə zehni işlə məşğul olmaq üçün xüsusi otaq; iş otağı. Advokat Əlabbas bəy kabinetində əyləşib çay içirdi. Ə.Haqverdiyev. Sərdar Rəşid.. kabineti boşaltdı. M.S.Ordubadi. İdarə və müəssisələrdə məsul şəxslərin...
|
KABİNETÇİLİK (ID - 20025)is. isteh. Canlı həyatdan uzaq düşmə; kabinetdə qapanıb real həyatdan xəbərsiz qalma, mücərrədliyə meyil; nəzəriyyəbazlıq.
|
KABİNƏ (ID - 20026)[fr.] 1. Budka şəklində kiçik otaq. Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük maşınının kabinəsi. Telefon kabinəsi. - Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə. M.Rahim. Mədəd zor-güc Gülşəni kabinədə...
|
KABİNKA (ID - 20027)[rus.] Kiçik kabinə (1-ci mənada). [Fərman] indi ekskavatorun kabinkasında oturaraq, iri maşını hərlədiyi halda, qızla olan ilk görüşünün təfsilatını xəyalında canlandırırdı. Ə.Sadıq. Cuma kabinkada şofer qızı da gördü....
|
KABOTAJ (ID - 20028)[fr.] dəniz. Hər hansı dövlətin bir dənizdəki sahilboyu gəmiçiliyi.
|
KABOTAJÇI (ID - 20029)is. dəniz. Kabotaj gəmisində işləyən dənizçi.
|
KABRİOLET (ID - 20030)is. [fr.] Biratlı, sürətli, ikitəkərli, yüngül araba.
2. Açılıb-örtülən yüngül avtomobilin örtüklü kuzovu. |
KABUS (ID - 20031)is. [ər.] Qarabasma. Lakin bu, yuxu deyil, kabus idi. Ə.Əbülhəsən. // Kölgə. Küçələri, evləri taun gəzir birbəbir; Bir qara kabus kimi o hər yerə baş çəkir. Vahabzadə. // Qorxulu yuxu, dəhşətli yuxu. // Xəstə təxəyyüllü və...
|
KADET1 (ID - 20032)[fr.] Çar Rusiyasında: qapalı orta hərbi məktəb müdavimi. Hələ baqidir yerində; Köhnə qaydalar, adətlər; Hələ küncbucaq gəzir; Yunkerlər, kadetlər. R.Rza. Kadet korpusu - 1918-ci il inqilabından qabaqkı Rusiyada: zadəgan oğlanlarını...
|
KADET2 (ID - 20033)[rus.] 1905-ci ildə çar Rusiyasında yaradılmış, imperialist burjuaziyanın başlıca partiyası olan konstitusion-demokratik partiyanın üzvü, ya tərəfdarı.
|
KADMİUM (ID - 20034)[lat.] kim. 1. Sink filizlərinin tərkibində olan gümüşü-ağ yüngül metal; kimyəvi element.
2. Müxtəlif çalarları olan süni sarı boya. |
KADR1 (ID - 20035)[fr.] Kino və ya fotolentində ayrı-ayrı şəkil, səhnə. Kinolentində şəkil hərəkətsiz kadrlardan ibarətdir. // Kinofilmindən ayrıca bir səhnə, epizod.
|
KADR2 (ID - 20036)[fr.] 1. Qoşun hissələrinin sülh zamanı tərxis edilməyən daimi heyəti. Ordu kadrları. Kadr qoşunları.
2. Hər hansı bir müəssisənin, idarənin, təşkilatın hazırlıqlı, ixtisaslı işçilərinin əsas heyəti (bu mənada adətən... |
KADRİL (ID - 20037)[fr.] Cüt-cüt oynanılan altı qısa fiqurdan ibarət rəqs və bu rəqsin musiqisi. Arkadi kənara çəkildisə də, hey Odinsovaya baxır və kadril oynadıqları zaman belə gözünü ondan çəkmirdi. Turgenevdən.
|
KAFE (ID - 20038) |
KAFEDRA (ID - 20039)[yun.] 1. Auditoriyalarda mühazirəçi və ya natiq üçün hündür yer; xitabət kürsüsü. Salonu ağzına almış gurultular arasında Ruqiyyə kafedranın dalına keçdi. Mir Cəlal.
2. Ali məktəblərdə: məzmunca bir-birinə yaxın olan... |
KAFEL (ID - 20040)[alm.] 1. Üzərinə şir çəkilmiş çox nazik kərpic; kaşı. Kafel zavodu. Kafel ustası. - [Dadaşov:] Bilirəm ki, rayonda neçə adama kafel, parket filan satıb... I.Məlikzadə.
2. Kafel vurulmuş, üzərinə kafel çəkilmiş; kafeli olan.... |
KAFELÇİ (ID - 20041)is. xüs. 1. Kafel hazırlayan, kafel qayıran usta, fəhlə. Kafel (kaşı) çəkən usta.
|
KAFELLİ (ID - 20042)sif Üzünə kafel (kaşı) çəkilmiş. Kafelli divar. Kafelli mətbəx.
|
KAFEŞANTAN (ID - 20043) |
KAFƏR (ID - 20044)klas. bax kafir. Səni qoyub, bütə eylər ibadətin kafər; Əzabi-duzəxə ol vəchdən olur qabil. Füzuli. Bu qarə gün ki mənim başıma hicrində gəlib; Həqq nəsib eyləməsin kafərə, ey badi-səba! S.Ə.Şirvani. Bayram günü islam olan...
|
KAFİ (ID - 20045)sif [ər. ] 1. Kifayət edən, bəs edən, tələbi təmin edən. Kafi qədər. Kafi məbləğ. // Zərf mənasında. Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafi dərəcədə məmnun etmədi. Çəmənzəminli. [Qafar:]...
|
KAFİLİK (ID - 20046)is. Kifayət etmə, kafi olma; bəslik.
|
KAFİR (ID - 20047)sif. [ər.] 1. Müsəlman olmayan, islam dininə etiqad etməyən; qeyri-müsəlman. // Is. mənasında. Kafır olsaydı əgər rəhmə gələrdi, gözəlim; O qədər ki, sənə mən dərdimi izhar elədim. Şəhriyar. □ Kafir olmaq - başqa dinə...
|
KAFİRCƏSİNƏ (ID - 20048)zərfi İnsafsızcasına, zalımcasına.
|
KAFİRLİK (ID - 20049)is. 1. Allahı inkar etmə; müşriklik, dinsizlik, küfr.
2. məc. dan. Zalımlıq, insafsızlıq mənasında. |
KAFTAN (ID - 20050)is. köhn. Uzunətəkli qədim kəndli paltarı; don. Cəfər Bərməki məclislərinin daimi iştirakçısı olan xorasanlı əyanlar qara kaftanlarını çıxardıb kimi ağ, kimi yaşıl geyindi. Ə.Məmmədxanlı.
|
KAFTANLI (ID - 20051)sif. köhn. Əyninə kaftan geymiş. Kaftanlı kəndli.
|
KAFTAR (ID - 20052)is. 1. zool. Səhra və yarımsəhra yerlərdə yaşayan və başlıca olaraq leş yeməklə keçinən yırtıcı məməli heyvan; goreşən. [Pəri nənə:] ..Keçmişdə bizim qədim qışlağa bir kaftar dadanmışdı. S.Rəhimov.
2. məc. dan.... |
KAFTARKUS (ID - 20053)1. B a x kaftar 2-ci mənada. [Fərzəli:] Görmürsən bu kaftarkusu, necə bu Alagöz qızın üstünə xoruzlanır? S.Rəhimov.
is. Keçmişdə el arasında məzhəkəli oyun növü. |
KAFTARLAŞMA (ID - 20054)"Kaftarlaşmaq” dan f.is.
|
KAFTARLAŞMAQ (ID - 20055)f dan. Qocalmaq, qocalıqdan siması dəyişmək, qocalıb əldən düşmək.
|
KAFTARLIQ (ID - 20056)is. dan. Qocalıq, qocalıb əldən düşmə.
|
KAFUR (ID - 20057)is. [ər.] Həmin adda ağacın kitrəsindən alınan, təbabətdə və texnikada işlədilən kəskin və spesifik qoxulu maddə. Kafur ağacı - Çin, Yaponiya və Hindistan kimi Asiya ölkələrində bitən, dəfnəyə bənzər həmişəyaşıl ağac....
|
KAFURİ (ID - 20058)sif [ər.] Kafura aid olan, tərkibində kafur olan.
|
KAĞIZ (ID - 20059)is. 1. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s.-dən hazırlanan xüsusi material. - Pul qalmadı, baxmışam hesabə; Getdi qələmə, kağız, kitabə....
|
Bu səhifə dəfə baxılıb