İzahlı lüğət

KİSƏLƏTMƏK (ID - 21460)

b a x kisələtdirmək.

KİSƏLİ (ID - 21461)

sif Kisəsi olan (bax kisə 4-cü mənada). Kisəli heyvanlar.

KİSƏLİLƏR (ID - 21462)

cəm zool. Məməlilər sinfınə mənsub olub, yaxşı inkişaf etməmiş kiçik balalar doğan və onları qarınları altındakı kisədə saxlayıb böyüdən kisəli heyvanlar (məs.: kenquru, köstəbək). Tabaşir dövrünün xırda məməli heyvanları...

KİSƏYİ (ID - 21463)

is. Nazik şəffaf parça. 2 metr kisəyi. // Həmin parçadan tikilmiş. [Gülbadam] ağ kisəyi köynəyinin enli qolları ilə uşağın alnındakı təri sildi. N.Nərimanov. Qadınlar kisəyidən nazik paltar geyib, başlarını yaylıqla örtmüşdülər....

KİST (ID - 21464)

is. [rus.] Bir şeyə rəng və ya yapışqan sürtmək, yaxud sulu və ya yağlı boya ilə şəkil çəkmək üçün ucuna cod tük topası bağlanmış alət; fırça. Müharibə günündə kəskin bir silah olur; Mənim əlimdə qələm, rəssamın...

KİSVƏT (ID - 21465)

is. [ər.] klas. Paltar, libas. Çün naməyə qıldı bir nəzarə; Can kisvətin etdi parə-parə. Füzuli. Pəhləvanlar kisvət geyir, yağlanır; Cümlə bəzirganlar burda əylənir. “Aşıq Qərib”.

KİŞ (ID - 21466)

nida. Toyuqları, quşları və s. qovmaq üçün çıxarılan səs. Vuraram ölər, kiş deyərəm, getməz. (Məsəl). [Qaraş xoruza:] Kiş, kiş, öləsən, səni! M.İbrahimov. Kiş, kiş, qırılmışlar! - deyə, Adilə əyilib yerdən fındıq...

KİŞİ (ID - 21467)

is. 1. Cinscə qadının əksi. Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər. (Ata. sözü). [Rüstəm bəy:] Mən gözümün ağıqarası olan bir qızımı, bax bu kişiyə ərə verirəm. Ü.Hacıbəyov. Bu gün kişilərdən daha çox...

KİŞİCİYƏZ, KİŞİCİK (ID - 21468)

“Kişi” sözündən oxş. [Tükəz:] Kişiciyi tovluyub qaçaq mala apardılar. M.F.Axundzadə. [Zərrintac:] Guya bizim bu kişiciyin böyük bir gəmisi-zadı batıbdır! S Rəhimov.

KİŞİ-KİŞİ (ID - 21469)

zərf Kişilərə məxsus bir tərzdə, kişi kimi, yaşlı adam kimi. Aslan baltanı götürür, kişi-kişi soba üçün odun yarırdı. S.Rəhimov.

KİŞİLƏNMƏ (ID - 21470)

“Kişilənmək” dən f is.

KİŞİLƏNMƏK (ID - 21471)

f. 1. Kəkələnmək, xoruzlanmaq, cəsarətlənmək, üstünə qabarmaq. [Hacı:] Demək ki, Sultanəli tək məni söyür, ya Məşədi Cahangirə kişilənir? Mir Cəlal. Ancaq Sadığın yanında özünü təhqir olunmuş sayan Kərim bir az kişiləndi....

KİŞİLƏŞMƏ (ID - 21472)

“Kişiləşmək” dən f.is.

KİŞİLƏŞMƏK (ID - 21473)

f 1. Cismən yetkinləşmək, möhkəmlənmək, tamamilə boya-başa çatmaq, yekəlmək. Kişi xasiyyətli olmaq, kişi kimi olmaq. Kişilərlə yoldaşlıq edib bir vəzifə daşıdığım üçün kişiləşmədim ki! M.S.Ordubadi.
B a x kişilənmək...

KİŞİLİ-ARVADLI (ID - 21474)

top. Həm kişilər, həm qadınlar; hamı. Ya rəbbi! - deyə bu dəfə kişiliarvadlı bütün məclisdəkilər yerbəyerdən səsləndilər. M.Rzaquluzadə.

KİŞİLİK (ID - 21475)

is. 1. Qoçaqlıq, igidlik, mərdlik, mətanət, səbat, qeyrət, hünər. Hücuma başlarkən Bədəlov taqımına demişdi: - Bax, kişilik vaxtıdır, qırdığınızı qırın, olmadı əsir tutun.. Ə.Əbülhəsən. [Fərhad] döyüşçülərlə...

KİŞİSİZ (ID - 21476)

KİŞİVARİ (ID - 21477)

sifl Kişiyə oxşar kimi, kişi kimi. [Məşədi Kaşani:] Görünüz iş nə mərtəbəyə çatıbdır ki, bir para ünas xeylağı kişivari paltar geyib konduktorluq və sərtiblik edir. Qantəmir.

KİŞİVARİLİK (ID - 21478)

is. Kişiyə oxşama, özünü kişiyə oxşatma.

KİŞ-KİŞ (ID - 21479)

b a x kiş. Kiş-kişlə donuz darıdan çıxmaz. (Ata. sözü).
□□ Kiş-kişlər olsun! - Allah eləməsin, Allah göstərməsin, ev-eşikdən uzaq olsun. Arvad .. samovara kömür salır, gülə-gülə əlini dizinə vurub deyir: - Kiş-kişlər...

KİŞLƏMƏ (ID - 21480)

“Kişləmək” dən f.is.

KİŞLƏMƏK (ID - 21481)

f “Kiş” deyərək toyuqları, quşları qovmaq. Toyuqları kişləmək.

KİŞMİR (ID - 21482)

is. [Hindistandakı Kişmir şəhərinin adından] Nazik yun və ya yarımyun parça növü. Kişmirdən şaldı səndə; Dil deyil, baldı səndə; Mən verdiyim nişana; Yadigar qaldı səndə. (Bayatı). // Bu parçadan olan şal, örtük. Gümüşdən...

KİŞMİRİ (ID - 21483)

sif Kişmirdən tikilmiş, kişmirdən olan. Kişmiri paltar. Kişmiri şal.

KİŞMİŞ (ID - 21484)

is. [fars.] Üzüm qurusu. [Qulançarı:] Afərin bacım Zeynəb, indi otur, bunları dəstə tutaq, bazarda satıb sənə çoxlu kişmiş alacağam. S.S.Axundov.

KİŞMİŞİ (ID - 21485)

is. Tezyetişən, xırda dənəli, şirin üzüm növü.
□□ Kişmişi gülmək - kəsik-kəsik, xırdaxırda, yavaş səslə gülmək. [Nazlı:] Bəxtəvər necə kişmişi gülür. Ə.Məmmədxanlı.

KİŞNƏK (ID - 21486)

bax kişnərti.

KİŞNƏMƏ (ID - 21487)

“Kişnəmək” dən f.is. // Kişnəmək səsi. Nəbi boz atın kişnəməsinə ayılır. “Qaçaq Nəbi”. Yavuqdan at kişnəməsi də eşidilir. C.Məmmədquluzadə.

KİŞNƏMƏK (ID - 21488)

f 1. Kişnərti səsi çıxarmaq. Buralardan yüyür, tez ötüş barı; Ilxının kişnəyir ayğır atları. A.Səhhət. Kor at sahibinə yanaşıb qəmgin və titrək səslə ucadan kişnədi. M.Hüseyn. // məc. At kimi səs çıxarmaq, qaqqıldamaq....

KİŞNƏRTİ (ID - 21489)

is. 1. Atın çıxardığı səs; kişnəmə. Atın kişnərtisinə bir gəlin çölə çıxdı. Ə.Vəliyev. [Sərvinaz] ..çöldəki hənirtini alan çal atın kişnərtisini eşidirdi. B.Bayramov.
2. məc. Uğultu, şiddətli səs. □ Kişnərti...

KİŞNƏŞMƏ (ID - 21490)

“Kişnəşmək” dən f.is.

KİŞNƏŞMƏK (ID - 21491)

qarş. Kişnəmək (eyni vaxtda bir çox at haqqında). Mələşmir sürülər, kişnəşmir atlar; Niyə pərişandır halların, dağlar! Aşıq Ələsgər. Muğanda sayrışır bağlar-bağatlar; Oynaşır ilxılar, kişnəşir atlar. S.Vurğun.

KİŞVƏR (ID - 21492)

is. [fars.] klas. Ölkə, məmləkət. Leyli məhi-asimani-həşmət; Məcnun şəhikişvəri-məlahət. Füzuli. Bizə çox kişvərü vilayətlər; Etdilər lütflər, inayətlər. M.Ə.Sabir.

KİTAB (ID - 21493)

is. [ər.] 1. Üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cildlənmiş nəşriyyat növü. // Əlyazması şəklində olan bu cür əsər. Qalın kitab. Böyük kitab. - Nə qədər ki, qamusları vərəqlədim,...

KİTABALTT (ID - 21494)

is. Kitabı açıq saxlamaq üçün dayaq, altlıq; rəhil.

KİTABÇA (ID - 21495)

is. 1. Kiçik kitab, balaca kitab. [Pyotr] qəzetlərin arasından bir kitabça ayırıb onlara göstərdi. S.Rəhman. Gülşən xeyli fikirləşdikdən sonra stolun sağ tərəfindəki kitabçanı əlinə götürdü. Ə.Vəliyev.
2. İçərisində...

KİTABÇI (ID - 21496)

is. 1. Kitab həvəskarı, kitab sevən, kitaba həris; kitabpərəst. Kitab ticarəti işçisi; kitabsatan.
Sif. mənasında. Kitab alveri ilə məşğul olan; kitabsatan. [Mirzə Qədirin] şəhərin mərkəzində ikiqatlı evi, mətbəəsi, böyük...

KİTABDAR (ID - 21497)

is. [ər. kitab və fars. ...dar] köhn. Kitabxanaçı, kitab saxlayan, kitabxana işçisi. Ikinci 0ah Ismayılın dövründə [Sadiq bəy Əfşar] saray kitabxanasının xidmətçilərindən olmuş və nəhayət, Birinci 0ah Abbasın kitabdarı vəzifəsini...

KİTABƏ (ID - 21498)

is. [ər.] 1. Binanın qapısı, daşlar, yaxud abidələr üzərində yazılmış və ya qazılmış yazı. Əvvəlcə, onların Ərəbli dedikləri kəndin köhnə adı Aran kəndidir. Orada olan kitabələr və sairə də bunu isbat edir. M.S.Ordubadi....

KİTABƏT (ID - 21499)

is. [ər.] klas. 1. Yazı yazma sənəti, yazma. Əqlimi puç etdi kitabət, yazı. Ə.Nəzmi. □ Kitabət etmək - yazmaq. Ayrıayrı hərə kitabət edir; Xacələr onlara nəzarət edir. A.Səhhət.
Katiblik, katib vəzifəsi.

KİTABXANA (ID - 21500)

is. [ər. kitab və fars. ...xanə]
Ümumi istifadə üçün kitabların toplandığı və mühafizə edildiyi yer. Kütləvi kitabxana. Məktəb kitabxanası. - Nərgiz özü isə kənd kitabxanasının müdiri olduğundan işə bir saatdan sonra...

KİTABXANAÇT (ID - 21501)

is. Kitabxana işçisi. Qoca
kitabxanaçı Tahirin üzə salıb istədiyi kitabı verdi. M.Hüseyn. Hüquq fakültəsinin böyük və zəngin kitabxanasında kitabxanaçılar çalışıb-əlləşir, tələbələri, müəllimləri.. istədikləri...

KİTABXANAÇTLTQ (ID - 21502)

is. Kitabxanaçı peşəsi, vəzifəsi, işi.

KİTABİ (ID - 21503)

is. [ər.] Kitab (kvadrat) şəklində şüşə qab. Baxma kitabi-hikmətə, mey tök kitabiyə; Çoxdan itibdir, ey ləbi-meykun, kitabımız. S.Ə.Şirvani. // sif. Bu şəkildə olan. Kitabi şüşə.

KİTABPƏRƏST (ID - 21504)

sif. və is. [ər. kitab və fars. ...pərəst] Kitabı çox sevən, kitaba vurğun olan, kitabdan ayrıla bilməyən (adam). Kitabpərəst adam.

KİTABPƏRƏSTLİK (ID - 21505)

is. Kitabı, kitab yığmağı, kitab oxumağı sevmə, kitaba vurğunluq. [Zivər xanım:] [Atam] heç axıra qədər də Məlikin bu kitabpərəstliyindən xoşlanmırdı. S.Rəhimov.

KİTABSATAN (ID - 21506)

is. Kitab satmaqla məşğul olan adam.

KİTABŞÜNAS (ID - 21507)

is. [ər. kitab və fars. ...şünas] Kitabşünaslıqla məşğul olan adam, kitab tanıyan, kitabşünaslıq mütəxəssisi.

KİTABŞÜNASLTQ (ID - 21508)

is. Kitablar haqqında elm.

KİTEL (ID - 21509)

[alm. Kittel] Hərbi biçimdə pencək, dikyaxalı kurtka. Pristav və yoldaşları əyləşdilər. Onlar kitellərinin yaxasını açdılar. İ.Şıxlı. Hələ əynində olan və onun mütənasib bədəninə, dikbaxışlı qumral gözlərinə .. çox...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed