KƏCPAPAQ (ID - 20660)sif. 1. Papağını yan qoyan.
məc. Forslu, qürrəli. Kəcpapaq oğlan. |
KƏCRƏFTAR (ID - 20661)rif. [fars.] Pis rəftarlı, rəftarı olmayan, yola getməyən. // məc. Nəhs, tərs, uğursuz. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax; Ruzigarə qıl tamaşa, karə bax, girdarə bax. M.P.Vaqif.
|
KƏDƏR (ID - 20662)is. [ər.] Qəm, qüssə, dərd, ruhi iztirab. [Maral:] Uff, bəxtiyarlıq içində ölmək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli imiş... H.Cavid. Neçəsində fərəhim var; Neçəsində kədərim var. B.Vahabzadə. Səmədin...
|
KƏDƏRAVƏR (ID - 20663)sif. [ər. kədər və fars. ...avər] klas. bax kədərləndirici. [Aslan] zəifləmişdi, qırışıq üzünü tük basmışdı, kədəravər bir görkəm almışdı. C.Cabbarlı.
|
KƏDƏRƏNGİZ (ID - 20664)sif. [ər. kədər və fars. ...əngiz] klas. bax kədəravər. Torpaqların üzərinə sərilmiş əlvan güllərin görünüşü qanlı bir otağın görünüşü qədər kədərəngizdir. M.S.Ordubadi.
|
KƏDƏRLƏNDİRİCİ (ID - 20665)sif. Kədər gətirən, qüssə gətirən; qəmləndirən, qüssələndirən. Kədərləndirici hadisə. Kədərləndirici xəbər. Kədərləndirici mənzərə.
|
KƏDƏRLƏNDİRİCİLİK (ID - 20666)is. Kədər gətirmə, kədər vermə.
|
KƏDƏRLƏNDİRİLMƏ (ID - 20667)“Kədərləndirilmək” dən f.is.
|
KƏDƏRLƏNDİRİLMƏK (ID - 20668)məch. Qəmləndirilmək, qüssələndirilmək, məyus edilmək, dərd (kədər) verilmək.
|
KƏDƏRLƏNDİRMƏ (ID - 20669)“Kədərləndirmək” dən f.is.
|
KƏDƏRLƏNDİRMƏK (ID - 20670)f. Kədərli etmək, qəmləndirmək, qüssələndirmək, çox məyus etmək. Xəbər onu kədərləndirdi. Uşağın xəstəliyi ananı kədərləndirdi. - Bu .. kişinin sonsuzluğu Ataşı istər-istəməz kədərləndirirdi. Ə.Vəliyev. [Elçin Sevincə:]...
|
KƏDƏRLƏNMƏ (ID - 20671)“Kədərlənmək” dən f.is.
|
KƏDƏRLƏNMƏK (ID - 20672)f. Kədərə batmaq, qəmlənmək, qüssələnmək, çox məyus olmaq. Bu xəbərdən kədərləndi. Oğlunu görə bilmədiyi üçün kədərləndi. - Sabir düşünür, kədərlənir, dərslərini hazırlamağa çalışırdı. S.Rəhimov. Səfər kişi...
|
KƏDƏRLİ (ID - 20673)sif Qəmgin, dərdli, mükəddər, hüznlü. Kədərli ana. - Kədərli bir qəlbin yanıq fəğanı; Yandırır ürəyi daşdan olanı. Ə.Cavad. Doğrudan da qız çox düşkün və kədərli idi. M.İbrahimov. // Kədər ifadə edən. Kədərli gözlər....
|
KƏDƏRLİLİK (ID - 20674)is. Kədərli adamın hal və vəziyyəti; qüssəlilik, qəmlilik, dərdlilik.
|
KƏDƏRSİZ (ID - 20675)sif Kədəri olmayan, qəmsiz, qüssəsiz, dərdsiz. Kədərsiz adam. // məc. Şən, qayğısız, məsud. Kədərsiz həyat. - Nadir bulunur bizdə bulud, sis; Şən ruhumuzun üfqü kədərsiz. H.Cavid.
|
KƏDƏRSİZLİK (ID - 20676)is. Kədərsiz adamın halı; qəmsizlik, qüssəsizlik.
|
KƏF1 (ID - 20677)is. [fars.] Köpük (od üstündə bişən xörək və s.-də). Xörəyin kəfni götürmək. Sabun kəfi. - Qazan daşdı, kəfin al; Qaynadıqca kəfin al. (Bayatı). Mən əti doğrayıb qurtaranda Gülqədəm düyünün kəfini yığırdı. Ə.Vəliyev....
|
KƏF2 (ID - 20678)bax kəfə. Əlinin kəfi qabar çalıb.
|
KƏFƏ (ID - 20679)is. [ər.] Ovuc, əlin içi, aya. Bir az kənarda bir övrət çömbəlib və çənəsini hər iki əlinin kəfəsinə qoyub qaşqabaqla Əhmədin ağlamasına tamaşa edirdi. C.Məmmədquluzadə.
|
KƏFƏN (ID - 20680)is. [ər.] 1. Meyitin sarındığı ağ, bez. Kəfən oğrusundan adamlıq ummazlar. (Ata. sözü).
Keçmişdə: zəvvarların, dindar, mövhumatçı müsəlmanların dini ayinlər zamanı geydikləri kəfənə oxşar uzun ağ paltar. məc.... |
KƏFƏNLƏMƏ (ID - 20681)“Kəfənləmək” dən f.is.
|
KƏFƏNLƏMƏK (ID - 20682)f Meyiti kəfənə bürümək, kəfənə tutmaq. Səlim [qocanı] mafəyə
qoydu, yudu, kəfənnədi, həmin dediyi gül ağacının dibində basdırdı. (Nağıl). [Vəzir:] Kənarda bir meyit var idi, götürdük. Gətirib kəfənlədik və qəbrə... |
KƏFƏNLƏNMƏ (ID - 20683)“Kəfənlənmək” dən f.is.
|
KƏFƏNLƏNMƏK (ID - 20684)məch. Kəfənə bürüdülmək, kəfənə tutulmaq.
|
KƏFƏNLİ (ID - 20685)sif 1. Kəfəni olan; kəfənlənmiş. Kəfənli meyit.
köhn. Boynuna kəfən salmış, kəfən geymiş (bax kəfən 2-ci mənada). Ağ kəfənli adamlar zikr deyib, başlarını gorda ilə yarırdılar. Çəmənzəminli. Arxadan sükut içərisində... |
KƏFƏNLİK (ID - 20686)is. Kəfənə yarar, kəfən üçün işlədilən parça. Pambığın hər qozası düşmənə; Olmalı bir kəfənlik. R.Rza. Kimsə qara gün üçün yaxdanda saxladığı kəfənliyini gətirdi, meyiti kəfənləyib cənazəyə qoydular və üstünə...
|
KƏFƏNSİZ (ID - 20687)sif Kəfəni olmayan, kəfənlənməmiş. Kəfənsiz meyit. // Zərf mənasında. Meyiti kəfənsiz (z.) basdırmaq. - Meynələrində qora; Ilişdim, düşdüm tora; Səni mənnən eləyən; Kəfənsiz getsin gora. (Bayatı). Qoxudu dağ-dərə barıtdan,...
|
KƏFFARƏ (ID - 20688)is. [ər.] Dindarların, öz günahlarını bağışlatmaq ümidi ilə verdikləri sədəqə, tutduqları oruc və s. Mənə meydən keçən gün tövbə verdi şeyx, ey Seyyid; Bu gün mən də alıb mey, şeyx üçün kəffarə göndərdim. S.Ə.Şirvani....
|
KƏFGİR (ID - 20689)is. [fars.] 1. Xörəyin kəfini götürmək, plov çəkmək və s. üçün işlədilən deşik-deşik alət, böyük qaşıq. [Çayçı] əlində kəfgir gah plov qazanına baxır, gah tavaya nəzər yetirirdi. M.İbrahimov. Göyçək arvad əlində...
|
KƏFGİRLİ (ID - 20690) |
KƏFLƏMƏ (ID - 20691)is. dan. Toz halında dərman. Kinə kəfləməsi.
|
KƏFLƏNMƏ (ID - 20692)“Kəflənmək” dən f.is.
|
KƏFLƏNMƏK (ID - 20693)f Qaynadılan zaman köpüklə örtülmək. Ət kəfləndi.
|
KƏFLİ (ID - 20694)sif Kəfi olan, köpüyü olan; köpüklü. Kəfli dolma.
|
KƏFRƏM (ID - 20695)is. məh. Mitil. [Ataş Əsgər bəyə:] Döşəklərin yununu boşaldıb, yorğanların kəfrəminə baxdıran kimdir? Ə.Vəliyev.
|
KƏFRƏMLİ (ID - 20696)sif. Kəfrəmi olan; mitilli.
|
KƏHƏR (ID - 20697)sif Açıq-şabalıdı rəng (at haqqında). Qurbanəli bəyin nökəri bir kəhər atın çilovundan yapışıb bir az kənarda dolandırırdı. C.Məmmədquluzadə. Kişnəyəcək qaşqa, kəhər atım mənim; Xallı toplan ayağına dolaşacaq; Kənd...
|
KƏHİLDƏMƏ (ID - 20698)“Kəhildəmək” dən f.is.
|
KƏHİLDƏMƏK (ID - 20699)f məh. Çətinliklə, tövşüyə-tövşüyə nəfəs almaq; ləhləmək, tövşümək. Tövlənin qapısı açıldı və cahıllar kəhildəyə-kəhildəyə (z.) atları töyləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına....
|
KƏHİLTİ (ID - 20700)is. Dərindən nəfəs alarkən çıxarılan səs.
|
KƏHKƏŞAN (ID - 20701)is. [fars.] şair. Gecələr göy üzündə ağ yol şəklində görünən ulduzlar topası; hacılar yolu, süd yolu. Kəhkəşan südlü nəhri andıraraq; Əzəli bir kitab oxurdu mana. H.Cavid. Hər ulduzun yeri var kəhkəşanlar içində; Hər nəhrdən...
|
KƏHRƏBA (ID - 20702)is. [fars.] Müxtəlif xırda bəzək şeyləri qayrılan qatranlı şəffaf, sarı və ya sarı-qonur rəngli bərk maddə. Kəhrəbadan qayrılan muncuq. Kəhrəbadan bilərzik. // Həmin maddədən qayrılmış bəzək (şeyi). Gümüş biləklərin,...
|
KƏHRƏBALI (ID - 20703)sif Kəhrəbası olan, kəhrəba ilə bəzədilmiş, kəhrəbadan düzəldilmiş. Kəhrəbalı bilərzik.
|
KƏHRİMƏ (ID - 20704)“Kəhrimək” dən f.is.
|
KƏHRİMƏKf (ID - 20705)məh. Qocalmaq, qartlamaq. Sümüyü kəhrimiş adam. Ağac kəhrimişdir.
|
KƏHRİZ (ID - 20706)is. [fars.] Yeraltı su yolu, su kəməri. Dərədə kəhriz suyu ilə işləyən stansiyanın təzə binası ağarırdı. M.Hüseyn. Yalnız qoşa kəhrizin böyründən gələn araba yolu ilə bir avtomobil sürətlə .. gəlirdi. Mir Cəlal. □ Kəhriz...
|
KƏHRİZLİ (ID - 20707)sif Kəhrizi olan. Kəhrizli bağ. [Gəray ağa] ..fikrən öz kəhrizli mülklərinə, Qarabağa qayıdır, Müqim bəyin qarasınca mırıldanırdı. S.Rəhimov.
|
KƏHRİZŞEYTANI (ID - 20708)is. zool. Qarınayaqlılar fəsiləsindən dayaz sularda, kəhrizlərdə yaşayan canlı.
|
KƏKƏ (ID - 20709)sif Danışarkən kəkələyən; kəkov. Kəkə uşaq. Anadan kəkə (z.) doğulmaq.
|
Bu səhifə dəfə baxılıb