İzahlı lüğət

KOLORİT (ID - 21660)

[ital. colorite, əsli lat. color]
Şəkildə, rəngli qravürada, mozaikada və s.-də rənglər, tonlar arasında əlaqə, münasibət, uyğunluq. Şəklin koloriti. // Rəng, rəng çaları.
məc. Xüsusiyyət, bir şeyin özünə məxsus...

KOLORİTLİ (ID - 21661)

sif Koloriti olan, müəyyən koloritə malik; koloriti, xüsusiyyəti bariz surətdə özünü göstərən. Koloritli tamaşa.

KOLPAN (ID - 21662)

sif. məh. Qollu-budaqlı, şaxəli, çoxlu xırda qol-budağı olan. Kolpan kol. // İs. mənasında. Divarlara o qədər gül-çiçək taxılıb ki, elə bil hər bir divarda kolpanlar bitib. Ə.Vəliyev.

KOLPANLI (ID - 21663)

sif məh. Kolpanı olan, kolpan bitmiş. Rüstəm .. buraya qalxıb kolpanlı ağacın dibində durdu. S.Rəhimov.

KOLŞƏKİLLİ (ID - 21664)

sif Kol şəklində olan, kol şəklində bitmiş, kola oxşayan; kolvari.

KOLT (ID - 21665)

[ing. xüs. addan] Xüsusi sistemli tapança, ya pulemyot. ..Onların da kəmərində kolt sistemli tapançalar vardı. M.S.Ordubadi. Koltunu döş cibindən; Nə vaxt çıxartdığını; Heç bilmədi Ben-Osman. B.Vahabzadə.

KOLVARİ (ID - 21666)

b a x kolşəkilli.

KOLYURİYA (ID - 21667)

is. [fr.] Fəza sferasının iki böyük sferasının adı.

KOM (ID - 21668)

is. dan. Dəstə, yığın. Qız oğlanı qırx kom çubuq sınınca çırpdı. (Nağıl).
kom-kom zərf Dəstə-dəstə, kol şəklində, kol-kol. Damda kom-kom qanqal, sirkan bozarırdı. İ.Hüseynov.

KOMA1 (ID - 21669)

is. Səpələnən, dağılan şeylərin təpə halında yığımı; topa, qalaq. Qum koması. Torpaq koması. - Hərənin qabağında bir zorba koma kül qalandı. C.Məmmədquluzadə. □ Koma vurmaq - qalaq vurmaq, bir yerə yığmaq; toplamaq. Samanı...

KOMA2 (ID - 21670)

is. Primitiv ev, daxma, daxal. Sığınıb dağda yapılmış komaya insanlar; Dırmaşır sərt qayalar üzrə bütün heyvanlar. A.Səhhət. Bu əhvalatdan sonra Nadirəni komada əliboş görmək olmazdı. Mir Cəlal. Az keçmədi gəlinlər gəlib...

KOMA (ID - 21671)

[yun.] tib. Bəzi xəstəliklər nəticəsində özündəngetmə, reflekslərin qan dövranının, tənəffüsün, mübadilə prosesinin pozulması şəklində təzahür edən ağır hal. Koma vəziyyəti.

KOMACIQ (ID - 21672)

“Koma” söz kiç.

KOMALAMA (ID - 21673)

“Komalamaq” dan f.is.

KOMALAMAQ (ID - 21674)

f Koma vurmaq, bir yerə yığmaq, üst-üstə yığmaq; qalaqlamaq, toplamaq. Qumu komalamaq. Taxılı komalamaq. [Ələmdar] dəyirmi stolun üstü ilə səpələnən kağızları əli ilə sivirib komaladı. S.Rəhimov.

KOMALANMA (ID - 21675)

“Komalanmaq” dan f.is.

KOMALANMAQ (ID - 21676)

KOMALAŞMA (ID - 21677)

“Komalaşmaq” dan f.is.

KOMALAŞMAQ (ID - 21678)

f Bir yerə yığılmaq, toplaşmaq, yığışmaq. Uşaqlar həyətdə komalaşdılar. - [Kitabsatan:] Camaat, burada komalaşmayın, görən deyəcək, görəsən, yenə nə hürriyyətbazlıqdır. Mir Cəlal. Turac, kəklik, qırqovul da; Komalaşıb...

KOMALIQ (ID - 21679)

is. Koma olan yer; koma, topa, qalaq vurulmuş yer. Bahadır dəftərcəsini xeylaq yazandan sonra meşədə gəzirdi. Komalıqda gəzərkən nəzəri bir ağacın altına düşdü. N.Nərimanov.

KOMANDA (ID - 21680)

is. [fr. kommande, lat. commandare-dən] 1. Komandirin, başçının müəyyən edilmiş qaydada qısaca şifahi əmri. Komandanı yerinə yetirmək. Hücum komandası. - Adamlar elə bil ümumi komanda ilə Tahirə sarı baxdılar. M.Hüseyn. // Ümumiyyətlə,...

KOMANDAN (ID - 21681)

KOMANDANLIQ (ID - 21682)

is. 1. Bax komandirlik
-ci mənada.
top. Qoşunların, hərbi hissələrin və s.nin başında duran komanda heyəti. Cəbhə komandanlığı. - Hərbi təlim dövründən sonra atıcı diviziyası yoxlanıldı və komandanlığın əmri ilə...

KOMANDİR (ID - 21683)

[alm.] 1. Hərbi hissə, birləşmə, ya hərbi gəmi başçısı. Polk komandiri. Rota komandiri. Gəmi komandiri. - Komandirin bu əmrinə kimsə etiraz etmədi. S.Hüseyn. Sən bu gündən komandirsən, mən isə sənin komissarın. S.Vəliyev.
2....

KOMANDİRLİK (ID - 21684)

is. 1. Komandir vəzifəsi. Komandirlik kursu. - Hacıyev orta rütbəli komandirlikdən hələ bugünkü qədər inciməmişdi. Ə.Əbülhəsən.
2. Bax komandanlıq 2-ci mənada Komandirliyin əmri.

KOMBAYN (ID - 21685)

[ing.] Taxıl və texniki bitkilərin yığımında eyni zamanda bir sıra işi görən kənd təsərrüfatı maşını. Taxıl kombaynı. Kartofyığan kombayn. Kombayn sürmək. Geniş bir binanın şiferlə örtülmüş taxtapuşu, altında çoxlu...

KOMBAYNÇI (ID - 21686)

is. Kombayn işlədən fəhlə, kombayn sürən. Kombaynçı ixtisası. Kombaynçıların yarışı. - Kombaynçı mat-məəttəl kolxoz sədrinə və qaya kimi lal-kar duran kombayna baxırdı. Ə.Əbülhəsən. [Sevinc Sonaya:] ..Taxılbiçən bir kombaynçı...

KOMBAYNÇILIQ (ID - 21687)

is. Kombaynçının işi, peşəsi, sənəti. Kombaynçılıq kursu.

KOMBİNASİYA (ID - 21688)

[lat.] 1. Müxtəlif və ya eynicinsli şeylərin bu və ya başqa qayda üzrə düzülüşü, birləşdirilməsi. Rəqəmlərin kombinasiyası. Səslərin kombinasiyası.
məc. Bir məqsədə çatmaq üçün işlədilən mürəkkəb üsullar sistemi,...

KOMBİNAT (ID - 21689)

[lat. combinare - birləşmiş]
Texnoloji proses cəhətdən bir-birilə bağlı olan bir neçə müəssisəni birləşdirən iri sənaye müəssisəsi, yaxud texnoloji cəhətdən bir-biri ilə bağlı olmayan bir sənaye sahəsinə aid müəssisələrin...

KOMBİNEZON (ID - 21690)

[fr.] Bir-birinə tikilmiş kurtka və şalvardan ibarət iş paltarı. [Qızlar] kombinezon geymiş, saçlarını yığıb yaylıqla bağlamış, dirsəkdən yuxarı gödəkqollu köynəklərdə həvəslə işləyirdilər. M.İbrahimov. Geydiyi kombinezon...

KOMBİNEZONLU (ID - 21691)

sif. Kombinezon geymiş, kombinezonu olan. Kombinezonlu qız.
Yoldaş, bu nədir? - deyə Zahidoğlu kombinezonlu gəncdən soruşdu. S.Rəhimov.

KOMBİNƏ (ID - 21692)

[lat. combinatio-dan] Kombinasiya edilmiş, birləşdirilmiş, quraşdırılmış, uyğunlaşdırılmış. □ Kombinə etmək
birləşdirmək, uzlaşdırmaq, uyğunlaşdırmaq (müxtəlif elementləri bir arada birləşdirmək).

KOMEDİOQRAF (ID - 21693)

[yun.] bax komediyaçı.
Cəlil Məmmədquluzadə böyük rus komedioqrafını şüurlu olaraq özünə müəllim intixab etmişdi. M.İbrahimov.

KOMEDİYA (ID - 21694)

[yun. komodia, əsli lat. comoedia] 1. Gülməli, məzəli, yaxud satirik məzmunlu dram əsəri. “Şamdan bəy “komediyasında da yazıçı bizi keçmişin iyrənc tiplərindən biri ilə tanış edir. M.Arif. [Ü.Hacıbəyov] məhz M.F.Axundzadə...

KOMEDİYAÇT (ID - 21695)

is. Komediya yazan dramaturq.

KOMENDANT (ID - 21696)

[fr.] 1. Qalada, yaxud istehkam halına salınmış rayonda yerləşən bütün qoşunların başçısı. Qala komendantı.
Qarnizonda nizam-intizama və hərbi xidmətin düzgün aparılmasına nəzarət edən zabit. Şəhər komendantı. Lager...

KOMENDANTLTQ (ID - 21697)

is. 1. Komendant vəzifəsi.
2. Komendantın başçılıq etdiyi idarə (b a x komendant 2-ci mənada), həmçinin bu idarənin yerləşdiyi bina. Komendantlıqdan icazə almaq.

KOMENDATURA (ID - 21698)

[alm.] bax komendantlıq 2-ci mənada. Komendaturada işləmək. - [Güləbətin] hər gün komendaturanı ayna kimi silib təmizləyirdi, stollarımızın üstünə bəzən çiçək də tapıb qoyurdu. M.İbrahimov.

KOMENDOR (ID - 21699)

[ing.] Topçu matros.

KOMETA (ID - 21700)

[yun. kometes - saçlı ulduz] astr. Dumanlı işıq verən ləkə və quyruğa oxşar işıq zolağı şəklində olan göy cismi; quyruqlu ulduz. Günəş sistemini 9 səyyarə (planet), 1600-ə yaxın kiçikplanetlər, meteorlar, kometalar və günəş...

KOMİ (ID - 21701)

is. Rusiya Federasiyasının tərkibinə daxil olan Komi MR-in əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam.

KOMİK (ID - 21702)

[yun.] 1. Komik rollar ifa edən artist. [Eyvaz] kolxoz dram dərnəyinin ən yaxşı komikidir. Ə.Vəliyev.
məc. Məzəli adam, zarafatcıl.

KOMİK (ID - 21703)

sif. [lat.] 1. Komediyaya xas olan, komediya ilə bağlı olan. Komik rol. Komik süjet. - M.F.Axundzadənin komediyaları böyük ictimai məsələləri əhatə edən, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov....

KOMİKLİK (ID - 21704)

is. Məzəlilik, komizm. Məşədi Ibadın monoloqları dramaturgiya tarixində öz canlı komikliyi ilə diqqətəlayiqdir. Ə.Sultanlı.

KOMİNTERN (ID - 21705)

KOMİSSAR (ID - 21706)

[fr.] 1. Keçmiş SSRİ-də: üzərinə ictimai-siyasi, təşkilati və inzibati vəzifələr həvalə olunmuş rəhbər şəxs (19181946-cı illərdə). // Hərbi hissənin döyüş qabiliyyəti və siyasi vəziyyəti üçün komandirlə bərabər cavab...

KOMİSSARİAT (ID - 21707)

[fr. əsli lat.] bax komissarlıq.

KOMİSSARLIQ (ID - 21708)

is. Başında komissar duran idarə, orqan. Nə məhəlli komitə, nə ittifaq, nə də əmək komissarlığı [Zeynalın] tamamilə işdən xaric edilməsinə əsas etibarı ilə etiraz edə bilməyirdilər. S.Hüseyn. Komissarlıqdan yazıb, baş mühəndis...

KOMİSSİYA (ID - 21709)

[lat. commissio - tapşırıq] Xüsusi bir məqsəd, ya tapşırığı yerinə yetirmək üçün hər hansı bir idarə, təşkilat yanında yaradılan orqan və bu orqanın heyəti. Seçki komissiyası. Hesablayıcı komissiya. Komissiya seçmək. -...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed