İzahlı lüğət

KORŞ (ID - 21960)

b a x koruş 2-ci mənada.

KORŞALMA (ID - 21961)

“Korşalmaq” dan f.is.

KORŞALMAQ (ID - 21962)

f dan. Kütləşmək, itiliyini itirmək, küt olmaq. Bıçaq korşalıb. - ..Korşalan baltanı hər altmış-yetmiş metrdən bir çıxarmaq lazım gəlirdi. M.Hüseyn. // Məc. mənada. Molla çox arxayınlıqla şəhadət barmağını qaldırdı:...

KORŞALTMA (ID - 21963)

“Korşaltmaq” dan f.is.

KORŞALTMAQ (ID - 21964)

f Kütləşdirmək, küt etmək. // Məc. mənada.

KORTES (ID - 21965)

is. [isp.] İspaniyada və Portuqaliyada parlament.

KORTƏBİİ (ID - 21966)

sif. 1. İnsanın iradəsindən asılı olmayan, təbiət qüvvələrinin təsirindən törəyən, öz-özünə baş verən. Kortəbii hadisələr.
2. Qeyri-mütəşəkkil, düzgün siyasi rəhbərlik olmadan; nizamsız. Keçmişdə fəhlələrin...

KORTƏBİİLİK (ID - 21967)

is. 1. Öz-özünə baş vermə; qarşısı alınmazlıq.
2. Qeyri-mütəşəkkillik, nizamsızlıq, özbaşınalıq.

KORUXMA (ID - 21968)

“Koruxmaq” dan f.is.

KORUXMAQ (ID - 21969)

f məh. Sağalmaq, yaxşı olmaq. Gəl, iki gözümün ağı-qarası; Koruxsun qəlbimin bəlkə yarası. S.Rüstəm.

KORUN-KORUN (ID - 21970)

zərf İçəridən közərməklə, alovsuz, közərə-közərə. Tüstüləndi evin ortasında korun-korun yanan gərmə ocağı. O.Sarıvəlli. Bayaqdan bəri korunkorun tüstülənən ocaq qəfildən parıldayıb alışdı. İ.Hüseynov.

KORUŞ (ID - 21971)

sif. və is. dan. 1. Gözü yaxşı görməyən, gözü zəif görən. Koruş kişi. Koruş qız.
2. məh. Küt. Koruş bıçaq. Koruş balta.

KORUŞLUQ (ID - 21972)

is. 1. Gözü yaxşı görməmə, gözü zəif görmə.
2. məh. Kütlük. Bıçağın koruşluğu.

KOS (ID - 21973)

b a x top. Hər iki dəstə əldən-ələ keçən kosu həvəslə atıb tutur, cır səslə çığırıb bağırırdılar. M.Hüseyn. Onlardan bir dəstə kos qovalayır, bəziləri oynaşıb gülüşürlər. S.Rəhimov.

KOSA (ID - 21974)

sif. 1. Üzündə tük bitməyən, yaxud seyrək tük bitən. Hacı Qəvamın sağ tərəfini uzunboylu, arıq və kosa Kərbəlayı Fəraməz tutmuşdu. T.Ş.Simurq. [Gülzar:] Kosa Rəhim qoşulub o uzunqılça Mansura, Mansur da ona. İ.Hüseynov....

KOSAGƏLİN (ID - 21975)

is. etnoqr. Əsasən kosa (2-ci mənada) və gəlinin iştirak etdiyi xalq kukla (müqəvva) teatrı. Genə bu ayın müddətində bəzi yerlərdə kosagəlin oynayacaq, uşaqlar evləri gəzib qovurğa və qovut yığacaqlar. C.Məmmədquluzadə.

KOSALAŞMA (ID - 21976)

“Kosalaşmaq” dan f.is.

KOSALAŞMAQ (ID - 21977)

f Üzünün tükləri tökülmək, yaxud seyrəkləşmək, kosa olmaq. // məc. Seyrəkləşmək.

KOSALDTQAÇ (ID - 21978)

is. İki dəstə uşağın kosla (topla) oynadığı oyun. Kosaldıqaç oynamaq.
Belə maraqlı oyunlardan biri də xalq arasında kosaldıqaç (kos aldı qaç) adı ilə məşhur olan oyundur. H.Sarabski.

KOSALTQ (ID - 21979)

is. Kosa adamın halı, üzün tüksüzlüyü, üzündə tük olmama və ya çox seyrək olma.

KOSASAQQAL (ID - 21980)

sif. və is. Üzündə seyrək tük olan və ya heç olmayan. Kosasaqqal kişi.

KOSASAQQALLTQ (ID - 21981)

is. Kosasaqqal adamın halı.

KOSEKANS (ID - 21982)

[lat. co və secans] Triqonometriyada: əlavə bucağın sekansı.

KOSİNUS (ID - 21983)

[lat. co və sinus] Triqonometriyada: əlavə bucağın sinusu.

KOS-KOS (ID - 21984)

is. Uşaqların kos (top) ilə oynadıqları oyun; top-top. [Sabir] uşaqlarla koskos oynamağa başladı. S.Rəhimov. [Zərifə:] Nəcəf.. kos-kos oynayır, bir bax! S.Vəliyev.

KOS-KOSA (ID - 21985)

is. etnoqr. 1. Novruz bayramı ərəfəsində və bayramda xüsusi geyindirilib-kecindirilmiş adamın qapı-qapı gəzib mahnı oxuyaraq pay yığmasından ibarət xalq oyunu.
2. Həmin oyunda iştirak edən əsas surət; kosa.

KOSMETİK (ID - 21986)

sif. [yun.] Kosmetikaya aid olan, kosmetika üçün yarayan. Kosmetik maddələr.

KOSMETİKA (ID - 21987)

[yun.] 1. Gigiyena və ya üzə və bədənə gözəllik və təravət vermək üçün tətbiq edilən tədbir və vasitələrin məcmusu. Müalicə kosmetikası. // Üzə və bədənə gözəllik və təravət vermək üçün işlədilən müxtəlif...

KOSMİK (ID - 21988)

[yun.] Kosmosa, fəzaya aid olan, kosmosda olan, kainatla bağlı olan. Kosmik uçuşlar. Kosmik fəza. Ilk planetlərarası stansiyanın uçuşu uzaq kosmik rabitə mərkəzindən idarə olunur. □ Kosmik gəmi - kosmosu tədqiq etmək üçün kosmosa...

KOSMODROM (ID - 21989)

[yun. kosmos - kainat və dromos - qaçış meydançası] Kosmik gəmiləri və süni peykləri havaya buraxmaq üçün meydança (yer) və onların uçuşunu təmin etmək üçün müvafiq qurğular.

KOSMOQONİK (ID - 21990)

[yun.] Kosmoqoniyaya aid olan, kainatın əmələ gəlməsinə aid olan. Kosmoqonik nəzəriyyə.

KOSMOQONİYA (ID - 21991)

[yun.] Göy cisimlərinin, xüsusilə Günəş sisteminin əmələ gəlməsi və inkişafı haqqında elm.

KOSMOLOGİYA (ID - 21992)

[yun. kosmos - kainat və logos - nəzəriyyə] Bir küll kimi götürülən kainat haqqında nəzəriyyə. // Astronomiyanın bu nəzəriyyəyə həsr olunmuş şöbəsi.

KOSMOLOJİ (ID - 21993)

[yun.] Kosmologiyaya aid olan.

KOSMONAVT (ID - 21994)

[yun. kosmos - kainat və nautes - üzən] Kosmik fəzaya uçan adam.

KOSMONAVTİKA (ID - 21995)

[yun. kosmos - kainat və nautike - gəmi sürmə] İnsanın kosmosa uçuşu, habelə avtomatik stansiyaların kosmosa göndərilməsinin nəzəriyyə və praktikası.

KOSMOPOLİT (ID - 21996)

[yun. kosmopolites - dünya vətəndaşı] Özünü heç bir millətə mənsub etməyən, kosmopolitizm tərəfdarı olan adam. // Kosmopolitizmə aid olan, kosmopolitizmlə əlaqədar olan. Kosmopolit ideya.

KOSMOPOLİTİK (ID - 21997)

[yun. kosmopolites-dən] Kosmopolitizmə aid olan, kosmopolitizmlə əlaqədar olan.

KOSMOPOLİTİZM (ID - 21998)

[yun. kosmopolitesdən] Milli xüsusiyyətləri və ənənələri, vətəni qoruma və milli müstəqillik ideyasını inkar edən, özünü heç bir millətə mənsub etməyən, vətənə, milli mədəniyyətə xor baxan, bütün dünyanı özünə vətən...

KOSMOS (ID - 21999)

[yun.] Aləm, bütün kainat. Kosmosun fəthi. Kosmosa uçuş.

KOS-NAĞARA (ID - 22000)

is. Ağacla çalınan iri nağara. Döyüləndə kos-nağara; Xışma gəlib oldu dəli. Aşıq Ələsgər.

KOSTYUM (ID - 22001)

[fr.] 1. Pencək, şalvar, bəzən də jiletdən ibarət üst kişi geyimi. Kostyum tikdirmək. Boz kostyum. - Qulluqçu Firidunun təzə kostyumunu səliqə ilə qatladı. Mir Cəlal. Onun əynində tünd-qəhvəyi zolaqlı bir kostyum vardı. M.Rzaquluzadə....

KOSTYUMÇU (ID - 22002)

is. Teatrda kostyumlara baxan işçi. // Tamaşalar üçün kostyum hazırlayan teatr işçisi.

KOSTYUMLUQ (ID - 22003)

sif. 1. Kostyum tikilməyə yarar. Kostyumluq parça.
2. Kostyum tikiləcək parçanın miqdarı (adətən saylarla). Burada iki kostyumluqparça var.

KOŞƏK (ID - 22004)

is. məh. Almanın, armudun, heyvanın və s. meyvələrin yeyilməyib atılan hissəsi; cecə, puçal. Heyva koşəyi.

KOTAN (ID - 22005)

is. Yer şumlamaq üçün enli metal gavahını olan kənd təsərrüfatı aləti. Kotanla şumlamaq. Kotan sürmək. Traktor kotanı.
Atlar, öküzlər kotana güc verir; Gah yüyürür, gah yıxılır, gah durur. M.Ə.Sabir. Kotan qoşub gedər...

KOTANCIQ (ID - 22006)

is. Kotanın qabağında torpağı kəsib çevirməyə kömək edən hissəcik.

KOTANCIQLI (ID - 22007)

sif. Kotancığı olan. Dondurma şumu əlverişli vaxtda kotancıqlı kotanla keçirildikdə torpağın üst qatı alta çevrilir.

KOTANÇI (ID - 22008)

is. 1. Kotan sürən, kotanla yer şumlayan əkinçi. Kotançıların holavarları, .. cavanların gülüşməsi Budağı valeh etmişdi. Ə.Vəliyev. // Traktora qoşulan kotana xidmət edən kolxozçu və ya sovxoz fəhləsi. Maşın kotançıların...

KOTANÇILIQ (ID - 22009)

is. Kotançının işi, peşəsi; əkinçilik, rəncbərlik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed