İzahlı lüğət

KARTOFKİMİLƏR (ID - 20360)

cəm bot. Kartof və ona bənzər bitkilərin daxil olduğu fəsilə.

KARTOFSOYAN (ID - 20361)

is. Kartofun qabığını soymaq üçün xüsusi alət (bıçaq). // Sif. mənasında. Kartofsoyan bıçaq.

KARTOFTƏMİZLƏYƏN (ID - 20362)

bax kartofsoyan.

KARTOFYIĞAN (ID - 20363)

bax kartofçıxaran. Kartofyığan kombayn.

KARTOQRAF (ID - 20364)

[alm. karte və yun. grapho] Coğrafiya xəritələri çəkən mütəxəssis; xəritəçi.

KARTOQRAFİK (ID - 20365)

sif. 1. Kartoqrafiyaya aid. Kartoqrafik işarələr.
2. Coğrafiya xəritələrinin hazırlanması ilə əlaqədar olan. Kartoqrafik işlər. Kartoqrafik material.

KARTOQRAFİYA (ID - 20366)

[alm. karte və yun. grapho-dan] Coğrafiya xəritələri düzəltmək üsulundan bəhs edən elm, habelə bu xəritələrin tərtibi.

KARTOQRAM (ID - 20367)

[alm. karte və yun. gramma] xüs. Müəyyən hadisəyə aid statistik məlumatı kağız üzərində qrafik şəkildə, əyani surətdə göstərən xəritə. Kartoqram düzəltmək.

KARTON (ID - 20368)

[fr. əsli ital.] Xüsusi qaydada hazırlanmış qalın bərk kağız. // Kartondan düzəldilmiş. Karton qutu.

KARTONÇU (ID - 20369)

is. Karton və ya kartonaj hazırlamaqla məşğul olan fəhlə.

KARTONAJ (ID - 20370)

[fr.] Kartondan qayrılan xırda şeylər. Kartonaj emalatxanası.

KARTONAJÇI (ID - 20371)

is. Kartondan müxtəlif şeylər qayıran usta.

KARTOTEKA (ID - 20372)

[alm. karte və yun. theke]
is. Müəyyən sistem üzrə yığılmış məlumat ya uçot mahiyyətli kartoçkalar toplusu. Kartoteka şkafı. Kitabxana kartotekası. Lüğət kartotekası.
top. Bu kartoçkaları saxlamaq üçün qutular.

KARTOTEKAÇI (ID - 20373)

is. Kartotekaya baxan, kartoteka işləri ilə məşğul olan işçi.

KARTOŞKA (ID - 20374)

[rus.] dan. bax kartof. Hədiyyə qızarmış kartoşka gətirib, uşağın qabağına qoydu. Mir Cəlal.

KARTVELLƏR (ID - 20375)

cəm Gürcülərin və onlara yaxın olan Qafqaz xalqlarının (lazların, minqrellərin və svanların) ümumi adı.

KARUSEL (ID - 20376)

[ital.] Üstündə oturub əylənmək üçün at, araba, qayıq və s. şəklində minik yerləri olan, hərlənən qurğu; fırlanqıc. Fırlanır karusel bir təkər kimi; Daima fırlanan, dönən yer kimi. B.Vahabzadə.

KARVAN (ID - 20377)

is. [fars.] 1. Bir-birinin ardınca sıra ilə hərəkət edən yüklü heyvan (əsasən dəvə) dəstəsi (qatarı); qafilə. İt hürər, karvan keçər. (Ata. sözü). Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını...

KARVANBAŞI (ID - 20378)

is. köhn. Karvana başçılıq edən adam; karvançı. Karvanbaşı üstündə mürgülədiyi birinci dəvənin üstündən sıçrayaraq tələsik onu cilovundan tutub yola çəkir və maşının yanından keçirirdi. M.İbrahimov. Karvanbaşı, qocalmışam,...

KARVANBAŞILIQ (ID - 20379)

is. köhn. Karvana başçılıq etmə, karvanbaşının işi və vəzifəsi.

KARVANÇI (ID - 20380)

is. köhn. 1. Karvanla yük daşıyan adam.
2. Karvan başçısı, karvanı idarə edən şəxs; karvanbaşı. Ibn Mingə qulaqlarına inanmadı, karvanbaşı olduğu bir karvanda karvançı bir oğlanın üzəngisini tutmaq onun üçün çox ağır...

KARVANÇILIQ (ID - 20381)

is. köhn. 1. Karvanla yük daşıma peşəsi.
2. Karvana başçılıq etmə; karvanbaşılıq.

KARVANQIRAN (ID - 20382)

KARVANQOVAN (ID - 20383)

sif Çox şiddətli külək, qasırğa haqqında. Incə ətir yayırdı bağçadakı çiçəklər; Uzaqdı bu həyətdən karvanqovan küləklər. S.Rüstəm.

KARVANSARA (ID - 20384)

is. [fars.] 1. Özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan xüsusi bina. [Qərib] küçələrdə gəzə-gəzə bir adam axtarırdı...

KARVANSARAÇI (ID - 20385)

is. köhn. Karvansara sahibi, karvansara saxlayan adam. Bu şəhərin Yuxarıbaş deyilən məhəlləsində Kərbəlayı Kazım adlı bir karvansaraçı var idi. P.Makulu. Bu saat karvansaraçıya deyim, onları oyatsın. Nə qədər yükünüz var çatın!...

KARVANSARAÇILIQ (ID - 20386)

is. köhn. Karvansaraçının peşəsi, karvansara saxlama. Karvansaraçılıq etmək.

KARVANVURAN (ID - 20387)

is. köhn. Yoldan gəlib keçən karvanları soyan; yolkəsən, quldur, çapovulçu.

KARVANYOLU (ID - 20388)

is. bax kəhkəşan.

KARYER (ID - 20389)

is. [fr.] Karxana. Daş karyerası. Qum karyerası.

KARYERA (ID - 20390)

[fr. carriere] Xidməti və ya başqa fəaliyyət sahəsində irəliləmə, şöhrətlənmə, tanınma; mənsəb, şöhrət. [Sultan:] Bizim bir para cavanlarımızın evini yıxan, bax, elə bu karyera həvəsidir. İ.Hüseynov.

KARYERİST (ID - 20391)

[fr. carriere-dən] Karyerasını hər şeydən üstün tutan adam; mənsəbpərəst, şöhrətpərəst. Ona baxar, nəğmə deyər qızların gül dodağı; Karyeristin açılmayır tutqun qaşı, qabağı. S.Vurğun.

KARYERİZM (ID - 20392)

[fr.] Mənsəbpərəstlik, şöhrətpərəstlik.

KASA (ID - 20393)

is. [fars.] 1. Çini, büllur, saxsı və ya metaldan qayrılmış ağzıgen qab. Mis kasa. Çini kasa. Kasaya xörək tökmək. Bir kasa su.
Axşam çay ortalığa gələndə gənə bir kasada qaynar süd ortalığa gəldi. C.Məmmədquluzadə....

KASACIQ (ID - 20394)

is. 1. Kiçik kasa, balaca kasa.
2. bot. Açma dövründə çiçəyin xarici örtüsü; kasa. Tam çiçəkdə kasacıq, taccıq, erkəkcik və dişicik olmalıdır. M.Qasımov.

KASAD (ID - 20395)

[ər.] 1. sif. Ticarətdə: mala tələb olmadığı, müştəri tapılmadığı, onun satılmadığı hal; alış-verişdə durğunluq, rəvacsızlıq. [Hacı Qara:] Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə...

KASADLANMA (ID - 20396)

"Kasadlanmaq” dan f.is.

KASADLANMAQ (ID - 20397)

b a x kasadlaşmaq.

KASADLAŞDIRMA (ID - 20398)

“Kasadlaşdırmaq” dan f.is.

KASADLAŞDIRMAQ (ID - 20399)

f. Kasad etmək, azaltmaq, qıtlıq törətmək, yoxa çıxartmaq.

KASADLAŞMA (ID - 20400)

"Kasadlaşmaq” dan f.is.

KASADLAŞMAQ (ID - 20401)

f. 1. Kasad olmaq; müştərisi, alıcısı olmamaq; malları satılmayıb qalmaq, alış-verişdə durğunluq əmələ gəlmək (çox vaxt “bazar(ı)” sözü ilə). Bazar gəldikcə kasadlaşır, camaat dindən-məzhəbdən çıxır, üləmaya etina...

KASADLIQ (ID - 20402)

is. 1. Ticarətdə malın satılmadığı, işə getmədiyi, müştərisi olmadığı vəziyyət; rəvacsızlıq, alış-verişdə durğunluq, böhran. Tərəkəmə şəhərdən çəkilib getmişdi, bazar bərk kasadlıq idi. Çəmənzəminli. [Həsən:]...

KASAMAS (ID - 20403)

is. [fars.] Qatıq.

KASASİYA (ID - 20404)

is. [lat.] hüq. Qanuni qüvvəyə minməmiş məhkəmə qərar və hökmlərindən şikayət. // Yuxarı məhkəmə orqanları tərəfindən bu şikayətə baxılması.

KASAŞƏKİLLİ (ID - 20405)

bax kasavari.

KASAŞƏKİLLİLİK (ID - 20406)

b a x kasavarilik.

KASAVARİ (ID - 20407)

sif. Kasa şəklində, kasaya oxşayan; kasaşəkilli.

KASAVARİLİK (ID - 20408)

is. Kasa şəklində olan şeyin halı; kasaşəkillilik.

KASET (ID - 20409)

is. fr. Fotoplyonka, maqnitofon, video yazıları üçün qoruyucu qutular.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed