İzahlı lüğət

KARVANSARA

is. [fars.] 1. Özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan xüsusi bina. [Qərib] küçələrdə gəzə-gəzə bir adam axtarırdı ki, karvansaranı soruşsun, bir də gəlib bir meydana çıxdı. “Koroğlu”. [Yusif şah] əmr elədi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin. M.F.Axundzadə.
məc. zar. Qonağı, gəlib-gedəni çox olan yer haqqında. Ev dönüb karvansaraya.
mən. Böyük, geniş yer mənasında. Araba karvansara kimi böyük bir həyətə girdi. A.Şaiq.
məc. dan. Yoxsul, kasıb, içində müxəlləfatı, dir-dirriyi olmayan mənzil haqqında. Evi karvansaraya oxşayır.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed