KƏSİF (ID - 21060)sif. [ər.] 1. Qalın, qəliz, qatı, qeyrişəffaf, tutqun. Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn. Ətrafı kəsif bir duman bürüdü. H.Nəzərli.
Ağır, boğuq, nəfəsi... |
KƏSİFLƏŞDİRİLMƏ (ID - 21061)“Kəsifləşdirilmək” dən f.is.
|
KƏSİFLƏŞDİRİLMƏK (ID - 21062)məch. Qəlizləşdirilmək, qatılaşdırılmaq, tutqunlaşdırılmaq.
|
KƏSİFLƏŞDİRMƏ (ID - 21063)“Kəsifləşdirmək” dən
|
KƏSİFLƏŞDİRMƏK (ID - 21064)f. Kəsifliyini artırmaq, kəsif etmək; qatılaşdırmaq, qəlizləşdirmək, tutqunlaşdırmaq.
|
KƏSİFLƏŞMƏ (ID - 21065)“Kəsifləşmək” dən f.is.
|
KƏSİFLƏŞMƏK (ID - 21066)f Kəsif olmaq, kəsifliyi artmaq; qatılaşmaq, tutqunlaşmaq, qəlizləşmək. Kəsifləşən (f.is.) qaranlıqda onlar artıq ağır-ağır qalxır, çox vaxt qarşılarına çıxan meşəliklərdə cığırı itirirdilər. Ə.Məmmədxanlı. Axşamın...
|
KƏSİFLİK (ID - 21067)is. Qatılıq, qəlizlik, tutqunluq; qeyri-şəffaflıq. Havanın kəsifliyi.
|
KƏSİK (ID - 21068)1. sif. Kəsilmiş halda olan, iti bir şeylə kəsilib yaralanmış, cızılmış. Kəsik üz. Kəsik dəri. - Şaxta kəsik yerə daha bərk təsir edir. Mir Cəlal.
sifl Kəsilmiş, kəsilib götürülmüş, kəsilib atılmış. Kəsik barmaq... |
KƏSİK-KÜSÜK (ID - 21069)top. dan. Kəsiklər, kəsik parçalar.
|
KƏSİKLİ (ID - 21070)sif. Kəsiyi olan. Kəsikli pencək. 692
|
KƏSİKLİK (ID - 21071)is. Kəsik şeyin halı, kəsikli olma.
|
KƏSİKSAÇ(LI) (ID - 21072)sif Saçı kəsilmiş, qısaldılmış, gödəlmiş. Kəsiksaç qadın. - Ağ xələtli, kəsiksaç bir qız, əlində kiçik bir yol çantası maşından düşdü. M.Hüseyn.
|
KƏSİLİ (ID - 21073)sif. Kəsiyi olan; kəsilmiş. Kəsili qol.
|
KƏSİLİŞ (ID - 21074)is. Kəsilmə tərzi; kəsilmə. Layın geoloji kəsilişi. - Sahənin geoloji kəsilişi müəyyən edilmiş mexaniki xassələr vasitəsilə dəqiqləşdirilir. S.Quliyev.
|
KƏSİLİŞMƏ (ID - 21075)“Kəsilişmək” dən f.is.
|
KƏSİLİŞMƏK (ID - 21076)qarş. Hesablarını bitirmək, bir-biri ilə hesablaşıb, şərtləşib qurtarmaq; üzülüşmək.
|
KƏSİLMƏ (ID - 21077)“Kəsilmək” dən f.is. Cəlil ceyranın kəsilməsinə razı olmadı. M.Hüseyn. Planın dolmamasının səbəbi tez-tez elektrik enerjisinin kəsilməsi olmuşdu. Ə.Əbülhəsən.
|
KƏSİLMƏK (ID - 21078)1. “Kəsmək” dən məch. Taxta kəsildi. Barmağı kəsilmək. Qardan yol kəsilmişdir. Qoyun kəsilmək. Telefon (qaz) kəsildi. Meynələr kəsilib. Kərpic kəsilmək. Pul kəsilmək.
f Bitmək, qurtarmaq, sakitləşmək. Molla gəlib mağaraya... |
KƏSİM (ID - 21079)is. 1. Kəsmək işi; kəsmə, kəsiliş, kəsiş.
Biçim, tərz, şəkil. Gözüm qaldı siyah teldə; Bülbül öldü meyli güldə; Bir kəsim yox qürbət eldə; Sən mana qəmxar ol, yaylaq! Aşıq Ələsgər. Kəsilmiş, müəyyən edilmiş,... |
KƏSİNTİ (ID - 21080)is. Kəsilmiş parça; qırıntı, qırıq. Ağac kəsintisi. - [Xanpərvər bəyim:] ..Elə adamlara mən qızımın kəsinti dırnağını da qıymaram verim! N.Vəzirov.
|
KƏSİR1 (ID - 21081)is. [ər.] 1. Nöqsan, çatışmazlıq, çatışmayan cəhət, şey; naqislik, əgər-əskik. İşdə kəsir çoxdur. Tərbiyə işindəki kəsir. [Gülzar:] .. Hər şeyim var, şükür Allaha, heç bir zaddan kəsirim yoxdur. S.S.Axundov. Bir nəğmə...
|
KƏSİR2 (ID - 21082)bax kəsr.
|
KƏSİRLİ (ID - 21083)sif 1. Çatışmayan, natamam cəhəti olan, normadan az olan. // Nöqsanlı, əskik, naqis.
2. Zərərli, ziyanlı. |
KƏSİRLİLİK (ID - 21084)is. Nöqsanlılıq, naqislilik.
|
KƏSİRSİZ (ID - 21085)sif Kəsri olmayan; nöqsansız, qüsursuz.
|
KƏSİRSİZLİK (ID - 21086)is. Nöqsansızlıq, tamlıq.
|
KƏSİŞMƏ (ID - 21087)"Kəsişmək” dən f.is.
|
KƏSİŞMƏK (ID - 21088)1. f. Bir nöqtədə bir-birini kəsmək, bir-birinin üstünə düşmək. Məftillərin kəsişdiyi yer. Dəmiryol xətləri kəsişmir. Yolların kəsişdiyi nöqtədə. - Tavandan təkəmseyrək elektrik fanarları asılmışdı. Onların içində...
|
KƏSKİ1 (ID - 21089)is. tex. Kəsici ağzı olan, kəsməyə yarayan alət, həmçinin bu alətin əsas kəsən hissəsi; kiçik balta.
|
KƏSKİ2 (ID - 21090)is. köhn. Qaçaq-quldur tərəfindən çıxış yolu tutulmuş yer. Kəskiyə düşmək. Kəskidən qurtarmaq.
|
KƏSKİN (ID - 21091)sif 1. İti. Kəskin qılınc. - Meydan görmüş atı olsa; Zülfüqarı kəskin olur. “Koroğlu”. Müharibə günündə kəskin bir silah olur; Mənim əlimdə qələm. S.Rüstəm.
məc. Şiddətli, güclü, təsiredici. Havada kəskin şaxta... |
KƏSKİNLƏŞDİRİLMƏ (ID - 21092)“Kəskinləşdirilmək” dən f.is.
|
KƏSKİNLƏŞDİRİLMƏK (ID - 21093)“Kəskinləşdirmək” dən məch. Məsələ (vəziyyət) daha da kəskinləşdirilmişdir.
|
KƏSKİNLƏŞDİRMƏ (ID - 21094)“Kəskinləşdirmək” dən f.is.
|
KƏSKİNLƏŞDİRMƏK (ID - 21095)f Daha da kəskin etmək; gərginləşdirmək. Münasibəti kəskinləşdirmək.
|
KƏSKİNLƏŞMƏ (ID - 21096)“Kəskinləşmək” dən f.is.
|
KƏSKİNLƏŞMƏK (ID - 21097)f 1. İtilənmək.
məc. Daha da şiddətlənmək, artmaq, güclənmək. Şaxta bir az da kəskinləşmişdi. M.İbrahimov. məc. Daha da kəskin olmaq, gərgin olmaq; gərginləşmək. Münasibətləri kəskinləşdi. |
KƏSKİNLİK (ID - 21098)is. 1. Kəsici şeyin xassə və keyfiyyəti; itilik. Insan, qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz. M.S.Ordubadi. Kəskin şeyin hal və keyfiyyəti, xassəsi. Qoxunun kəskinliyi. Ağrının kəskinliyi. Vəziyyətin kəskinliyi. Cavabın...
|
KƏSMƏ1 (ID - 21099)1. “Kəsmək” dən f.is. [Cahangir ağa:] Pəricahan, atanın bizim tərəfə gəlməyinə ümidim yoxdur, çünki həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş. S.S.Axundov. □ Kəsmə əlifba - tədris məqsədi ilə müxtəlif formalarda...
|
KƏSMƏ2 (ID - 21100)b a x kəsməşikəstə. Indi bir kəsmə hava çalın. Çəmənzəminli.
|
KƏSMƏ3 (ID - 21101)is. Alçaq növlü xırda düyü. // Xırda dənli yarma, yarma ovuntusu.
|
KƏSMƏCƏ (ID - 21102)zərf Kəsib bəyənmək şərti ilə (qovun-qarpız haqqında). Kəsməcə satmaq. Kəsməcə almaq.
|
KƏSMƏK (ID - 21103)f. 1. Kəsərti vasitəsilə bütövdən bir hissə ayırmaq; bölmək, parçalamaq. Çörəyi kəsmək. Ağacın budağını kəsmək. Ipi kəsmək. - [Koroğlu] durnanın telindən bir dəstə kəsib, Eyvazın papağına sancdı. “Koroğlu”.
Mağaza... |
KƏSMƏŞİKƏSTƏ (ID - 21104)is. mus. Azərbaycan xalq havalarından birinin adı. Bütün şənlikdə [Güləlioğluna] bərabər kəsməşikəstə deyən tapılmazdı. M.Hüseyn.
|
KƏSMƏT (ID - 21105)is. məh. Təqaüd, pensiya. Kəsmət kəsmişdi sultan doqquz axça onunçün.. B.Vahabzadə.
|
KƏSMİK (ID - 21106)is. Südü qıcqırdaraq zərdabı çıxarılmaqla hazırlanan ağartı; axtarma.
|
KƏSMİKLƏŞDİRİLMƏ (ID - 21107)“Kəsmikləşdirilmək” dən f.is.
|
KƏSMİKLƏŞDİRİLMƏK (ID - 21108)məch. Kəsmik halına salınmaq (süd haqqında). Süd kəsmikləşdirildi.
|
KƏSMİKLƏŞDİRMƏ (ID - 21109)“Kəsmikləşdirmək” dən f.is.
|
Bu səhifə dəfə baxılıb