KÖPÜRMƏK1 (ID - 22260)f 1. Qabarıb köpüklənmək, qabarıb şişmək, kükrəmək. Dəniz köpürmüşdü. - Yel üfürdü, su köpürdü. (Ata. sözü). [Nəbi:] Birlikdə çıxardıq dağa ikimiz; Baxırdıq köpürüb a xan sulara. S.Rüstəm. Ömür dedikləri coşqun...
|
KÖPÜRMƏK2 (ID - 22261)b a x köpmək. Relslər yanında torpağın necə köpürüb qalxdığını xatırlayıram. Ə.Məmmədxanlı.
|
KÖPÜRTMƏ (ID - 22262)“Köpürtmək” dən f.is.
|
KÖPÜRTMƏK (ID - 22263)b a x köpdürmək.
|
KÖRƏMƏZ (ID - 22264)bax koramaz. Soruşdu: Muştuluq nə verim? Dedim: - Bütün bu adamlara körəməz.. İ.Hüseynov.
|
KÖRFƏZ (ID - 22265) |
KÖRPƏ (ID - 22266)sif. 1. Südəmər, çağa. Körpə uşaq. Körpə bala. - Körpə uşaqlar ac və çılpaqlığa davam gətirməyib ağlaşırdılar. Çəmənzəminli. // Yenicə doğulmuş, bala. Ağılın ağzında yatan üç körpə quzuya yaxınlaşdı. M.İbrahimov....
|
KÖRPƏCƏ (ID - 22267)sif. Çox balaca, çox körpə, kiçik. Alagöz, sarışın, körpəcə bir qız; Dörd divar içində ağlayır yalqız. S.Vurğun. Körpəcə ürəyindən silindi böyük yara; Gözlərində ömrünün günəşli sübhü güldü. S.Rüstəm.
|
KÖRPƏCİK (ID - 22268)is. “Körpə” söz. ox0. Ah! O körpəciyin nə dərdi vardır? Onu da ağladan bir intizardır. S.Vurğun.
|
KÖRPƏCİYƏZ (ID - 22269)“Körpə” dən oxş.
|
KÖRPƏLİ (ID - 22270)sif. Körpəsi olan, südəmər uşağı olan; əliuşaqlı. Körpəli qadın.
|
KÖRPƏLİK (ID - 22271)is. İnsanın, heyvanın südəmər, süd yeyən dövrü; körpə uşağın, heyvanın hal və keyfiyyəti. // Körpəlikdən, körpəliyindən şəklində - lap uşaqlıqdan, kiçik yaşlarından. Oynamağı körpəlikdən sevmək. Körpəlikdən bir...
|
KÖRPÜ1 (ID - 22272)is. 1. Çay, dəmir yolu və s. üzərindən keçmək üçün daşdan, taxtadan, dəmirdən qurulan tikili, keçid. Dəmir yol körpüsü. Taxta körpü. Çay körpüsü. Körpüdən keçmək. Körpü tikmək. - Biz Acı körpüsünü keçib şose yolu...
|
KÖRPÜ2 (ID - 22273)is. Bel qayışının ucunu keçirmək üçün, onun üstündə olan halqa.
|
KÖRPÜCÜK (ID - 22274)is. 1. Kiçik körpü, balaca körpü. Körpücükdən keçmək. - [Əhmədov:] Hər dəfə yüz əlli addım o yana, o qədər də bu yana gedincə, buradan bir körpücük tikə bilmərikmi? Mir Cəlal. Arxın üstündəki körpücüyə çatanda uşaqlar...
|
KÖRPÜÇÜ (ID - 22275)is. Körpü tikən adam; körpüsalan. // Körpü mütəxəssisi olan mühəndis. Körpüçü mühəndis.
|
KÖRPÜLÜ1 (ID - 22276)sif. Üzərində körpü olan, körpü salınmış (bax körpü1
|
KÖRPÜLÜ2 (ID - 22277)sif. Körpüsü olan, ucunda halqası olan (bax körpü2
|
KÖRPÜSALAN (ID - 22278)bax körpüçü.
|
KÖRÜK (ID - 22279)is. 1. Kürədə odu qızartmaq və s. məqsədlər üçün yanları büküşlü dəri və taxtadan düzəldilmiş alət. Dəmirçi körüyü. [Molla İbrahimxəlil:] Molla Həmid, çadırdan tez zərgər kürəsini butası ilə, kiçik körük ilə...
|
KÖRÜKBASAN (ID - 22280)bax körükçü.
|
KÖRÜKÇÜ (ID - 22281)is. Körük basan, körükdə işləyən (dəmirçi dükanında).
|
KÖRÜKÇÜLÜK (ID - 22282)is. Körükçünün işi, peşəsi.
|
KÖRÜKLƏMƏ (ID - 22283)“Körükləmək” dən f.is.
|
KÖRÜKLƏMƏK (ID - 22284)f 1. Körük basmaq, körüyü işlətmək. Qaya körüyün ipini dartıb körükləməyə başladı. Q.İlkin.
2. məc. Daha da qızışdırmaq, şiddətləndirmək, kəskinləşdirmək. |
KÖRÜKLƏNMƏ (ID - 22285)"Körüklənmək” dən f.is.
|
KÖRÜKLƏNMƏK (ID - 22286)1. məch. Körüklə hava buraxılmaq, körüklə hava vurulmaq. // qayıd. Körüklənmə nəticəsində qızışmaq, qızarmaq. Kürə körüklənir.
2. f Qızışmaq, özündən çıxmaq. Sübhanverdizadə körüklənib .. sözünə davam etdi.... |
KÖRÜKLÜ (ID - 22287)sif. Körüyü olan, körük qoyulmuş. [Nüşabə:] Məsturu andıqca, qəlbim odlanır; Elə bil körüklü ocaqdır, yanır. A.Şaiq.
|
KÖSÖV (ID - 22288)is. 1. Bir hissəsi yanıb qaralmış, yaxud yanıb sönməkdə olan odun parçası. Kösövləri bir-birinin üstünə yığmaq. Kösövü alışdırmaq. - Keçmiş kösövü zor ilə yerə vuranda qığılcım saçılan kimi [dərvişin] gözləri məşəlləndi....
|
KÖSÖVLƏNMƏ (ID - 22289)“Kösövlənmək” dən f.is.
|
KÖSÖVLƏNMƏK (ID - 22290)f Yanıb kösövə dönmək, kösöv olmaq, yanıb qaralmaq. Odunların yarısı kösövlənmişdi.
|
KÖSÖVLÜ (ID - 22291)sif. Kösövü olan, əlində kösöv tutmuş. Evi yanan mənəm, əli kösövlü sən. (Ata. sözü).
|
KÖSTƏBƏK (ID - 22292)is. zool. Məməlilər sinfındən torpaq altında yaşayan, xırda-gözlü xəzdərili heyvan. Köstəbək dərisi. Köstəbək xəzi.
|
KÖŞƏ (ID - 22293)is. köhn. Dəridən, göndən kəsilmiş ensiz bağ. O, yəhərqaş xurcununda həmişə neştər, biz və burulmuş nazik köşə gəzdirər, yeri gələndə işə salardı. S.Rəhimov. İnsan var ki, nə çarıqdır, nə köşə. R.Rza. □ Köşə...
|
KÖŞƏBƏND (ID - 22294)sif köhn. Köşə ilə bağlanan. Köşəbənd çarıq.
|
KÖŞƏK (ID - 22295)is. Dəvə balası. Dəvəni itirib köşək axtarır. (Ata. sözü). Qoyun, quzu, at, eşşək; Salmış çölə qalmaqal; Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Şəfiqənin gözləri köşək gözü kimi iri, qaynar bulaq...
|
KÖŞƏLƏMƏ (ID - 22296)“Köşələmək” dən f.is.
|
KÖŞƏLƏMƏK (ID - 22297)f 1. Dəri, gön nə s.-dən köşə kəsmək, köşə çıxartmaq. Bu gön parçasını köşələmək lazımdır. Köşə ilə tikmək, köşə ilə bağlamaq. Axşam namazından, şam yeməyindən sonra əlində çuvalduz çarığını köşələyən...
|
KÖŞƏN (ID - 22298)bax kövşən. Yer deyər: məndədir
ol neçə min dağ; Çay, çəmən, bulaq, köşən, bağça, bağ. Aşıq Məmməd. [Bahar] Gün yerdən qopana qədər köşəndə gəzdi. Mir Cəlal. |
KÖŞƏNLİK (ID - 22299)b a x kövşənlik.
|
KÖŞK (ID - 22300)is. 1. Bağ-bağça içində tikilmiş bəzəkli ev; imarət, qəsr, kaşanə. Pir Osman küçəsindən gələn dəstə Xərabat məhəlləsinin tinində durub ikimərtəbəli köşkün pəncərəsindən eşidilən musiqi və nəğmələri dinləyir....
|
KÖTƏK (ID - 22301)is. Ağac, dəyənək və s. ilə vurulan zərbə. Kötək aradakına çox dəyər. (Ata. sözü). Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın, yainki ərinin kötəyinin qabağında durub baxsın....
|
KÖTƏKLƏMƏ (ID - 22302)“Kötəkləmək” dən fis.
|
KÖTƏKLƏMƏK (ID - 22303)f Ağac, dəyənək və s. ilə vurmaq, döymək. Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra, bir də gördüm ki, bir qoca kişinin qucağındayam. C.Məmmədquluzadə. [Cəbi:] Bəlkə yadına salanda səni də kötəkləyə. S.S.Axundov....
|
KÖTƏKLƏNMƏ (ID - 22304)“Kötəklənmək” dən f.is.
|
KÖTƏKLƏNMƏK (ID - 22305)məch. Ağacla, dəyənəklə vurulmaq; döyülmək. O ki var kötəkləndi. - ..Bikə tərəfindən hərdənbir kötəklənən [Asya] idi. Ə.Məmmədxanlı.
|
KÖTƏKLƏŞMƏ (ID - 22306)“Kötəkləşmək” dən f.is.
|
KÖTƏKLƏŞMƏK (ID - 22307)qarş. Bir-birini kötəkləmək; vuruşmaq.
|
KÖTÜCƏ (ID - 22308)bax kötükcə 1-ci mənada. Nənə öz kötücəsini oynadır. - [Tahir:] Sən nəvə nədir, nəticəni də görəcəksən, hələ bir kötücəni də. M.Hüseyn.
|
KÖTÜK (ID - 22309)is. 1. Ağacın yerdən iri budaqlarına qədər olan hissəsi; oduncaq. Ağacın kötüyünü kəsmək. - [Piri-fani:] O zaman bu qurumuş ağac kötüyü göyərər.. S.S.Axundov.
O gözəlin adını mənim nəzərlərimdə; Qurumuş bir ağacın... |
Bu səhifə dəfə baxılıb