İzahlı lüğət

KEÇƏLLİK (ID - 20510)

is 1. Başdan tükü tökən dəri xəstəliyi. Keçəllik basmaq. // bayt. Heyvanlarda dəri xəstəliyi nəticəsində tükün tökülməsi. Keçəllik nəticəsində heyvanların tükləri tökülə bilər.
Başda tük olmadığı hal; dazlıq....

KEÇƏN (ID - 20511)

1. “Keçmək” dən f.sif.
sif Bundan əvvəlki, ötən, cari, axırıncı, sonuncu. Keçən il. Keçən həftə. - Elədimi su yazda; Axar, gedər su yazda; Mən yarı görməmişəm; Keçən yaz da, bu yaz da. (Bayatı). Keçən bazar ertəsi...

KEÇƏPAPAQ(LI) (ID - 20512)

sif. Başında keçədən papaq olan. Keçəpapaq kişi.

KEÇƏRİ (ID - 20513)

sif Müvəqqəti, ötəri, keçici, keçib-gedən. Dünyanın sevinci də; kədəri də ikidir; Biri yüngül, keçəri; xəfif dumana bənzər. R.Rza.

KEÇƏTƏPƏN (ID - 20514)

bax keçəçi 1-ci mənada.

KEÇİ (ID - 20515)

is. Süd, yun, ət verən buynuzlu ev heyvanı. Keçi əti. Keçi südü. Keçi balası (çəpiş). Anqara keçisi (çox zərif yunlu keçi cinsi). - Keçinin əcəli çatanda çobanın çomağına sürtünər. (Ata. sözü). Necə bulandırıb keçi...

KEÇİAYAQ (ID - 20516)

sif. dan. Ayaqları keçi ayağı kimi nazik olan. Keçiayaq qız uşağı.

KEÇİCİ (ID - 20517)

sif. 1. Hər hansı bir yarışda və s.də yeni qaliblərə, birincilik qazananlara verilən. Keçici kubok. - O kimdir külüngü dağ kimi vurur? Keçici bayraq da yanında durur? S.Vurğun. Görünür qabaqda keçici bayraq; Onun yarış adlı şüarı...

KEÇİCİLİK (ID - 20518)

is. Keçici şeyin hal və keyfiyyəti. Xəstəliyin keçiciliyi.

KEÇİD (ID - 20519)

is. 1. Bir yerdən başqa yerə keçmək üçün yol; keçəcək, keçiləcək yer. Dağ keçidi (iki dağ arasında olan dar boğaz). Çay keçidi (çayın at ya ayaqla keçilə bilən nisbətən dayaz yeri). - Keçid başından bəlli olar. (Ata. sözü)....

KEÇİDLİ (ID - 20520)

sif. Keçidi olan, keçmək üçün yolu olan (b a x keçid 1-ci mənada). Keçidli dağ.

KEÇİQIRAN (ID - 20521)

is. dan. 1. Martın axırlarında olan bərk soyuq. // Ümumiyyətlə, soyuq.
2. Martın sonu və aprelin birinci yarısı.

KEÇİQULAGI (ID - 20522)

is. bot. Çiçəklərindən xalq təbabətində istifadə olunan ot bitkisi.

KEÇİLİŞ (ID - 20523)

is. Keçmək işi.

KEÇİLMƏK (ID - 20524)

"Keçmək” dən məch. Xeyli məsafə keçilmişdir. Körpü keçilmişdi. Mərz keçildi. Dərslər iki növbədə keçilir. - ..Musiqi və rəqs salonuna keçildi. M.S.Ordubadi. Müəllim olmadığından, kənd məktəbində dörd aydan bəri...

KEÇİLMƏZ (ID - 20525)

sif. 1. Keçmək, hərəkət etmək, getmək, addamaq qeyri-mümkün və ya çətin olan. Keçilməz cəngəllik. Keçilməz dağ. - Allah özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır....

KEÇİLMƏZLİK (ID - 20526)

is. 1. Keçilməsi mümkün olmayan, yaxud çətin olan yerin halı. Kim isə - qibtələr yaşasın - deyə; Yalan bir varlığa heykəllər qurur; Kiminsə yolunu keçilməzliyə; Yönəltmək naminə tərif yoğurur. M.Araz.
məc. Bağışlanmaz,...

KEÇİMƏMƏSİ (ID - 20527)

is. 1. bot. Zınqırovçiçəklilər fəsiləsindən ot bitkisi.
Azərbaycan oyun havalarından birinin adı. Təkçalma, uzundərə, keçiməməsi havası ilə gənclər oynayanda yoldaşları onların başına kağız pul (əsginas) şabaş tökərdilər....

KEÇİNDİRMƏ (ID - 20528)

“Keçindirmək” dən f.is.

KEÇİNDİRMƏK (ID - 20529)

icb. Keçinməsinə, dolanmasına, yaşamasına vasitə olmaq; kömək etmək; dolandırmaq, yaşatmaq. [Mirzə Qədir Nəsirə] ailəsini keçindirə biləcək bir maaş da təyin etməli idi. S.Hüseyn.

KEÇİNƏCƏK (ID - 20530)

is. Güzəran, dolanacaq. Keçinəcəyin necədir?

KEÇİNMƏ1 (ID - 20531)

“Keçinmək^’dən f.is.

KEÇİNMƏ2 (ID - 20532)

"Keçinmək2#” dən f.is.

KEÇİNMƏK1 (ID - 20533)

f 1. Dolanmaq, yaşamaq, güzəran etmək, baş saxlamaq. Birtəhər keçinirəm. - Kərim baba naxırı saxladığı, otardığı üçün aldığı cüzi aylıq ilə keçinərdi. A.Şaiq. [Məsmənin] maaşı da yaxşı imiş. Firavanlıq ilə keçinir...

KEÇİNMƏK2 (ID - 20534)

KEÇİOTARAN (ID - 20535)

is. Keçi çobanı.

KEÇİRİCİ (ID - 20536)

is. fiz. Elektrik cərəyanını, səsi, istiliyi və s.-ni öz daxilindən keçirən cisim; naqil. Elektrik keçiricisi. Maqnit keçiricisi.

KEÇİRİCİLİK (ID - 20537)

is. fiz. İstiliyi, səsi, elektrik cərəyanını və s.-ni keçirmə qabiliyyəti. Maqnit dövrəsinin keçiriciliyi.

KEÇİRİLMƏ (ID - 20538)

“Keçirilmək” dən f.is.

KEÇİRİLMƏK (ID - 20539)

“Keçirmək” dən məch. Başqa işə keçirilmək. Işçilər yeni sahəyə keçirildi. Açara zəncir keçirilmək. Qərarlar həyata keçirildi. Xərclər idarənin hesabına keçirildi. Işıqlar keçirildi. Ocaqlar keçirilmişdi. Hərbi təlim...

KEÇİRİM1 (ID - 20540)

bax keçid 1-ci mənada. [Koroğlunun dəliləri] necə deyərlər, aşırım aşdılar, keçirim keçdilər. “Koroğlu”.

KEÇİRİM2 (ID - 20541)

is. fiz. Elektrikkeçirmə, nəqletmə xassəsi.

KEÇİRİMLİ (ID - 20542)

sif. fiz. Keçirimi olan (bax keçirim2

KEÇİRİMLİLİK (ID - 20543)

is. fiz. Elektrikkeçirmə qabiliyyəti.

KEÇİRMƏ1 (ID - 20544)

“Keçirmək1

KEÇİRMƏ2 (ID - 20545)

“Keçirmək2#” dən f.is.

KEÇİRMƏK1 (ID - 20546)

f 1. Yönəldərək, istiqamətləndirərək bir yerdən keçib getməsinə, ya bir yerə keçməsinə kömək etmək, ya keçməyə məcbur etmək. Qonaqları yuxarı başa keçirmək. Mal-qaranı çaydan (meşədən, körpüdən) keçirmək. Sərhəddən...

KEÇİRMƏK2 (ID - 20547)

KEÇİRTMƏ (ID - 20548)

“Keçirtmək” dən f.is.

KEÇİRTMƏK (ID - 20549)

bax keçirmək1

KEÇİSAQQAL(LI) (ID - 20550)

sif Seyrək və uzun saqqalı olan. Keçisaqqal, çəlimsiz bir tələbə aramla deyirdi.. Çəmənzəminli. // İs. mənasında. Uşaqların “keçisaqqal” deyə ələ saldıqları bu adamların sayı tədricən artdı. İ.Şıxlı.

KEÇMƏ1 (ID - 20551)

“Keçmək1

KEÇMƏ2 (ID - 20552)

“Keçmək2#” dən f.is.

KEÇMƏK1 (ID - 20553)

f 1. Hərəkət edərək, yeriyərək, addımlayaraq irəliləmək, yer dəyişmək, ötüb getmək. Yolla keçmək. Səki ilə keçərkən yoldaşımı gördüm. - Küçə ilə bir hambal, bir tay dalınca keçir. C.Məmmədquluzadə. [Kərim xan] Tehranın...

KEÇMƏK2 (ID - 20554)

f Sönmək. Lampa keçdi. Qaz keçdi. - Od yandı, odu keçdi; Qəlyanın odu keçdi; Aç gözün, qafil ovçu; Maralın, odu, keçdi. (Bayatı). Elə bil həyatın nəbzi son zərbəsini vurdu, çıraq keçdi. Ə.Məmmədxanlı.

KEÇMİŞ1 (ID - 20555)

1. f.sif. Ötən, keçən, ötmüş. Keçmiş gün. Keçmiş dövr. - Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlanandan sonra qalıb, təcili məktubları, teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. [Mirzağa] hər...

KEÇMİŞ2 (ID - 20556)

f.sif. Sönmüş, söndürülmüş. Keçmiş ocaq. Keçmiş lampa. - Keçmiş kösövü zor ilə yerə vuranda qığılcım saçılan kimi, dərvişin gözləri məşəlləndi. A.Divanbəyoğlu.

KEF (ID - 20557)

is. [ər.] 1. Ruhi və ya səhhətcə vəziyyət; hal, əhval. Kefin necədir? Kefini soruşmaq. Bu gün kefim yaxşı deyil. - Böyükxanım Qulamxanın kefini pərt görüb danışdırmağa cürət etmirdi. M.S.Ordubadi. [Kərbəlayı Qubad:] Ağanın...

KEFAL (ID - 20558)

[yun.] zool. Yanlardan basıq, uzun bədəni olan dəniz balığı.

KEFALKİMİLƏR (ID - 20559)

cəm. zool. Kefal və bəzi başqa balıqların daxil olduğu fəsilə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed