İzahlı lüğət

KANATÇILIQ (ID - 20210)

is. Kanatçının işi, peşəsi.

KANDAR (ID - 20211)

is. Qapı ağzı; astana. Mən otağımın kandarında durub baxırdım. T.Ş.Simurq. Açdı Baba müəllim pəncərəni bir anda; Gördü biri yıxılıb qapının kandarında. B.Vahabzadə.
□□ Kandarına ayaq basmamaq - bir yerə daha gəlməmək....

KANİFOL (ID - 20212)

KANİFOLLAMA (ID - 20213)

"Kanifollamaq” dan f.is.

KANİFOLLAMAQ (ID - 20214)

f Çalğı alətinin yayına kanifol çəkmək. Skripkanın yayını kanifollamaq.

KANİFOLLANMA (ID - 20215)

"Kanifollanmaq” dan f.is.

KANİFOLLANMAQ (ID - 20216)

məsh. Kanifol çəkilmək (çalğı alətinin simlərinə).

KANİSTR (ID - 20217)

is. [ing.] Maye tökmək üçün germetik ağızlı qab.

KANKAN (ID - 20218)

is. [fars.] köhn. Əl ilə quyuqazan; quyuçu. Kankanın vəsiyyəti qızıl öküzdür. (Ata. sözü). [Məmməd:] Atam kankan idi, amma acından ölməmək üçün arpa əkirdi. C.Cabbarlı. Əzablar içində bağrı qan oldu; Çox gəzib, axırda...

KANKANBAŞI (ID - 20219)

is. köhn. Kankanların başçısı. Qoca kankanbaşı son nəfəsində bərk dolub qəhərləndi. S.Rəhimov.

KANKANLIQ (ID - 20220)

is. Kankanın işi, sənəti, peşəsi; quyuçuluq. [Məşədi Hənifə] yayda biçinə gedər, qışda kankanlıq edər, payız vaxtı karxanalarda günəmuzd kərpic kəsərdi. Mir Cəlal. [Qulaməli] özü kankanlıq edib quyu qazdı. Ə.Sadıq.

KANOE (ID - 20221)

[isp.] Xüsusi tipli idman qayığı (bu qayıqda bir diz üstə durub sərbəst avarla avar çəkilir).

KANONADA (ID - 20222)

[fr.] 1. Toplardan tez-tez və ardıcıl açılan atəş.
Top atəşlərinin və mərmi partlayışlarının uzaqdan eşidilən səsi.

KANONER (ID - 20223)

[fr. canoniere-dən]: kanoner qayığı - b a x kanonerka.

KANONERKA (ID - 20224)

[fr.] Dənizin sahilboyu ərazilərində, çaylarda və göllərdə hərbi əməliyyat aparmaq üçün döyüş gəmisi; kanoner qayığı. Raket silahının inkişafı ilə əlaqədar kanoner qayığının rolu xeyli azalmışdır.

KANSELYARİYA (ID - 20225)

[lat.] bax dəftərxana. [Məmmədcəfər] kanselyariyada oturanda başını çox vaxt dala əyərdi. Qantəmir.

KANSLER (ID - 20226)

[alm.] Bəzi dövlətlərdə yüksək vəzifəli şəxslərə verilən ad və bu adı daşıyan şəxs. // Almaniyada baş nazir.

KANTATA (ID - 20227)

[ital.] 1. Musiqinin müşayiəti ilə xorla və tək oxunan, adətən təntənəli mahiyyət daşıyan böyük musiqi əsəri. “Füzuli” kantatası. - Simfonik vokal əsərlər formasından biri də kantatadır. Ə.Bədəlbəyli.
Təntənəli...

KANTON (ID - 20228)

[fr.] Bəzi xarici ölkələrdə inzibati-ərazi bölgüsü.

KANYON (ID - 20229)

is. [isp.] Sıldırımlı dar dərə.

KAP (ID - 20230)

is. məh. Qarğıdalı, alma və b. meyvələrin yeyilməyən hissəsi, qalığı.

KAPELLA (ID - 20231)

[orta lat.] mus. Müğənnilərdən və musiqi alətlərində çalan çalğıçılardan ibarət ansambl. Banduraçılar kapellası. // Müğənnilərdən ibarət xor. Dövlət Akademik Kapellası.

KAPELMEYSTER (ID - 20232)

[alm.] Keçmişdə dirijora verilən ad. // Hərbi orkestr dirijoru.

KAPELMEYSTERLİK (ID - 20233)

is. köhn. Dirijorluq.

KAPİLLYAR (ID - 20234)

[lat.] anat. Ən kiçik, incə qan damarı. Kapillyar damarlar.

KAPİTAL (ID - 20235)

[lat. capitalis-dən] 1. iqt. Sahibinə, muzdlu fəhlələri istismar yolu ilə izafi dəyər gətirən dəyər (sərmayə, istehsalat vasitələri və s.). Maliyyə kapitalı. Sənaye kapitalı. - Sorulub Bakının şah damarları; Nobel banklarında...

KAPİTALİST (ID - 20236)

is. 1. Kapitalizm cəmiyyətində hakim sinfin nümayəndəsi, muzdlu fəhlələri istismar edən kapital sahibi.
Bax kapitalizm 2-ci mənada. Kapitalist istehsal üsulu.
köhn. Çox varlı, dövlətli adam; sərmayədar.

KAPİTALİZM (ID - 20237)

[lat.] 1. İstehsal vasitələri üzərində xüsusi mülkiyyətə və muzdlu əməyin istismarına əsaslanan ictimai-iqtisadi formasiya. Marksın “Kapital “əsərində kapitalizmin iqtisadi qanunlarının elmi təhlili verilmişdir. Kapitalizm prinsipləri...

KAPİTALLAŞDIRILMA (ID - 20238)

“Kapitallaşdırılmaq” dan f.is.

KAPİTALLAŞDIRILMAQ (ID - 20239)

məch. iqt. Kapitala çevrilmək.

KAPİTALLAŞDIRMA (ID - 20240)

“Kapitallaşdırmaq” dan f.is.

KAPİTALLAŞDIRMAQ (ID - 20241)

f. iqt. Kapitala çevirmək.

KAPİTALLAŞMA (ID - 20242)

"Kapitallaşmaq” dan f.is.

KAPİTALLAŞMAQ (ID - 20243)

f iqt. Kapitala çevrilmək.

KAPİTAN (ID - 20244)

[fr.] 1. Orduda: baş leytenant rütbəsindən sonra gələn zabit rütbəsi, habelə bu rütbəni daşıyan şəxs. Komandir, Əliyev adlı bir azərbaycanlı kapitan idi. Mir Cəlal. Gəmi komandiri, rəisi. Gəmi kapitanı. Kapitan köməkçisi. -...

KAPOT (ID - 20245)

[fr.] 1. köhn. Evdə geyilən xalata oxşar enli qadın paltarı. Maşa şalına büründü, isti kapot geyindi, öz mücrüsünü götürüb dal qapıya çıxdı. Puşkindən.
2. Müxtəlif mexanizmlərdə (məs.: avtomobildə, təyyarədə) açılıb-bağlanan...

KAPRAL (ID - 20246)

[fr.] köhn. hərb. Bəzi ölkələrin ordularında və XVII əsrdən XIX əsrin birinci yarısına qədər rus ordusunda kiçik komanda heyətinə məxsus hərbi rütbə və bu rütbəni daşıyan şəxs; onbaşı. [P.A.Qrinyov] evdən çıxmaq üzrə...

KAPRİÇÇİO, KAPRİÇÇO (ID - 20247)

[ital.] mus. Sərbəst və oynaq musiqi əsəri. Fikrət Əmirovun “Azərbaycan “kapriççiosu.

KAPRON (ID - 20248)

[xar.] Süni lif növü. Kapron istehsalı. // Kaprondan hazırlanmış. Kapron corab. Kapron tor. Kapron ip.

KAPSUL1 (ID - 20249)

[lat.] əcz. Birdəfəlik dərman dozası üçün jelatindən, kağızdan və s.-dən qayrılmış, mədədə tez həll olunan qovuqcuq.

KAPSUL2 (ID - 20250)

[fr.] Piston (patronda, distansiya borucuqlarında və s.-də).

KAPSULLU1 (ID - 20251)

sif. Kapsula qoyulmuş. Kapsullu dərman.

KAPSULLU2 (ID - 20252)

sif. Kapsulu olan. Kapsullu tüfəng.

KAPTAJ (ID - 20253)

[fr.] xüs. 1. Yer altından çıxan mədən suyunun, yaxud qazın torpağa hopmasının, axarkən çirklənməsinin qarşısını almaq və onlardan daha səmərəli istifadə məqsədilə onların boru, quyu və s. qurğu içinə alınması.
2....

KAPTENARMUS (ID - 20254)

[fr.] köhn. Hərbi hissədə silah, ərzaq və sursata baxan şəxs.

KAPYUŞON (ID - 20255)

[fr.] Üst paltara bənd edilmiş başlıq.

KAR1 (ID - 20256)

sif. Eşitmək qabiliyyətini tamamilə və ya qismən itirmiş. Kar kişi. Bir qulağından kar. Anadangəlmə kar. - [Cahangir:] Qışqırmayın, mən kar deyiləm! İ.Əfəndiyev. // İs. mənasında. Qulağı eşitməyən adam. Karın könlündəki....

KAR2 (ID - 20257)

is. [fars.] 1. İş, peşə, məşğələ. Nə karın sahibidir? Hansı kar yiyəsidir? - Qoç Koroğlu öz karında; Yalan olmaz ilqarında. “Koroğlu”. Qoy mən tox olum, özgələr ilə nədi karım. M.Ə.Sabir. Yox quru fəxr eləməkdən bizə...

KARABİN (ID - 20258)

[fr.] Qısalüləli tüfəng. [Səttarxan] qısaqundaqlı bir Avstriya karabini götürmüşdü. P.Makulu.

KARABİNYER (ID - 20259)

[fr.] 1. Keçmişdə Qərbi Avropada və XIX əsrin ortalarına qədər Rusiyada: karabinlə silahlanmış xüsusi hərbi hissələrə mənsub əsgər.
2. İtaliyada: jandarm.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed