İzahlı lüğət

KOMPOT (ID - 21760)

[fr.] Suda qəndlə bişirilmiş təzə və ya quru meyvədən ibarət duru yemək; xoşab. Qaysı kompotu. Kompot bişirmək. Bir stəkan kompot. - [Aslanovun] xörəkdən sonra cürbəcür çərəz yeməklə, yaxud kompot içməklə heç arası yox...

KOMPOZİSİYA (ID - 21761)

[lat.] 1. Ədəbiyyat və incəsənət əsərlərinin quruluşu və onların hissələri arasında qarşılıqlı əlaqə. Şəklin kompozisiyası. Romanın kompozisiyası.
Musiqi əsəri. // Müəyyən quruluşu, vəhdəti olan rəssamlıq əsəri...

KOMPRADOR (ID - 21762)

[isp. comprador - alıcı] Şərqin bəzi müstəmləkə və asılı ölkələrində: xarici kapitalla yerli bazar arasında vasitəçilik edən yerli tacir, kapitalist.

KOMPRES (ID - 21763)

[fr.] Müalicə məqsədi ilə ağrıyan yerə qoyulan yaş sarğı. [Doktor] ..qızdırma artdığı zaman [Arazın] başına, ürəyinə kompres qoyurdu. A.Şaiq.

KOMPRESSOR (ID - 21764)

[lat.] Havanı, buxarı, qazı sıxmaq üçün maşın. Kompressor stansiyası (həmin maşınlar olan stansiya). - Kompressor stansiyasından gələn yeknəsəq guppultunun arası kəsilmirdi. M.Hüseyn.

KOMPRESSORÇU (ID - 21765)

is. xüs. Kompressorda işləyən, kompressoru idarə edən. Kompressorçu fəhlə.

KOMPRESSORLU (ID - 21766)

sif tex. Kompressoru olan, kompressorla işləyən. Kompressorlu neft quyusu.

KOMPROMAT (ID - 21767)

is. [fars.] Nüfuzdan salma, gözdən salma, adına ləkə gətirmə.

KOMPROMİS (ID - 21768)

[lat. compromissum-dan] Qarşılıqlı güzəşt əsasında razılaşma, uzlaşma.

KOMPROMİSLİ (ID - 21769)

sif Kompromisə əsaslanan, kompromis yolu ilə olan; güzəştli. Kompromisli təklif

KOMPYUTER (ID - 21770)

is. [ing.] Hesablayıcı elektron maşın.

KOMSOMOL (ID - 21771)

[rus. “коммунистический союз молодежи”nin ixtisarı] 1. tar. Kommunist Gənclər İttifaqı.
2. Canlı dildə “komsomolçu” mənasında.

KOMSOMOLÇU (ID - 21772)

is. tar. Kommunist Gənclər İttifaqı üzvü. // Sif. mənasında. [Qəhrəman:] Yoldaşlarımın biri nazik, arıq, alagözlü, parlaq qarasaçlı, diribaş bir komsomolçu qız idi. H.Nəzərli.

KOMSOMOLLUQ (ID - 21773)

is. tar. Kommunist Gənclər İttifaqının üzvü olma.

KONDENSASİYA (ID - 21774)

is. [lat.] Qazvari və ya buxovvari maddələrin maye və ya bərk hala keçməsi.

KONDENSATOR (ID - 21775)

[lat. condensare-dən]
fiz. Külli miqdarda elektriki toplamaq üçün cihaz. Kondensatoru sarğılarla birləşdirən kimi sarğılardan cərəyan keçəcək və beləliklə, kondensator boşalacaqdır. M.Süleymanov.
2. İşlənmiş buxarı...

KONDİSİONER (ID - 21776)

is. [lat.] Binalarda və ya maşınlarda sərinləşdirici qurğu.

KONDUKTOR (ID - 21777)

[lat. conductor - müşayiət edən] Qatarı müşayiət edən, onun təhlükəsizliyinə və düzgün hərəkətinə, yüklərinin qorunmasına nəzarət edən dəmiryol işçisi. Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki, - sabahdan...

KONDUKTORLU (ID - 21778)

sif. Konduktoru olan. Konduktorlu avtobus.

KONDUKTORLUQ (ID - 21779)

is. Konduktorun işi, vəzifəsi.

KONDUKTORSUZ (ID - 21780)

sif. Konduktoru olmayan. Konduktorsuz tramvay (trolleybus).

KONFEDERASİYA (ID - 21781)

KONFERANSYE (ID - 21782)

[fr.] Konsert proqramının nömrələrini elan edən və bəzən nömrələr arasında tamaşaçıları məşğul edən artist. Lətifənin yaxşı tanıdığı konferansye cavan fəhlələrin özlərindən deyildi. M.Hüseyn.

KONFERANSYELİK (ID - 21783)

is. Konferansyenin işi, peşəsi.

KONFESSİONAL (ID - 21784)

is. [lat.] Dini, dinə aid olan.

KONFET (ID - 21785)

[ital. əsli lat.] Adətən kiçik plitə, yastı həb, kiçik şar və s. şəklində şirniyyat məmulatı; şimi. Konfet fabriki. Konfet qutusu. - Iyirmi-otuz adam qız evində yeyibiçib, hərə cib yaylığına yarım girvənkə, yaxud bir girvənkə...

KONFETTİ (ID - 21786)

[ital.] Təntənəli ziyafətlərdə, maskaradlarda iştirakçıların bir-birinin başına səpdikləri əlvan kağız piləklər.

KONFRANS (ID - 21787)

[lat.] Müəyyən məsələləri müzakirə və həll etmək üçün partiya, ictimai və s. təşkilat nümayəndələrinin, habelə hökumət nümayəndələrinin müşavirəsi, yığıncağı. Elmi konfrans. Beynəlxalq konfrans. Keçən bazar ertəsi...

KONKA (ID - 21788)

[rus.] köhn. Tramvayın tətbiqinə qədər vaqonları atla hərəkətə gətirilən şəhər dəmir yolu, habelə bu yolda işləyən vaqon. [Zərbəli:] Usta, getdim yolda ətəklədim, bir qapaz vurdu yıxıldım, mən durunca mindi konkaya qaçdı....

KONKAÇI (ID - 21789)

is. köhn. Konka sürücüsü. Konkaçı konkanı dayandırdı, qamçını konkanın içinə atıb dedi: Gəl özün sür! M.S.Ordubadi.

KONKİ (ID - 21790)

[rus.] idm. Buz üstündə sürüşmək üçün ayaqqabıya taxılan dəmir xizəkciklər.

KONKRET (ID - 21791)

sif. [lat. concretus - qatı, sıx] Tam, dəqiq, aydın, müəyyən, qəti, real mövcud olan (abstrakt əksi). Konkret fakt. Konkret misal. Konkret məsələ. Konkret cavab vermək. Konkret iş.

KONKRETLƏŞDİRİLMƏ (ID - 21792)

“Konkretləşdirilmək” dən f.is.

KONKRETLƏŞDİRİLMƏK (ID - 21793)

məch. Konkret hala salınmaq; müəyyənləşdirilmək.

KONKRETLƏŞDİRMƏ (ID - 21794)

“Konkretləşdirmək” dən f.is.

KONKRETLƏŞDİRMƏK (ID - 21795)

f Bir şeyə əyani xarakter vermək, konkret hala salmaq; müəyyənləşdirmək. Gülşən bəzi məsələləri konkretləşdirmək, aydınlaşdırmaq üçün sabah partiya komitəsi katibinin yanına getməyə hazırlaşır. Ə.Vəliyev.

KONKRETLƏŞMƏ (ID - 21796)

“Konkretləşmək” dən f.vs.

KONKRETLƏŞMƏK (ID - 21797)

f. Konkret hala düşmək, müəyyənləşmək, tam aydın şəkil almaq. ..Həyatda hər kəsin eşitdiyi, özünə görə təsəvvür etdiyi və bəzən sövqi-təbii ilə dərk etdiyi bir məfhum [Veys] üçün konkretləsdi. Ə.Əbülhəsən.

KONKRETLİK (ID - 21798)

is. Müəyyənlik, aydınlıq, qətilik. Bəli, konkretlikdən, yəni müəyyən və nəqdi bir işdən yapışıb çalışmaq - ümumxalq işi üçün çalışmaqdır. S.Rəhimov.

KONKURS (ID - 21799)

[lat. concursus - toqquşma] Vəzifə tutmaq, mükafat almaq və s. üçün iştirakçılardan ən yaxşısını seçmək məqsədilə düzəldilən yarış; müsabiqə. Konkurs imtahanı. Konkursda iştirak etmək. Konkurs sərgisi. - Uzağa niyə gedək,...

KONQLOMERAT (ID - 21800)

[lat.] 1. Müxtəlif cinsli şeylərin və ya hissələrin mexaniki, təsadüfi birləşməsi.
2. geol. Başqa süxurla birləşmiş müxtəlif minerallardan ibarət süxur.

KONQRES (ID - 21801)

[lat. congressus - iclas] 1. Geniş miqyaslı beynəlxalq qurultay, müşavirə, yığıncaq. Ümumdünya analar konqresi. Həmkarlar ittifaqlarının ümumdünya konqresi.
ABŞ-da və bəzi Latın Amerikası ölkələrində qanunverici orqanın...

KONQRESMEN (ID - 21802)

[ing.] Konqres (2-ci mənada) üzvü.

KONQRUYENT (ID - 21803)

sif. [lat.] riyaz. Bir-birinin üzərinə qoyulduqda düz gələn.

KONSENTRAT (ID - 21804)

[lat. concentratio-dan]
Quru və preslənmiş halda hazırlanan hazır ərzaq məhsulu.
k.t. Yüksək keyfiyyətli qidalı maddələrdən ibarət heyvan yemi.
məd. Faydalı qazıntılardan saflaşdırma yolu ilə alınan filiz.

KONSENTRİK (ID - 21805)

[lat. con - birgə və centrum
mərkəz] riyaz. Ümumi mərkəzli, ümumi mərkəzi olan.

KONSENTRİKLİK (ID - 21806)

is. riyaz. Konsentrik fiqurun halı, ümumi mərkəzi olma.

KONSEPSİYA (ID - 21807)

[lat. ] Hər hansı bir hadisə haqqında əsas fikir; görüşlər sistemi. Inkişaf haqqında bir-birinə zidd iki konsepsiya dialektik və metafizik konsepsiya mövcuddur.

KONSERN (ID - 21808)

[ing. concem] 1. Çoxlu ticarətsənaye müəssisələrinin iri kapitalist inhisarı formalarından biri kimi vahid maliyyə rəhbərliyi altında birləşməsi.

KONSERT (ID - 21809)

[ital.] 1. Bir sıra musiqi, balet əsərlərinin, estrada və s. nömrələrinin müəyyən proqram əsasında kütləvi surətlə ifa olunması. Simfonik konsert. Kamera konserti. Estrada konserti. Gecə institutumuzda konsert vardı. İ.Əfəndiyev....
......
.....i_l_bolme_mundericati