KONFRANS[lat.] Müəyyən məsələləri müzakirə və həll etmək üçün partiya, ictimai və s. təşkilat nümayəndələrinin, habelə hökumət nümayəndələrinin müşavirəsi, yığıncağı. Elmi konfrans. Beynəlxalq konfrans. Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağırılmışdı. C.Məmmədquluzadə. Beş-altı ay əvvəldən başlayaraq, ara-sıra Məsməyə klub, konfrans kimi ictimai yerlərdə rast gələrdim. S.Hüseyn. Həsən Tiflisdə çağırılan konfransdan qayıdanda iki dolu [zənbil] Zaqatala tütünü gətirirmiş. Qantəmir.
Paylaşın - Hamı bilsin
|