İzahlı lüğət

KOMPOT

[fr.] Suda qəndlə bişirilmiş təzə və ya quru meyvədən ibarət duru yemək; xoşab. Qaysı kompotu. Kompot bişirmək. Bir stəkan kompot. - [Aslanovun] xörəkdən sonra cürbəcür çərəz yeməklə, yaxud kompot içməklə heç arası yox idi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......