KEFCİL (ID - 20560)bax kefçi. Bu adamın hərəkətindən və simasından gəncliyində çox igid və kefcil bir dəliqanlı olduğu anlaşılırdı. A.Şaiq. Əziz əyri-əyri Zeynala baxdı. Bu baxışlarından hiss edilirdi ki, onun bu qırmızısifət, kefcil oğlandan...
|
KEFCİLLİK (ID - 20561)is. Kef çəkməyi sevmə, vaxtını kefdə keçirmə, içkiyə aludəlik. [Mirzə Cəmil:] [Paşa bəyi] öldürsə, elə bu kefcillik öldürəcək. Ə.Vəliyev.
|
KEFÇİ (ID - 20562)is. və sif. 1. Vaxtını kefdə keçirən, kef çəkməyi sevən adam; kefcil. ..Teymur ağa həm məşhur kefçi, həm də nüfuzlu və vurubyıxan cavanlardan idi. M.S.Ordubadi.
2. məc. Öz danışığı, hərəkəti ilə başqalarının kefini... |
KEF-DAMAQ (ID - 20563)b a x kef 2-ci mənada.
□□ Kef(də)-damaqda olmaq - b a x kefdə olmaq (“kef’də). O vaxt xanların dəmi hələ saz idi, xanlar gələcəklərini bilməyib, öz keflərində-damaqlarında idilər. E.Sultanov. Kefə-damağa baxmaq - b a x... |
KEF-ƏHVAL (ID - 20564)bax kef 1-ci mənada. [Kərbəlayı Qubad:] Ağanın kefi-əhvalı necədir? Ü.Hacıbəyov. Tahir .. həm Nərgizin özünün, həm də ata-anasının kefini-əhvalını soruşdu. M.Hüseyn.
|
KEFXANA (ID - 20565)is. [ər. kef və fars. xanə] Kef çəkilən yer, kef yeri.
|
KEFİR (ID - 20566)is. Qatığa oxşar, süddən qatı qidalı içki.
|
KEFLƏNDİRİLMƏ (ID - 20567)“Kefləndirilmək” dən f.is.
|
KEFLƏNDİRİLMƏK (ID - 20568)məch. İçki və s. içirdilib kefli edilmək; sərxoşlandırılmaq.
|
KEFLƏNDİRMƏ (ID - 20569)“Kefləndirmək” dan f.is.
|
KEFLƏNDİRMƏK (ID - 20570)icb. İçki və s. içdirib kefli etmək; sərxoşlandırmaq.
|
KEFLƏNMƏ (ID - 20571)“Keflənmək” dən f.is.
|
KEFLƏNMƏK (ID - 20572)f. İçib məst olmaq, kefli hala düşmək; sərxoşlanmaq. [Mozalanbəy:] Gördüm qarabağlıdır, bərk keflənib. Ə.Haqverdiyev. [Qonaqlar] tamamilə keflənməmişdilərsə də, yarımsərxoş bir halda bulunurdular. S.Hüseyn. Çoxları mey içdi...
|
KEFLİ (ID - 20573)sif. 1. İçki içərək keflənmiş; sərxoş. Kefli adam. - Rəşid bəy bərk kefli idi, ona görə də nə dil aça bildi, nə bir söz dedi, ancaq zarıldayıb zıqqıldayırdı. E.Sultanov.
2. Bax kefçi 2-ci mənada. |
KEFLİ-DAMAQLI (ID - 20574)b a x kefçi 2-ci mənada. Biri kefli-damaqlı; Birinin ömrü boyu; Nəsibi hicran oldu. H.Arif.
|
KEFLİ-KEFLİ (ID - 20575)zərf Kefli halda, sərxoş halda.
|
KEFLİLİK (ID - 20576)is. Kefli adamın halı; sərxoşluq, məstlik.
|
KEFSİZ (ID - 20577)sif 1. Yüngül xəstə, naxoş, azarlı. O dəm deyir biri dustaqların: - Bəradərlər! Nə var, neçün belə kefsiz, fikirlisiz yeksər? A.Səhhət. □ Kefsiz olmaq- bax kefsizləmək 1 -ci mənada. Gülpəri bir qədər kefsiz olduğu üçün axşamdan...
|
KEFSİZCƏSİNƏ (ID - 20578)zərf Kefsiz halda, kefsiz bir tərzdə, qəmgincəsinə, pərişancasına. Bir gün işdən qayıdan zaman Cəmilə xanım kefsizcəsinə Əhmədi qarşıladı. S.Rəhimov.
|
KEFSİZLƏMƏ (ID - 20579)“Kefsizləmək” dən f.is.
|
KEFSİZLƏMƏK (ID - 20580)f. 1. Yüngül xəstələnmək, naxoşlamaq, azarlamaq. Uşaq kefsizləyib.
2. məc. Kədərli və pərişan olmaq, qəmginləşmək, məyuslaşmaq. [Zərrintac xanım:] ..Həfiəbaşı .. ərinin kefsizləməyini istəmir. S.Rəhimov. |
KEFSİZLƏNDİRMƏ (ID - 20581)“Kefsizləndirmək” dən f.is.
|
KEFSİZLƏNDİRMƏK (ID - 20582)icb. 1. Yüngül xəstələnməsinə, naxoşlamasına, azarlamasına səbəb olmaq. Uşağı soyuğa verib kefsizləndirmək.
2. məc. Kədərləndirmək, pərişan etmək, qəmginləşdirmək, məyus etmək. Xəbər onu kefsizləndirdi. |
KEFSİZLİK (ID - 20583)is. 1. Azca xəstəlik, naxoşluq.
2. məc. Əhval pozğunluğu; pərişanlıq, qəmginlik, məyusluq, pərtlik. Arvad Zeynalı bu axşam kefsiz gördü, lakin bu kefsizliyə ayrıca məna vermədi. Çəmənzəminli. [Gülsənəm] kefsizliyinin səbəbini... |
KEKS (ID - 20584)[ing. cake, cəmi cakes] Yumurta, şəkər vurulmuş, kişmişli xəmirdən bişirilən, şirin çörək növü. Qozlu keks.
|
KEQL1 (ID - 20585)[alm.] Müəyyən qaydada düzülmüş çəlikləri ağac şarla vurub yıxmaqdan ibarət oyun. Keql oynamaq. // Həmin oyunda işlədilən çəliklər.
|
KEQL2 (ID - 20586)[alm.] Mətbəə hürufatı ölçüsü.
|
KELTLƏR (ID - 20587)cəm. Qədim zamanlarda Qərbi Avropada yaşamış tayfalardan biri. □ Kelt dilləri - Hind-Avropa dilləri ailəsi qruplarından biri.
|
KENQURÜ (ID - 20588)[ing. əsli Avstraliya dilindən] zool. Qabaq ayaqları qısa, dal ayaqları uzun, hoppana-hoppana gəzən, hərəkət edən kisəli heyvan (Avstraliya və Yeni Qvineyada yayılmışdır).
|
KEPKA (ID - 20589)[rus. əsli fr.] Günlüyü olan yumşaq kişi baş geyimi. Drap kepka. Qara kepka. Kepkasını çıxarmaq. - Nimdaş kepkasını çıxardıb yaş əlini başının dazına çəkəndə Bağırın canına bir sərinlik yayıldı. İ.Məlikzadə. Dama-dama...
|
KEPKALI (ID - 20590)sif Başında kepka olan, başına kepka qoymuş. Kepkalı oğlan.
|
KERAMİKA (ID - 20591)[yun.] Dulusçuluq məmulatı; saxsı istehsalı; dulusçuluq. Keramika istehsalı.
|
KERATİ (ID - 20592)N [yun. keras - buynuz] Buynuz, yun, lələk,^ saç və s.-də olan zülali maddə.
|
KERATIT (ID - 20593)[yun. keras - buynuz] tib. Gözün buynuz qişasının iltihabı.
|
KEROQAZ (ID - 20594)[rus.] Ağ neftlə yanan qızdırıcı cihaz - səssiz primusun bir növü.
|
KEŞAKEŞ (ID - 20595)[fars.] bax keşməkeş. Tab etməyib keşakeşi-sevdayə; Fərhad dağa qaçdı, Məcnun səhrayə. Q.Zakir.
|
KEŞİK (ID - 20596)is. Qarovul, güdük; qoruma. Keşik çəkmək - 1) qarovul çəkmək, bir obyekti qorumaq. Dəlilər.. dağın dörd tərəfində keşik çəkərdi. “Koroğlu”. [Əbdül:] Məni malların keşiyini çəkmək üçün qoyublar. C.Cabbarlı. [Gənclər]...
|
KEŞİKÇİ (ID - 20597)is. Adətən silahlı surətdə keşik çəkən, mühafizə edən, qoruyan adam; qarovulçu. Keşikçilər Eyvazgili aparıb saldılar dama. “Koroğlu”. Bir-iki nökər yüyürüb, şəhər qapısı keşikçilərinə xəbərə getdi. Çəmənzəminli....
|
KEŞİKÇİBAŞI (ID - 20598)is. köhn. Keşikçilərin başçısı, böyüyü. Keşikçibaşıya xəbər verdilər. M.S.Ordubadi.
|
KEŞİKÇİLİK (ID - 20599)is. Keşikçinin işi, vəzifəsi; qarovulçuluq.
|
KEŞİKXANA (ID - 20600)is. Keşikçilərin olduğu, yerləşdiyi bina; qarovulxana. Onların dalınca sarayın keşikxana qulamları çıxdı. P.Makulu.
|
KEŞİŞ (ID - 20601)is. Xristianlarda: yepiskop ilə dyakon arasında ruhani rütbəsi və bu rütbəni daşıyan ruhani. [İblis Arifə:] Iç də, bax, sonra duyarsan nə imiş; Ən gözəl töhfə, keşiş göndərmiş. H.Cavid. Ədalətin şərbətinə; Ilk dəfə kim...
|
KEŞİŞLİK (ID - 20602)is. Keşişin vəzifəsi, işi. Keşişlikdən çıxdın, ermənilikdən ki çıxmamısan. (Ata. sözü). [Keşiş:] Bu axundluqla keşişliyi boynumuza qoyub, dünyanı bizə haram eləyiblər... Çəmənzəminli.
|
KEŞİŞSİFƏT (ID - 20603)sif Keşiş kimi uzun saqqalı olan; görünüşcə, qiyafəcə keşişə oxşayan. Hamı boynu zəncirli, keşişsifət, uzun çalsaqqal, qarapaltar kişinin ağzından çıxacaq hökmün necə olacağına müntəzir idi. Mir Cəlal.
|
KEŞKƏ (ID - 20604)is. məh. 1. Dərinin üzərində əmələ gələn ərp. Əli keşkə atıb.
2. Quru meyvənin üstündə şəkərdən əmələ gələn ağ qat. Əncir qurusu keşkə atıb. |
KEŞKƏL (ID - 20605)is. məh. 1. Əkin yerinə çəkilən kiçik su arxı. Dar bir su keşkəlinin yanındakı dəyədə atlarını saxladılar. S.Rəhman. Kiçik çay və ya arxın üstündən keçmək üçün uzadılmış tir, ağac.
|
KEŞKƏLƏNMƏ (ID - 20606)“Keşkələnmək” dən f.is.
|
KEŞKƏLƏNMƏK (ID - 20607)f məh. Keşkə atmaq, üstü qabıq tutmaq.
|
KEŞKƏLİ (ID - 20608)sif məh. Keşkə atmış, keşkəsi olan. Keşkəli əncir qurusu.
|
KEŞMƏKEŞ (ID - 20609)is. [fars.] Çəkhaçək, çəkişmə, dartışma.
|
Bu səhifə dəfə baxılıb