KEŞİKÇİis. Adətən silahlı surətdə keşik çəkən, mühafizə edən, qoruyan adam; qarovulçu. Keşikçilər Eyvazgili aparıb saldılar dama. “Koroğlu”. Bir-iki nökər yüyürüb, şəhər qapısı keşikçilərinə xəbərə getdi. Çəmənzəminli. Kənd içində .. batalyon keşikçisindən başqa kimsə görünmürdü. Ə.Əbülhəsən. // Məc. mənada. ..Gecələr bu dilrübanın keşikçisi, gündüzlər qulu oldum. A.Divanbəyoğlu.
Paylaşın - Hamı bilsin
|