KÜŞ (ID - 22760)is. İti qısqırtmaq üçün çıxarılan səs. (Iskəndər qapıya tərəf gedib): küş, küş, küş; xa... xa... xa...; küş, küş, küş... iti muşqurur. C.Məmmədquluzadə.
|
KÜŞDƏRƏ (ID - 22761)is. məh. Ağacın içini ovub çıxarmaq üçün alət.
|
KÜŞDƏRƏLƏMƏ (ID - 22762)fis. “Küşdərələmək” dən f. məh.
|
KÜŞDƏRƏLƏMƏK (ID - 22763)Ağacın içini ovub çıxarmaq.
|
KÜŞKÜRMƏK (ID - 22764)b a x küşkürtmək. Axırda da görürük ki, əcnəbilərin uşaqları məktəblərdə oxuyanda, bizimkilər küçələrdə iti küşkürürlər dərvişlərin üstünə. C.Məmmədquluzadə.
|
KÜŞKÜRTMƏ (ID - 22765)“Küşkürtmək” dən f.is.
|
KÜŞKÜRTMƏK (ID - 22766)f İti bir başqasının üstünə saldırmaq; qısqırtmaq. [Nazlı:] Vallah, dadaş, ağam gələndə deyəcəyəm ki, dadaşım iti küşkürdürdü adamların üstünə. C.Məmmədquluzadə.
|
KÜŞ-KÜŞ (ID - 22767)təql. Uşağı yatırtmaq üçün çıxarılan səs. Küş-küş etmək - uşağı yatırtmaq üçün “küş-küş” deyə oxşamaq. Ana körpəni küş-küş edib yatırtdı.
|
KÜŞTÜ (ID - 22768)is. [fars.] 1. köhn. Güləşmə, qurşaq yapışma. Qara pəhləvan gəlib ərəb pəhləvana əl verdi. Onda ara açıldı, küştü başlandı. “Koroğlu”. Meydan sulandı, süpürüldü, küştü başlandı. (Nağıl). □ Küştü tutmaq güləşmək,...
|
KÜŞÜLDƏMƏ (ID - 22769)“Küşüldəmək” dən f.is.
|
KÜŞÜLDƏMƏK (ID - 22770)f Küşültü səsi çıxarmaq. Dalğalar küşüldəyərək özünü buruğun dəmir sütunlarına çırpıb geri qayıtdıqca, dörd yandan hücuma keçdikcə [Hüseynağa] ürəyində Sərdarovu söyürdü. M.İbrahimov.
|
KÜŞÜLTÜ (ID - 22771)is. Gəlib-qayıdan dalğaların güclü hərəkətindən hasil olan səs.
|
KÜT1 (ID - 22772)sif 1. Kəsməyən, iti olmayan, kəsəri olmayan. Küt bıçaq. Küt balta. - [Qulu:] Bu elə kütdür ki, heç yer də qazmaz. S.S.Axundov. Qurd .. dişlərilə onu küt kəlbətin kimi sıxıb qançır etmişdi. M.Rzaquluzadə.
məc. Kütbeyin,... |
KÜT2 (ID - 22773)is. Təndirin divarından düşüb od və ya kül üstündə bişən yöndəmsiz çörək. Kütləri təndirdən çıxarmaq. Kütün külünü təmizləmək. - It haradan aldı iki kütü, birini yesin, birini də başının altına qoysun. (Ata. sözü)....
|
KÜTBAŞ (ID - 22774)sif. Küt, ağılsız, gecqanan; kütbeyin. Kütbaş adam.
|
KÜTBAŞLIQ (ID - 22775)is. Kütlük, fəhmsizlik, anlaqsızlıq; kütbeyinlik.
|
KÜTBEYİN (ID - 22776)bax kütbaş. Kimisi avam olur; kütbeyin, cahil olur; Kimi əlli-ayaqlı; hay-haray, paxıl olur. R.Rza.
|
KÜTBEYİNLİK (ID - 22777)b a x kütbaşlıq.
|
KÜTBUCAQ(LI) (ID - 22778)sif. riyaz. 90o-dən böyük olan bucaq.
|
KÜTLƏ (ID - 22779)is. [ər.] Mexanikanın əsas kəmiyyətlərindən biri - bir cisimdə olan maddənin miqdarını ölçən əsas kəmiyyət; cismin, ona təsir edən qüvvəyə nisbətlə inersiyalılığın ölçüsü.
tex. Formasız, xəmirvari qatı və ya yarımqatı... |
KÜTLƏLİ (ID - 22780)sif. Kütləsi olan; tutumlu.
|
KÜTLƏNDİRİLMƏ (ID - 22781)“Kütləndirilmək” dən f.is.
|
KÜTLƏNDİRİLMƏK (ID - 22782)bax kütləşdirilmək.
|
KÜTLƏNDİRMƏ (ID - 22783)“Kütləndirmək” dən f.is.
|
KÜTLƏNDİRMƏK (ID - 22784)bax kütləşdirmək.
|
KÜTLƏNMƏ (ID - 22785)“Kütlənmək” dən f.is.
|
KÜTLƏNMƏK (ID - 22786)b a x kütləşmək.
|
KÜTLƏŞDİRİLMƏ (ID - 22787)“Kütləşdirilmək” dən f.is.
|
KÜTLƏŞDİRİLMƏK (ID - 22788)məch. 1. Küt hala salınmaq, kəsəri azaldılmaq; korşaldılmaq.
məc. Həssaslığı, qavrama qabiliyyəti azaldılmaq. |
KÜTLƏŞDİRMƏ (ID - 22789)“Kütləşdirmək” dən f.is.
|
KÜTLƏŞDİRMƏK (ID - 22790)f 1. Küt hala salmaq, kəsməz hala salmaq, kəsərini azaltmaq. Bıçağı kütləşdirmək. Qayçını kütləşdirmək.
Dostlar! Kütləşdirməyək döyüş yarağını. S.Rüstəm. 2. məc. Həssaslığını, qavrama qabiliyyətini, dərrakəsini... |
KÜTLƏŞMƏ (ID - 22791)"Kütləşmək” dən f.is.
|
KÜTLƏŞMƏK (ID - 22792)f 1. Küt olmaq, kəsməz hala gəlmək, kəsəri azalmaq; korşalmaq. Balta kütləşib. Bıçaq kütləşib - Baxma rəfiqə, qohum, qardaşa; Kütləsib, ülgüclərini çək daşa! Ə.Nəzmi. Neçə vaxtdı ki, Gövhər qiyməkeşi işlətmirdi.....
|
KÜTLƏVİ (ID - 22793)sif. [ər.] 1. Geniş xalq kütləsinin, yaxud çoxlu adamın iştirakı ilə olan. Kütləvi fəhlə hərəkatı. Sülh tərəfdarlarının kütləvi hərəkatı. // Kütlənin iştirakı ilə olan, çox adam tərəfindən görülən. Kütləvi səhnə....
|
KÜTLƏVİLƏŞDİRİLMƏ (ID - 22794)"Kütləviləşdirilmək” dən f.is.
|
KÜTLƏVİLƏŞDİRİLMƏK (ID - 22795)məch. Kütləvi xarakter verilmək, bütün kütləyə aid edilmək; populyarlaşdırılmaq.
|
KÜTLƏVİLƏŞDİRMƏ (ID - 22796)“Kütləviləşdirmək” dən f.is.
|
KÜTLƏVİLƏŞDİRMƏK (ID - 22797)icb. Kütləvi xarakter vermək, bütün kütləyə aid etmək, kütləvi etmək; populyarlaşdırmaq.
|
KÜTLƏVİLƏŞMƏ (ID - 22798)"Kütləviləşmək” dən f.is.
|
KÜTLƏVİLƏŞMƏK (ID - 22799)f Kütləvi mahiyyət almaq, bütün kütləyə aid olmaq, kütləvi olmaq; populyarlaşmaq.
|
KÜTLƏVİLİK (ID - 22800)is. Kütləvi mahiyyət daşıma, kütləvi olma, bütün kütləyə aid olma; populyarlıq. Ədəbiyyatın kütləviliyi. Maarifin kütləviliyi.
|
KÜTLÜK (ID - 22801)is. 1. Küt şeyin hal və keyfiyyəti. Bıçağın kütlüyü. Qayçı kütlükdən kəsmir.
məc. Həssaslığın, qavrama və idrak qabiliyyətinin olmadığı hal. Beyninin kütlüyündən dərs başına girmir. // məc. Bacarıqsızlıq, qabiliyyətsizlik,... |
KÜTTƏLƏMƏ (ID - 22802)“Küttələmək” dən f.is.
|
KÜTTƏLƏMƏK (ID - 22803)dan. bax kütləmək. Kağızları küttələmək. - [Muzdur] əli əsə-əsə yüzlükləri bir-birinin üstünə küttələyib öz kağızına bağladı. S.Qənizadə.
|
KÜTÜB (ID - 22804)[ər. “kitab” söz. cəmi] klas. Kitablar. Dəxi o qədər şüuru yoxdur anlasın ki, hüsni-xətt əlzəm şey deyil və daş basmaxanasında kütüb qələt basılır və girənbəha olur. M.F.Axundzadə.
|
KÜTÜBXANA (ID - 22805)klas. bax kitabxana. Mümkün olsaydı da yurdumdakı meyxanələri; Həp kütübxanə yapardım. H.Cavid.
|
KÜTÜBXANAÇI (ID - 22806)klas. bax kitabxanaçı.
|
KÜTÜM (ID - 22807)is. zool. Çəkikimilər fəsiləsindən vətəgə balığı, ziyad balığı.
|
KÜVET (ID - 22808)is. [fr.] Metaldan və ya plastik materialdan düzbucaqlı qab.
|
KÜY (ID - 22809)is. 1. Qalmaqal, səs-küy; dalaşan, vuruşan, çaxnaşmaya düşən adamların çıxardığı səs. Nə gurultu, nə küy, nə səs vardır; Bir neçə ruhsuz qəfəs vardır. A.Səhhət. [Hacı Mehdi:] Səsiniz, küyünüz qonum-qonşunu az qalıb...
|
Bu səhifə dəfə baxılıb