KƏMBAHA (ID - 20810)sif. [fars.] köhn. Ucuz, qiymətsiz, dəyəri az. Kəmbaha paltar.
|
KƏMBƏXT (ID - 20811)sif [fars.] Bəxtsiz, talesiz.
|
KƏMBƏXTLİK (ID - 20812)is. Bəxtsizlik, talesizlik.
|
KƏMCÜRƏT (ID - 20813)sif [fars. kəm və ər. cürət] Az cürətli (cəsarətli), cürətsiz, cəsarətsiz, qorxaq. - Gözəlin bəzisi bədniyyət olur; Qədrbilməz olur, bihürmət olur; O ki bir parası kəmcürət olur; Çətin ələ düşər dilavər gözəl. Q.Zakir....
|
KƏMCÜRƏTLİLİK (ID - 20814)is. Cürət, cəsarət azlığı; cürətsizlik, cəsarətsizlik, qorxaqlıq. Burada kəmcürətliliyimiz aşkara çıxır. C.Məmmədquluzadə.
|
KƏMÇƏ (ID - 20815)is. [fars.] bax malakeş 2-ci mənada.
|
KƏMÇƏNƏ (ID - 20816)sif məh. Alt çənəsi gödək. Kəmçənə quzu.
|
KƏMÇİK (ID - 20817)1. is. Çatışmayan hissə, parça, şey.
2. sif Tam olmayan, yarımçıq. Kəmçik ay. Kəmçik parça (ağız-ağıza qatladıqda kənarları bir-birinə düz gəlməyən parça). |
KƏMETİBAR (ID - 20818)sif. [fars. kəm və ər. etibar] Etibarsız, etibarı az olan, etibarı olmayan, etibar edilə bilməyən. Kəmetibar adam.
|
KƏMETİQAD (ID - 20819)sif [fars. kəm və ər. etiqad] klas. Etiqadı olmayan, etiqadı az olan; etiqadsız.
|
KƏMETİQADLIQ (ID - 20820)is. Etiqadı az olma; etiqadsızlıq.
|
KƏMETİNA (ID - 20821) |
KƏMETİNALIQ (ID - 20822)is. Etinasızlıq, diqqətsizlik. Zeynəb də Nadirin kəmetinalığını gördükdə sakit oturub, gözlərini qırpmayaraq otağın bucağında asılmış tüfəngin çaxmağına baxırdı. B.Talıblı. Bu nazənin gözəlin yaxşı dilgüşalığı...
|
KƏMƏDƏB (ID - 20823)sif [fars. kəm və ər. ədəb] köhn. Ədəbsiz, biədəb. Kəmədəb uşaq.
|
KƏMƏDƏBLİK (ID - 20824)is. Ədəbsizlik, tərbiyəsizlik, biədəblik.
|
KƏMƏND (ID - 20825)is. 1. Qədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucuilməkli uzun ip. [Dəmirçioğlu] axırda belindən kəməndini açıb, qayaya atdı. “Koroğlu”. // Ovda heyvanı və ya xam atı tutmaq üçün işlədilən həmin ip....
|
KƏMƏNDÇİ (ID - 20826)is. Ovda heyvanları (atları) kəməndlə tutan adam.
|
KƏMƏNDLƏMƏ (ID - 20827)“Kəməndləmək” dən f.is.
|
KƏMƏNDLƏMƏK (ID - 20828)f 1. Kəməndə salmaq; kəməndə keçirmək, kəməndlə tutmaq.
2. məc. Özünə ram etmək, əl-qolunu bağlamaq, əsarət altına almaq. Qumru qaçmaq, onu kəməndləmək istəyənlərin əlindən qurtarmaq istəyirdi. Mir Cəlal. |
KƏMƏNDLƏNMƏ (ID - 20829)“Kəməndlənmək” dən f.is.
|
KƏMƏNDLƏNMƏK (ID - 20830)məch. 1. Kəməndə salınmaq, kəməndə keçirilmək, kəməndlə tutulmaq.
2. məc. Əl-qolu bağlanmaq, əsarət altına alınmaq. KƏMƏR1 |
KƏMƏR2 (ID - 20831)1. tex. İçərisindən su, neft, qaz və s. axıtmaq üçün metal və ya saxsı boru. Neft kəməri. Su kəməri. Qaz kəməri.
2. zool. Soxulcanın bədəninin qabaq tərəfində qalınlaşmış hissə. |
KƏMƏR3 (ID - 20832)arxit. Qapı, pəncərə və s. üstündə yarımdairə (qövs) şəklində tağ. Qədim incəsənətimiz haqqında qiymətli material verən abidələr içərisində tunc kəmərlər xüsusilə maraqlıdır. “İncəsənət”. // Qövs şəklində...
|
KƏMƏRBƏND (ID - 20833)is. [fars.] Belbağı, kəmər, qurşaq. Oğlan gəlir enişdən; Kəmər-bəndi gümüşdən. (Bayatı).
|
KƏMƏRBƏSTƏ (ID - 20834)sif və zərf [fars.] köhn. Əmrə müntəzir, xidmətə hazır; amadə. [Əzim bəy:] Olar həmin xidmət üçün kəmərbəstədirlər. M.F.Axundzadə. □ Kəmərbəstə durmaq köhn. - əmrə müntəzir olmaq, hazır durmaq. [Məhəmməd Qacar] tamam...
|
KƏMƏRÇİN (ID - 20835)is. [fars.] Beli çinli (belinə rezin və ya bağ keçirilib çinlənmiş) qadın tumanı. Kəmərçin geymək. Kəmərçin tikmək.
Mütrüblər təzə kəmərçinlər geyir, saqilər piyalələri hazırlayır, rəqqasələr zinətlərini üstlərinə... |
KƏMƏRLƏMƏ (ID - 20836)“Kəmərləmək” dən f.is.
|
KƏMƏRLƏMƏK (ID - 20837)f 1. Kəmərindən yapışmaq, belindən yapışmaq, yerə yıxmaq, kəmərindən (belindən) yapışıb yerə yıxmaq (vurmaq). Pəhləvan rəqibini kəmərlədi.
2. Əhatə etmək, dövrələmək, dövrəyə almaq. Kəndi bir tərəfdən Zəyəm... |
KƏMƏRLƏNMƏ (ID - 20838)“Kəmərlənmək” dən f.is.
|
KƏMƏRLƏNMƏK (ID - 20839)məch. 1. Belindən tutulmaq, tutulub yerə vurulmaq.
2. Dövrəyə alınmaq, əhatə olunmaq; dövrələnmək. Kənd yarğanla kəmərlənmişdir. |
KƏMƏRLİ1 (ID - 20840)sif. 1. Belinə kəmər, qayış, belbağı və s. bağlamış; qurşaqlı. Ağ çuxalı və ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Ə.Haqverdiyev....
|
KƏMƏRLİ2 (ID - 20841)sif zool. Kəməri olan (bax kəmər2
|
KƏMƏRLİ3 (ID - 20842)sif. Üzərində kəmər kimi çıxıntısı olan; tağlı. Kəmərli pəncərə.
|
KƏMFÜRSƏT (ID - 20843)sif [fars. kəm və ər. fürsət] Tündxasiyyət, tündməcaz, tez özündən çıxan, kəmhövsələ. Kəmfürsət adam. - [Amaliya] Otellodan əhvalı bilib, başlayır onu danlamağa və ağzına gələn sözləri kəmfürsət ərəbin haqqında söyləməyə....
|
KƏMFÜRSƏTLİK (ID - 20844)is. Tündxasiyyətlik, tündməcazlıq, tez özündən çıxma; hövsələsizlik. Həbibə xala dilləndi: - Almaq istəyir, çox kəmfürsətlik eləyir, ay oğul. Mir Cəlal.
|
KƏMHÖVSƏLƏ (ID - 20845)sif. [fars. kəm və ər. hövsələ] Hövsələsi olmayan, hövsələsiz, səbirsiz, tez əsəbiləşən. [Məşədi Ibad:] O cürə evdə böyüyən qız bir az kəmhövsələ olar. Ü.Hacıbəyov. □ Kəmhövsələ olmaq - hövsələsizlik, səbirsizlik...
|
KƏMHÖVSƏLƏLİK (ID - 20846)is. Hövsələsizlik, səbirsizlik. □ Kəmhövsələlik etmək - bax kəmhövsələ olmaq (“kəmhövsələ”də). [Səkinə xanım:] Niyə belə kəmhövsələlik edirsən? M.F.Axundzadə.
|
KƏMXÖRƏK (ID - 20847)sif. [fars.] köhn. Az yeyən, azca yeməklə doyan. Kəmxörək adam. - Hüseyn Kürd on beş yaşına təzəcə çatmışdı. Amma çox zəif, kəmxörək bir adam idi. (Nağıl). [Əliqulu:] Xeyr, ağa, çox kəmxörəyəm. S.S.Axundov.
|
KƏMXÖRƏKLİK (ID - 20848)is. Az yeyən adamın hal və keyfiyyəti.
|
KƏMİLTİFAT (ID - 20849)fars. kəm və ər. iltifat] b a x iltifatsız. Kəmiltifat olmaq.
|
KƏMİLTİFATLIQ (ID - 20850)bax iltifatsızlıq.
|
KƏMİNƏ (ID - 20851)sif [fars.] klas. Həqir, miskin, aciz, zavallı, yazıq. Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm; Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm. Füzuli. Əzim bəy pişxidmətbaşı cavab verdi ki: - Biz sizin kəminə nökərləriniz pişxidmətlərik,...
|
KƏMİŞTAHA (ID - 20852)sif. [fars. kəm və ər. iştəha] İştahası az olan; iştahasız; Kəmiştaha uşaq.
|
KƏMİYYƏT (ID - 20853)is. [ər.] 1. Miqdar, qədər, say, ədəd. Hər yerdə kəmiyyət, keyfiyyət barəsində danışıq gedirdi. S.Hüseyn. Tək kəmiyyətə deyil, keyfiyyətə də fikir verməli!
fiz. riyaz. Ölçmək və hesablamaq mümkün olan hər şey. Sonsuz... |
KƏMİYYƏTCƏ (ID - 20854)sif. və zərf Kəmiyyətə görə; sayca, miqdarca. Kəmiyyətcə artım.
|
KƏM-KARASTI (ID - 20855)top. [fars.] dan. 1. Birsənətdə, peşədə, işdə lazım olan alətlər.
Dülgər kəm-karastısı. - [Veys:] Bütün kəmkarastılarını alıb verəkyoxsul şərbaflar işləsinlər. Ə.Əbülhəsən. 2. Silah, yaraq. [Məşədi Kazım:]... |
KƏM-KƏM (ID - 20856)zərf [fars.] Az-az, yavaşyavaş, asta-asta. Lakin saqın, ölüm günü kəm-kəm yaxınlaşır. Ə.Nəzmi.
|
KƏM-KƏSİR (ID - 20857)is. [fars. kəm və ər. kəsr] Çatışmayan cəhət, nöqsan, qüsur, çatışmazlıq. [Tükəzban:] Heç bir zaddan kəm-kəsir yoxdur. S.S.Axundov. [Aşıq Alı Ələsgərə:]
Oğul, sözdərin də xoşuma gəldi, oxumağın da, saz çalmağın... |
KƏM-KƏSİRLİ (ID - 20858)sif. Kəm-kəsiri olan; nöqsanlı, qüsurlu.
|
KƏMLƏMƏ (ID - 20859)"Kəmləmək” dən f is.
|
Bu səhifə dəfə baxılıb