KƏMƏRBƏSTƏsif və zərf [fars.] köhn. Əmrə müntəzir, xidmətə hazır; amadə. [Əzim bəy:] Olar həmin xidmət üçün kəmərbəstədirlər. M.F.Axundzadə. □ Kəmərbəstə durmaq köhn. - əmrə müntəzir olmaq, hazır durmaq. [Məhəmməd Qacar] tamam İrana qiblə idi və cümlə xəlayiq onun itaətində böyük xovf ilə kəmərbəstə durmuşdular, hənuz sübh olmamış qəflətən söndü. F.Köçərli.
Paylaşın - Hamı bilsin
|