İzahlı lüğət

KÖMƏCLƏNMƏK (ID - 22160)

f. Köməc bitkisi kimi yerin üzünə yayılmaq. Taxıl köməclənmişdir.

KÖMƏK (ID - 22161)

is. 1. Birinin qarşılaşdığı çətinlikləri, sıxıntıları yüngülləşdirmək üçün görülən iş, hərəkət; yardım. Lay-lay əməyim bala; Duzum, çörəyim bala; Gözləyirəm böyü sən; Görüm köməyin bala. (Bayatı). Bir səs...

KÖMƏKÇİ (ID - 22162)

is. 1. Bir işdə kömək edən şəxs; yardımçı. Uşaq anasının köməkçisidir.
..Mən Tehranda özümə köməkçi tapa bilərəm. M.S.Ordubadi.
Müavin. Usta köməkçisi. Rejissor köməkçisi. Operator köməkçisi. - Irəvanda da...

KÖMƏKDAR (ID - 22163)

sif. və is. köhn. Köməkçi. Köməkdar adam.

KÖMƏKDARLIQ (ID - 22164)

is. köhn. Kömək göstərmə, kömək etmə. Ilyas Gülüşgəlinə söz verdi ki, .. köməkdarlıq edib Qəhrəmanı Dağüstü şəhərinə oxumağa göndərəcəkdir. S.Rəhimov.

KÖMƏKKEŞ (ID - 22165)

is. və sif. köhn. Kömək edən, yardım göstərən.

KÖMƏKKEŞLİK (ID - 22166)

is. köhn. Kömək etmə, yardım etmə, kömək göstərmə. [Nəcəfalı:] Köməkkeşlik deyil ha! Ağbirçək arvad uşaqdır bəyəm, qolundanyapışasan? B.Bayramov.

KÖMƏKLƏŞMƏ (ID - 22167)

“Köməkləşmək” dən f.is.

KÖMƏKLƏŞMƏK (ID - 22168)

qarş. Əl-ələ verib bir işi görmək, bir işdə bir-birinə kömək etmək. Cavan ər-arvad .. əl-ələ verib köməkləşirdilər, işlərini qabağa aparırdılar. E.Sultanov. Gəlinlər köməkləşib, dolu səhəngləri birbirinin belinə aşırırdılar....

KÖMƏKLİ (ID - 22169)

zərf Birlikdə, köməkləşərək, bir-birinə kömək edərək, bir yerdə. Qərənfil xala Camal ilə köməkli yükləri düşürməyə başladı. Ə.Vəliyev.

KÖMƏKLİK (ID - 22170)

b a x kömək 1 və 2-ci mənalarda. Etiqad et buna, yəqinə inan; Istəməzdim köməklik insandan. A.Səhhət. Müqabil
köməklik hər zaman mümkündür.. M.S.Ordubadi. □ Köməklik etmək (eləmək) - bax kömək etmək (“kömək”də)....

KÖMƏKSİZ (ID - 22171)

1. sif. Heç bir köməyi olmayan, heç kəsdən kömək görməyən; aciz. C.Məmmədquluzadə Novruzəlilərin ürək dağlayan yazıq, ağır və köməksiz həyatlarını çox təbii və inandırıcı təsvir edir. M.İbrahimov. // Tək, kimsəsiz,...

KÖMƏKSİZLİK (ID - 22172)

is. Köməksiz adamın halı və vəziyyəti. Gəncliyini də, qocalığını da həqiqi bir qürurla yaşayıb köməksizliyin nə olduğunu bilməmişdi. M.Hüseyn.

KÖMLƏK (ID - 22173)

köhn. b a x köynək. Ərəqçini, kömləyi, corabı bəy özü geyir. R.Əfəndiyev. [Rizvan] yandan düymələnən nazik qara kömləyini geydi. S.Rəhimov.

KÖMÜR (ID - 22174)

is. 1. Odunu yandırıb basdırmaqla alınan tünd-qara rəngli bərk yanacaq. Kürəyə kömür qoymaq. Manqala kömür tökmək. Kömürü qızartmaq. - [Rüstəm kişi] ..samovara su tökməyə, kömür salmağa ərindi. M.İbrahimov. Arvad samovarı...

KÖMÜRBASAN (ID - 22175)

is. Kömür basmaqla, yandırmaqla məşğul olan adam (bax kömür 1-ci mənada).

KÖMÜRÇIXARAN (ID - 22176)

sif Daş kömür şaxtasında kömür çıxarmaqla məşğul olan (fəhlə və s.). // is. Daş kömür çıxarmaqla məşğul olan fəhlə; qazmaçı, şaxtaçı. Kömür çıxaranların yarışı.

KÖMÜRÇÜ (ID - 22177)

is. 1. Kömür hazırlayıb satan adam. Kömürçünün üzüqaralıqdan nə arı? (Ata. sözü). [Xortdan:] Hər baqqalı, dəmirçini, kömürçünü, arabaçını .. dindirirsən, deyir: - Mənim familiyam Kəkilbəyovdur. Ə.Haqverdiyev. [Ağsaqqal...

KÖMÜRÇÜLÜK (ID - 22178)

is. Kömürçünün işi, peşəsi (bax kömür 1 -ci mənada). Kömürçülük eləmək. - Cəfərin atası kömürçülükdə qazandığı pulun tən yarısını hər ay müntəzəm halda oğluna göndərmiş, onu oxutmuşdu. Ə.Vəliyev.

KÖMÜRDOĞRAYAN (ID - 22179)

is. xüs. Daş kömürü doğrayıb xırdalayan maşın. Kömürdoğrayanı təmir etmək. // Sif. mənasında. Kömürdoğrayan maşın.

KÖMÜRXANA (ID - 22180)

is. 1. Kömür basdırılan yer (bax kömür 1-ci mənada).
2. B a x kömürlük.

KÖMÜRXIRDALAYAN (ID - 22181)

bax kömürdoğrayan.

KÖMÜRQABI (ID - 22182)

is. Kömür yığmaq, saxlamaq üçün qab.

KÖMÜRQAZIYAN (ID - 22183)

bax kömürçıxaran.

KÖMÜRLƏNMƏ (ID - 22184)

"Kömürlənmək” dən f.is.

KÖMÜRLƏNMƏK (ID - 22185)

b a x kömürləşmək.

KÖMÜRLƏŞDİRİLMƏ (ID - 22186)

"Kömürləşdirilmək” dən. f.is.

KÖMÜRLƏŞDİRİLMƏK (ID - 22187)

məch. Kömür halına saldırmaq, yandırılıb kömür edilmək.

KÖMÜRLƏŞDİRMƏ (ID - 22188)

“Kömürləşdirmək” dən f.is.

KÖMÜRLƏŞDİRMƏK (ID - 22189)

icb. Kömür halına salınmaq, yandırıb kömür etmək.

KÖMÜRLƏŞMƏ (ID - 22190)

“Kömürləşmək” dən f.is.

KÖMÜRLƏŞMƏK (ID - 22191)

f 1. Kömürə dönmək, kömür halma düşmək.
2. Yandıqdan sonra kömürə çevrilmək. Köz kömürləşdi.

KÖMÜRLÜ (ID - 22192)

sif. Üzərinə kömür tozu qonmuş, kömürü olan. Kömürlü əllər. Kömürlü paltar.

KÖMÜRLÜK (ID - 22193)

is. Evlərdə kömür tökülən (saxlanan) yer, kömür anbarı. Az qalırdı adamlar [Qədiri] taxtapuşun altına, kömürlüyə yıxsınlar. Mir Cəlal.

KÖMÜRSORAN (ID - 22194)

sif tex. Hidravlik üsulla kömür çıxarılmasında işlədilən (maşın və s.). Kömürsoran maşın. // is. Hidravlik üsulla kömür çıxarılmasında işlədilən maşın və s. Yeni markalı kömürsoran.

KÖMÜRTƏMİZLƏYƏN (ID - 22195)

sif Kömürü təmizləmək üçün işlədilən. Kömürtəmizləyən maşını işə salmaq. // is. Kömürü təmizləmək üçün maşın və s. Kömürtəmizləyəni quraşdırmaq.

KÖMÜRYANDIRAN (ID - 22196)

bax kömürbasan.

KÖMÜRYÜKLƏYƏN (ID - 22197)

sif xüs. Kömürü vaqona, avtomaşına və s. yükləyən (maşın və s). Kömüryükləyən transportyor. // is. Kömürü vaqona, avtomaşına və s.-yə yükləyən maşın və s. Kömüryükləyəni qaydaya salmaq.

KÖNDƏLƏN (ID - 22198)

sif Eninə. Köndələn xətt. Köndələn tikiş. - Qarşımda başdan-başa; Əyri, köndələn cızıq; Varaq-varaq kağızlar. R.Rza. Pərinin üzündə, gözünün altında, boynunda bir köndələn qırış belə nəzərə çarpmırdı. Ə.Vəliyev....

KÖNLÜAÇIQ (ID - 22199)

sif. Şən, gülərüzlü, şad, xürrəm. Könlüaçıq adam.

KÖNLÜAÇIQLIQ (ID - 22200)

is. Şənlik, şadlıq, gülərüzlülük.

KÖNLÜQARA (ID - 22201)

b a x qəlbiqara. Çox gözləri yolda qoydun intizar; Şirinzəban, könlüqara, danışma! Aşıq Hüseyn.

KÖNLÜQARALIQ (ID - 22202)

bax qəlbiqaralıq.

KÖNLÜQIRIQ, KÖNLÜSINIQ (ID - 22203)

sif. və zərf Könlü bir şeydən sınmış, incimiş; incik, küskün, ürəyi smmış. Könlüqırıq (könlüsınıq) qız. Könlüsınıq getmək. - Gəldi qabağə qolu bağlı pişik; Könlüsınıq, sinəsi dağlı pişik. S.Ə.Şirvani. Molla...

KÖNTÖY (ID - 22204)

sif 1. Kobud, münasibətsiz, ədəbsiz, nəzakətsiz. Köntöy söz. Köntöy hərəkət. - Siz bunun sözündən inciməyin. Bu həm avam, həm də köntöy adamdır. Ə.Abasov. // Zərf mənasında. Köntöy danışmaq. - Tahir həmin dostuna çox...

KÖNTÖYLÜK (ID - 22205)

is. Kobudluq, qabalıq; ədəbsizlik, nəzakətsizlik. Köntöylük eləmək.

KÖNÜL (ID - 22206)

is. şair. 1. Qəlb, ürək (mənəvi mənada). Könlümün sevgili məhbubu mənim; Vətənimdir, vətənimdir, vətənim. A.Səhhət. [Ağarəsul] ..işiyubatmayıb həmin saat könlündəki məhəbbəti qıza söylədi... E.Sultanov. // məc. Obrazlı...

KÖNÜLAÇAN (ID - 22207)

sif. Ürəkaçan, xoşagələn, xoş; sevindirici, zövq verən, ləzzət verən. Könülaçan mahnı. - Qarşıda Xəzər dənizi, Qara və Ağ şəhər zavodları görünürdü. Bu, könülaçan bir mənzərə idi. S.Hüseyn. [Səriyyə:] Həyatda hər...

KÖNÜLLÜ (ID - 22208)

sif. 1. Öz xoşu ilə, öz razılığı ilə, öz istəyi ilə; qeyri-məcburi. Könüllü vergi. Könüllü əsgər. Könüllü dəstələr. // Is. mənasında. Bir işi öz xoşu, razılığı, istəyi ilə öhdəsinə götürən adam (adətən orduya...

KÖNÜLLÜLÜK (ID - 22209)

is. Öz razılığı, öz xahişi, öz könlü ilə olma; qeyri-məcburilik. Könüllülük prinsipi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed