KÖMƏKSİZ1. sif. Heç bir köməyi olmayan, heç kəsdən kömək görməyən; aciz. C.Məmmədquluzadə Novruzəlilərin ürək dağlayan yazıq, ağır və köməksiz həyatlarını çox təbii və inandırıcı təsvir edir. M.İbrahimov. // Tək, kimsəsiz, adamsız, himayəsiz. Köməksiz yetim. Köməksiz qadın. - [Qara:] Sağ ol, Bəhram, Allah səni mənə çox görməyib, məni köməksiz qoymasın. C.Cabbarlı. İndi Qumru kənddə yalnız və köməksiz idi. Mir Cəlal.
zərf Heç bir kömək olmadan, heç kəsin köməyi olmadan. İşi köməksiz görmək. Paylaşın - Hamı bilsin
|