KÖNTÖYsif 1. Kobud, münasibətsiz, ədəbsiz, nəzakətsiz. Köntöy söz. Köntöy hərəkət. - Siz bunun sözündən inciməyin. Bu həm avam, həm də köntöy adamdır. Ə.Abasov. // Zərf mənasında. Köntöy danışmaq. - Tahir həmin dostuna çox acıqlı və köntöy cavab vermişdi. M.Hüseyn. Bu vəziyyət belə Rüstəm kişini ayıltmadı, fikrindən döndərmədi, əksinə, onu daha da acıqlandırdı, köntöy tərpənməyə məcbur etdi. M.İbrahimov.
2. Qaba, kobud, yöndəmsiz, biçimsiz. Köntöy yaba. Köntöy balta. - Əvvəlcə Qaçay köntöy bir kürək qayırdı. Ə.Vəliyev. köntöy-köntöy zərf Kobud-kobud, qabacasına, kobudcasına, tərs-tərs. Şahmar köntöy-köntöy cavab verdi. B.Bayramov. Nəyinə fikir verəcəyəm? - deyə arvad köntöy-köntöy səsləndi. İ.Hüseynov. Paylaşın - Hamı bilsin
|