İzahlı lüğət

KİNOMEXANİKLİK (ID - 21310)

is. Kinomexanikin işi, sənəti, ixtisası.

KİNOMONTAJ (ID - 21311)

[yun. kine və lat. montage] Çəkilmiş ayrı-ayrı kinokadrların müəyyən ardıcıllıqla bir-birinə calanması, quraşdırılması.

KİNOOÇERK (ID - 21312)

[yun. kine və rus. oçerk] Oçerk əsasında çəkilmiş film.

KİNOOPERATOR (ID - 21313)

[yun. kine və lat. operator] Kinofilmləri çəkən mütəxəssis.

KİNOOPERATORLUQ (ID - 21314)

is. Kinooperatorun işi, sənəti, məşğuliyyəti, ixtisası.

KİNOPOVEST (ID - 21315)

[yun. kine və rus. povest] Povest əsasında çəkilmiş film.

KİNOREJİSSOR (ID - 21316)

[yun. kine və fr. regisseur] Kinofilmlərin quruluşçusu olan rejissor.

KİNOREJİSSORLUQ (ID - 21317)

is. Kinorejissorun işi, sənəti, ixtisası.

KİNOSEANS (ID - 21318)

[yun. kine və fr. seanse] Kinofilmlərin müəyyən proqramının nümayiş etdirilməsi üçün ayrılan vaxt.

KİNOSSENARİ (ID - 21319)

[yun. kine və ital. scenario] Əsasında kinofilm çəkilən ədəbi əsər. ..Cabbarlı “Hacı Qara” komediyasının kinossenarisini yazmış, filmin çəkilişində yaxından iştirak etmişdi. M.Arif.

KİNOSSENARİST, KİNOSSENARİÇİ (ID - 21320)

is. Kinossenari yazan yazıçı; kinodramaturq.

KİNOSTÜDİYA (ID - 21321)

[yun. kine və ital. studio səy, çalışma] Kinofilmlər istehsal edilən müəssisə. Kinostudiya yeni bir filmin ayrıayrı hissələrini çəkmək üçün dağlara bir ekspedisiyaya hazırlaşırdı. İ.Əfəndiyev.

KİNOŞƏKİL (ID - 21322)

[yun. kine və ər. şəkl] bax kinofilm. Əmiraslan baba .. Turşsuyun da tanınmasını, belə kinoşəkillərə düşməyini, şöhrət qazanmağını istəyirdi. S.Rəhimov.

KİNOŞÜNAS (ID - 21323)

[yun. kine və fars. ...şünas] Kinoşünaslıq sahəsində çalışan alim.

KİNOŞÜNASLIQ (ID - 21324)

is. Kino incəsənəti haqqında elm.

KİNOTEATR (ID - 21325)

[yun. kine və teathro] Kinofilmləri tamaşaçılara göstərmək üçün xüsusi bina. “Nizami” kinoteatrı. - Qadınlar üçün kinoteatr təşkil edilmişdi. M.S.Ordubadi.

KİNSİZ (ID - 21326)

sif. Kini olmayan, ürəyində kin saxlamayan. Kinsiz adam.

KİOSK (ID - 21327)

[fr. kiosque, əsli köşk] Xırda alver, cürbəcür arayışlar vermək və s. üçün kiçik tikili; pavilyon. Gül kiosku. Su kiosku. Qəzet kiosku.

KİOSKÇU (ID - 21328)

is. Kioskda satıcı.

KİP (ID - 21329)

zərf 1. Bir-birinə sıx, yaxın. Nə uzun, nə gödək, münasib gərək; Ağzı, burnu nazik, dodaq kip gərək. Aşıq Ələsgər.
2. Möhkəm, bərk. Kip bağlamaq. Kip sıxmaq. Sarğı kip olmalıdır. - Qapı ehmalca çəkilib çərçivəsində...

KİPCƏ (ID - 21330)

zərf Çox kip, möhkəm, sıx. Qapını kipcə örtmək. - O, xəz yaxalı qara paltosunu düymələdi, papağını öz səliqəsinə görə başına kipcə yerləşdirdi. Ə.Əbülhəsən.

KİPCƏK (ID - 21331)

bax kipkəc.

KİPKƏC (ID - 21332)

1. is. Mexanizmin hərəkət edən hissələrinin ətrafında açıq qalan yerləri sıxsıx qapayan və mayenin, buxarın, ya qazın sızıb çıxmasının qarşısını alan detal. Su nasosu gövdədən, pərli çarxdan, valcıqdan və kipkəclərdən...

KİPKƏCLİ (ID - 21333)

sif Kipkəci olan. Kipkəcli mexanizm.

KİPLƏMƏ (ID - 21334)

“Kipləmək” dən f.is.

KİPLƏMƏK (ID - 21335)

f Kip qapamaq, kip bağlamaq; möhkəmlətmək, bərkitmək. Deşiyi kipləmək.

KİPLƏNMƏ (ID - 21336)

“Kiplənmək” dən f.is.

KİPLƏNMƏK (ID - 21337)

məch. Kip qapanmaq, kip bağlanmaq; kip olmaq, kipləşmək.

KİPLƏŞDİRİCİ (ID - 21338)

bax kipkəc 1-ci mənada.

KİPLƏŞDİRİLMƏ (ID - 21339)

“Kipləşdirilmək” dən f.is.

KİPLƏŞDİRİLMƏK (ID - 21340)

“Kipləşdirmək” dən məch.

KİPLƏŞDİRMƏ (ID - 21341)

“Kipləşdirmək” dən f.is.

KİPLƏŞDİRMƏK (ID - 21342)

b a x kipləmək.

KİPLƏŞMƏ (ID - 21343)

“Kipləşmək” dən f.is.

KİPLƏŞMƏK (ID - 21344)

b a x kiplənmək.

KİPLİK (ID - 21345)

is. 1. Kip şeyin halı; sıxlıq, yaxınlıq. Klapan və onun yuvasının oturacaq səthlərində lazımi kiplik və hamarlıq yaradılana qədər sürtülmə prosesi davam etdirilir. Ə.Əlizadə.
2. Möhkəmlik, bərklik.

KİR (ID - 21346)

is. Çirk. Kir bağlamaq. Kir tutmaq.
Qoca .. boynu kir bağlamış arxalığındakı saysız yamaqları ilə .. hamının diqqətini özünə cəlb edirdi. M.Hüseyn.

KİRAYƏ (ID - 21347)

bax kirə. Armudözgənin, eşşək kirayə. (Məsəl). [Hacı:] ..Amma bunu mən dörd manata kirayəsinə götürmüşəm. Ə.Haqverdiyev. Hər kəsin artıq otağı vardısa, kirayə vermək üçün hazırlamağa başladı. B.Bayramov.

KİRAYƏÇİ (ID - 21348)

bax kirəçi. Ev sahibinin bir evi, kirayəçinin min evi olar. (Məsəl). Təzə kirayəçi öz ölkələrindən bizə nəql edəcək. Çəmənzəminli.

KİRAYƏÇİLİK (ID - 21349)

bax kirəçilik. ..Nurəddin arabasını qoşub şəhərə kirayəçiliyə getdi. S.S.Axundov.

KİRAYƏLİ (ID - 21350)

b a x kirəli.

KİRAYƏLİK (ID - 21351)

b a x kirəlik.

KİRAYƏNİŞİN (ID - 21352)

[fars.] bax kirənişin. Kirayənişinlərdən biri çamadanının qapağını tutub dururdu. T.Ş.Simurq. Günlərin bir günündə Fatmayı kəndlisi Ağayevin evinə kirayənişinlər gəldi. S.Rəhman.

KİRDAR (ID - 21353)

is. [fars.] 1. İş, əməl, hərəkət. Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax; Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax. M.P.Vaqif. Xandostu! Amandı, qoyma gəldi; Kirdarı yamandı, qoyma gəldi! M.Ə.Sabir. Kirdardan düşmək - artıq...

KİRDARLT (ID - 21354)

KİRDARSTZ (ID - 21355)

sif. 1. Bacarıqsız, qabiliyyətsiz, aciz. Elə oğlan var hazır çörəyi çeynəyib ağzına qoyursan, uda bilməyir, aciz, bədbəxt, kirdarsızdır. Mir Cəlal.
2. Hövsələsiz, səbirsiz.

KİRDARSTZLTQ (ID - 21356)

is. 1. Bacarıqsızlıq, qabiliyyətsizlik, acizlik.
2. Səbirsizlik, hövsələsizlik.

KİRƏ (ID - 21357)

is. [fars.] 1. Bir şeyin müəyyən haqq müqabilində müvəqqəti olaraq sahibi tərəfindən başqasına istifadəyə verilməsi; kirayə. Kirə etmək - müəyyən haqq müqabilində bir şeydən müvəqqəti istifadə etmək. Çox fikirdən sonra...

KİRƏC (ID - 21358)

is. Tikintidə, heykəltəraşlıqda, cərrahlıqda və s.-də işlənən ağ və ya sarı rəngli əhəngli mineral maddə; gəc. [Babakişi:] Türkün sözü, kirəc qoydular, sarıdılar, bax belə. C.Cabbarlı. Kirəci tökülmüş divardan Mürsəl...

KİRƏCLƏMƏ (ID - 21359)

“Kirəcləmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed