İzahlı lüğət

KƏLƏ-KÖTÜRLƏŞDİRMƏ (ID - 20760)

"Kələkötürləşdirmək” dən f.is.

KƏLƏ-KÖTÜRLƏŞDİRMƏK (ID - 20761)

f. 1. Kələkötür etmək.
2. məc. Qabalaşdırmaq, kobudlaşdırmaq.

KƏLƏ-KÖTÜRLƏŞMƏ (ID - 20762)

"Kələkötürləşmək” dən f.is.

KƏLƏ-KÖTÜRLƏŞMƏK (ID - 20763)

f. 1. Kələ-kötür olmaq.
2. məc. Qabalaşmaq, kobudlaşmaq.

KƏLƏ-KÖTÜRLÜK (ID - 20764)

is. Kələ-kötür şeyin hal və vəziyyəti. Yolun kələ-kötürlüyü. Xəttin kələ-kötürlüyü.

KƏLƏKSİZ (ID - 20765)

1. sif Hiyləsiz, düz.
2. zərf Kələk işlətmədən, kələk qurmadan.

KƏLƏM (ID - 20766)

is. Yarpaqları xörəyə işlənən bostan bitkisi. Bir baş kələm. Kələm dərmək.
Bazara turp, kök, kələm, soğan gələr satılmağa; Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa. A.Səhhət. □ Baş kələm bot. - kələmin iri...

KƏLƏMAT (ID - 20767)

KƏLƏMBAŞ (ID - 20768)

sif dan. Girdə, yekə başı olan (adam haqqında). Kələmbaş adam.

KƏLƏMDOLMALIQ (ID - 20769)

sif və is. Kələmdolması bişirməyə yarar yarpaqları olan baş kələm. Kələmdolmalıq kələm.

KƏLƏMDOLMASI (ID - 20770)

is. Kələm yarpaqlarına bükülmüş, döyülmüş ət və s.-dən hazırlanan xörək. Kələmdolması bişirmək. - Bu beş ilin müddətində “Nicat” xüsusunda bu tərifləri eşidəndən sonra bir neçə kələmdolması yeyib bərk yuxuya getdim.....

KƏLƏMQURDU (ID - 20771)

is. zool. Kələmə ziyan verən və onun içində olan həşərat (qurd, cücü).

KƏLƏMLİK (ID - 20772)

is. Kələm əkilmiş yer. Kələmliyi sulamaq.

KƏLƏNTƏR (ID - 20773)

is. qəd. Şəhərin inzibati işlərinə baxan vəzifəli şəxs. [Bazarbaşı:] Hacı ağanın qədrini bilməyənlər də vardır, .. məsələn, bizim kələntər. P.Makulu.

KƏLƏNTƏRLİK (ID - 20774)

is. tar. 1. Kələntərin vəzifəsi, işi. Kələntərin idarəsi altında olan ərazi.

KƏLƏZ (ID - 20775)

is. zool. Sürünənlər sinfınə aid olan, daşlıq və qayalıq yerlərdə yaşayan iri kərtənkələ növü. Kələz ilən, əqrəb ilən, mar ilən; Ağzınadək qəbrin dolar, ağlarsan. M.V.Vidadi.

KƏLİK (ID - 20776)

KƏLİSA (ID - 20777)

b a x kilsə. Harda olsan, dövlətididarın olsun cilvəgər; Arifə məqsəd nə məscid, nə kəlisadır, qərəz. S.Ə.Şirvani. Dəstəmaz eylədiyin çeşmə müsəlman qanıdır; Bilmirəm hansı kəlisada nəmaz eyləmisən. Şəhriyar.

KƏLLAHI (ID - 20778)

sif və zərf dan. Özbaşma, azad, sərbəst, özü istədiyi kimi. Kəllahı adam. Kəllahı dolanmaq. - Adam var, çölləri gəzər kəllahı; Adam var, tanımaz gözəl Allahı. “Abbas və Gülgəz”.

KƏLLƏ (ID - 20779)

is. [fars.] 1. Baş. Kəlləsindən vurmaq. - Ox atma sən bu daşa; Bu qayaya, bu daşa; Düşməni elə vur ki; Kəlləsindən bud aşa. (Bayatı). Misri qılınc kəllələri kəsəndə; Bağırsaqlar cəmdəklərə dolana. “Koroğlu”. Kəllə...

KƏLLƏBƏKƏLLƏ (ID - 20780)

kəlləbəkəllə gəlmək
bax kəllə-kəlləyə gəlmək (durmaq) (“kəllə”də).

KƏLLƏÇARX (ID - 20781)

is. [fars.] Neft buruqlarının və qüllə şəkilli başqa qurğuların təpəsində olan qaldırıcı çarx. Dolamaçarxın kəlləçarxı.
Vışkaların təpəsində firlanan kəlləçarxların cırıltısı eşidilmirdi. M.S.Ordubadi. Buruqların...

KƏLLƏÇARXÇI (ID - 20782)

is. dan. 1. Kəlləçarxda işləyən fəhlə.
Çox yüksəklərdə işləməyi bacaran fəhlə, usta.

KƏLLƏGÖZ (ID - 20783)

sif 1. Nağıllarda: gözü kəlləsində olan (canlı); təpəgöz. Qəhrəman altıayaq, kəlləgöz atını sürüb, İbrahimi də aldı tərkinə. (Nağıl).
məc. Hirsli, tez qızışan, qəzəbli. [Şiraslan:] Bir az belə, bir təhər adamdır,...

KƏLLƏGÖZLÜK (ID - 20784)

is. dan. Tez hirslənən, tez qızışan adamın xasiyyəti; hirslilik.

KƏLLƏLƏMƏ (ID - 20785)

“Kəllələmək” dən f.is.

KƏLLƏLƏMƏK (ID - 20786)

f 1. Kəllə ilə döyüşmək, kəllə ilə vurmaq. Qoçlar bir-birini kəllələdilər.
2. məc. Qəsdən incitmək.

KƏLLƏLƏŞMƏ (ID - 20787)

“Kəllələşmək” dən fis.

KƏLLƏLƏŞMƏK (ID - 20788)

1. qarş. Kəllə ilə vuruşmaq, kəllə ilə döyüşmək. Qoçlar kəllələşdi.
2. B a x kəllələmək 2-ci mənada.

KƏLLƏLİ (ID - 20789)

sif dan. zar. Başlı, ağıllı.

KƏLLƏLİK (ID - 20790)

is. 1. Çərçivənin üst uclarını birləşdirən gödək ağac. Kəlləlik kəsmək. Kəlləlik düzəltmək.
Bir şeyin kəllə (üst) tərəfini təşkil edən hissəsi.
məc. Tərslik, yekəbaşlıq. Kəlləlik (z.) etmək. Kəlləlik...

KƏLLƏMAYALLAQ (ID - 20791)

zərf 1. Başı aşağı,
ayaqları yuxarı halda. Kəlləmayallaq yıxıldım. Kəlləmayallaq olmaq. - Ola bilər ki, .. kəlləmayallaq divarın üstündən yıxılıb düşə. C.Məmmədquluzadə. Kəlləmayallaq aşmaq (gəlmək) - başıaşağı...

KƏLLƏPAÇA (ID - 20792)

is. [fars.] 1. Kəsilmiş qoyun və ya keçinin başı və ayaqları. Kəlləpaça bişirmək. Kəlləpaça almaq. - Qazı durdu ayağa, ocağı yandırdı, kəlləpaçanı saldı çölməyə. (Nağıl).
2. aşp. Qoyun və ya keçinin kəlləsi və...

KƏLLƏPƏZ (ID - 20793)

is. [fars.] köhn. 1. Kəlləpaça bişirib satan adam. Səfər günü Xəlil əmisi kəlləpəz Imanı gətirib, evlərinə hayan qoyub, anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. Ə.Haqverdiyev. Kəlləpaça bişirilib satılan dükan və s....

KƏLLƏPƏZLİK (ID - 20794)

is. köhn. Kəlləpaça bişirmə sənəti.

KƏLMƏ (ID - 20795)

is. [ər.] 1. Söz. Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi.. onu dinləyirdi. A.Şaiq. [Səfərəli:] Bizim Istanbulda böylə kəlmələr işlənməz. H.Nəzərli. [Fərman müəlliminin] ..dediklərini mənimsər və rusca...

KƏLMƏBAŞI (ID - 20796)

zərf Hər sözün başında; tez-tez. Dırnaqları manikürlü, dodaqları qırmızı; Kəlməbaşı deyir ki: “Mən el qızıyam, el qızı “. S.Rüstəm. Ya mənim ingiliscəm; tərcüməyə möhtacdır; ya o, keydir; Elə “ay si “deyir; “Yes...

KƏLMƏBƏKƏLMƏ (ID - 20797)

zərf Bir-bir, kəlmələrlə, sözbəsöz. Kəlməbəkəlmə oxumaq. Kəlməbəkəlmə yazmaq.

KƏLMƏCİK (ID - 20798)

“Kəlmə” dən kiç.

KƏLMƏLİK (ID - 20799)

sif Saylarla işlənib sözün miqdarını bildirir. Səməd səbr edə bilməyib bir neçə kəlməlik məktub yazdı. İ.Hüseynov. ..Bəlkə həyatla ölüm haqqında; üç kəlməlik bir əfsanə dedi. R.Rza.

KƏLTƏN (ID - 20800)

is. məh. İri kəsək. Dişli malalar iri kəltənləri əzib xırdalayır. - Əkbər kəltəni.. Məşədi Hüseynin kəlləsinə çırpmaq istəyəndə Müslüm qoymadı. Mir Cəlal.

KƏLTƏNLİ (ID - 20801)

sif məh. Kəltəni olan; kəsəkli. Kəltənli yer. Kəltənli tarla.

KƏM1 (ID - 20802)

sif və zərf[fars.] 1. Az. Yağış yağdı, nəm qaldı; Qəlyan keçdi, dəm qaldı; Bağçada bar bol idi; Dolu vurdu, kəm qaldı. (Bayatı). [Usta Kərbəlayıya:] Etiqadın kamildir, ruzin kəm! Çəmənzəminli. □ Kəm etmək (qılmaq) köhn....

KƏM2 (ID - 20803)

is. Yüyənin atın ağzına keçirilən dəmir hissəsi; cövzə. Atın kəmini tutmayan yolda piyada qalar. (Ata. sözü).
kəm... [fars. [. Mürəkkəb sözlərin azlıq mənasında olan birinci tərkib hissəsi; məs.: kəmsavad, kəmetina, kəmağıl...

KƏMAĞIL (ID - 20804)

sif [fars. kəm və ər. əql] Ağlı az, ağıldan zəif. Kəmağıl adam.

KƏMAĞILLIQ (ID - 20805)

is. Ağıl azlığı, ağlı çatışmazlıq; giclik. Kəmağıllıq etmək.

KƏMAL (ID - 20806)

b a x kamal. Yəni ki, gətir kəmalə zövqüm; Gündən-günə qıl ziyadə şövqüm. Füzuli. Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox; Nöqsanı var ki, eşqinə əsla kəmalı yox. S.Ə.Şirvani. Elə bil ağladın, canım dağladın; Itirdim...

KƏMALINCA (ID - 20807)

b a x kamalınca.

KƏMAN (ID - 20808)

bax kaman. Kəmanə dönübdü qaməti-mövzun; Əhvalını fələk edib digərgun. Q.Zakir. Ey alnın ay, üzün günəş, ey qaşların kəman; Ceyran gözün, qarışqa xətin, kakilin ilan. M.Ə.Sabir.

KƏMANDAR (ID - 20809)

b a x kamandar. Nə kəmandarsan, ey məh ki, atıb qəmzə oxun; Yıxdığın seyddə nə zəxm, nə peykan görünür. Füzuli.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed