
KƏLLƏÇARXis. [fars.] Neft buruqlarının və qüllə şəkilli başqa qurğuların təpəsində olan qaldırıcı çarx. Dolamaçarxın kəlləçarxı.
Vışkaların təpəsində firlanan kəlləçarxların cırıltısı eşidilmirdi. M.S.Ordubadi. Buruqların şam ağacı kimi səmaya yüksəlməsi, başlarında qurulmuş kəlləçarxın fir-fir fırlanıb quyulardan neft dartması.. əzəmət təşkil edirdi. B.Talıblı. □□ Kəlləçarxa vurmaq - bir iş və ya hərəkətdə son həddə, ifrat dərəcəyə varmaq; həddini aşmaq. [Mirzə Cəlil:] [Ataş] özbaşına qalsa, kəlləçarxa vurar, yatan itləri də oyadar. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|