İzahlı lüğət

KÖKLƏNMƏ2 (ID - 22110)

“Köklənmək2#” dən f.is.

KÖKLƏNMƏ3 (ID - 22111)

“Köklənmək3#” dən fis.

KÖKLƏNMƏK1 (ID - 22112)

məch. 1. Musiqi alətlərində: səsləri lazımi tona salınmaq, simləri birbirinə uyğunlaşdırılmaq. Kamançalar köklənib.
2. məc. Sazlanmaq, saz hala gətirilmək. Qəlyan kökləndi.

KÖKLƏNMƏK2 (ID - 22113)

qayıd. Bir yerdə kök salmaq, möhkəmlənmək.

KÖKLƏNMƏK3 (ID - 22114)

məch. İri-iri tikilmək. Paltarın ətəyi köklənib.

KÖKLƏNMİŞ (ID - 22115)

f.sif. Köklənmək yolu ilə səsləri lazımi tona salınmış. Rüstəmin işi gətirəndə həmişə köklənmiş tar kimi əl dəyməmiş səslənərdi. M.İbrahimov.

KÖKLƏŞDİRMƏ1 (ID - 22116)

“Kökləşdirmək1#” dən f.is.

KÖKLƏŞDİRMƏ2 (ID - 22117)

“Kökləşdirmək2#” dən f.is.

KÖKLƏŞDİRMƏK1 (ID - 22118)

f. Kök hala gətirmək; kökəltmək.

KÖKLƏŞDİRMƏK2 (ID - 22119)

f Əsaslandırmaq, möhkəmləndirmək.

KÖKLƏŞMƏ1 (ID - 22120)

“Kökləşmək1#” dən f.is.

KÖKLƏŞMƏ2 (ID - 22121)

“Kökləşmək2#” dən fis.

KÖKLƏŞMƏK1 (ID - 22122)

f Kökəlmək.

KÖKLƏŞMƏK2 (ID - 22123)

f Kök salmaq, kök atmaq, möhkəmlənmək, bərkimək. Illərcə kökləşmiş olan bu adəti sonralardan tərgitmək olmur. F.Ağazadə.

KÖKLÜ (ID - 22124)

sifl 1. Torpaq altında kökü, rişələri olan. // Kökü üstündə olan, kökü ilə birlikdə. Kür çayı bəndini yaz yaran kimi; Köklü ağacları aparan kimi; Yardılar Qazaxın səfini fövrən. H.K.Sanılı. Köklü ağac kimi qopub yerimdən;...

KÖKLÜ-BUDAQLI (ID - 22125)

sif. 1. İri, böyük, inkişaf etmiş, yoğun və qollu-budaqlı. Köklübudaqlı qarağac. Köklü-budaqlı çinar. // zərf mənasında. Kökü və budaqları ilə birlikdə; tamamilə. Maşınla ağacları; Tamam köklübudaqlı çıxardırlar. Orda...

KÖKLÜ-GÖVDƏLİ (ID - 22126)

bax köklü-budaqlı 1-ci mənada. Köklü-gövdəli tut ağacı. - .. Yayın daşqın günlərində bu çay köklü-gövdəli palıd, söyüd gətirib adamın zəhləsini tökürdü. S.Rəhimov.

KÖKLÜK1 (ID - 22127)

is. Adamın və ya heyvanın ətlilik-canlılıq cəhətdən hal və vəziyyəti. Köklükdən gəzə bilməmək. Otlaq dövründən sonra mal-qaranın köklüyü xeyli artır.

KÖKLÜK2 (ID - 22128)

is. Musiqi alətlərində simlərin səslənməsinin bir-birinə uyğunluq vəziyyəti. Tarın köklüyünü yoxlamaq.

KÖKLÜK3 (ID - 22129)

is. Çoxlu kök (yerkökü) əkilmiş yer. Köklüyü sulamaq. Köklüyü alaq etmək.

KÖKLÜ-KÖMƏCLİ (ID - 22130)

1. Bax köklübudaqlı 1 -ci mənada. Köklü-köməcli ağac.
2. Bax köklü-budaqlı 2-ci mənada. [Hümmət:] Rayonda köklü-köməcli bir adam tapmaq, on iki imama yalvarınca bir Allahın ətəyindən yapışmaq lazımdır. B.Bayramov.

KÖKS (ID - 22131)

1. B a x döş 1 -ci mənada. Köks qəfəsi. - Zahirən heyrətamiz dərəcədə sadə və sakit olan bu balacaboylu insanın köksündə bu qədər zəngin və güclü bir ürək yaratmış təbiətin ecazına heyran qalmamaq olmazdı. M.İbrahimov....

KÖK-SAQQIZ (ID - 22132)

is. bot. Kauçuk verən çoxillik ot-bitki. Kök-saqqız .. çoxillik ot bitkisidir, acıqovuna oxşayır. M.Qasımov.

KÖKSÜDOLU (ID - 22133)

sif 1. Ətli, iri döşlü. Köksüdolu qadın.
2. Bax köksüdolusu. [Nazxanım] ..köksüdolu nəfəs aldı. İ.Əfəndiyev.

KÖKSÜDOLUSU (ID - 22134)

zərfi Rahat, dolğun, geniş, dərindən. Köksüdolusu nəfiəs almaq.

KÖKSÜZ (ID - 22135)

sif. Kökü, rişəsi olmayan. Köksüz ot. - Köksüz ağacı becərməkmi olar? N.Nərimanov.

KÖKÜMSOV (ID - 22136)

sif. bot. Gövdəsinin əsas hissəsi yerin altında olan (bitki). [Herbari üçün] yığılan bitkinin gövdəsi, çiçəyi, kökü, kökümsovu və ya soğanaqlı bitkidirsə, soğanağı olmalıdır. H.Qədirov.

KÖKYUYAN (ID - 22137)

sif. Kök yumaq üçün olan (maşın və s.) // is. Kök yumaq üçün maşın və s. Kökyuyanı təmir etmək.

KÖLƏ (ID - 22138)

is. Quldarlıq və feodalizm cəmiyyətində: bütün hüquq və istehsal vasitələrindən məhrum və sahibkarın xüsusi mülkiyyəti olan adam; qul. Hər uçuğun altında var min kölənin məqbəri; Hər parça daş bir fəqirin sinəsinin mərməri....

KÖLƏCƏSİNƏ (ID - 22139)

zərf Kölə kimi, qul kimi; yaltaqcasına. Köləcəsinə yaşamaq.

KÖLƏLİK (ID - 22140)

is. 1. Kölənin, qulun vəziyyəti, halı; qulluq. Bəxtiyar arzular elə bir dünya; Ağalıq, köləlik olmasın orda. S.Vurğun. Köləlik dünyasından qalmasın deyə bir iz; Cəbhələrdə döyüşdük düşmənlərlə döş-döşə. S.Rüstəm....

KÖLGƏ (ID - 22141)

is. 1. Qarşı tərəfdən işıq düşən hər hansı bir şeyin qara əksi. Binanın kölgəsi. Kölgəsi yerə düşmək. - ..Kəndlilər gəlib çömbəliblər tayanın kölgəsində. C.Məmmədquluzadə. Bizim bağa su axıdır açdığın bərə;...

KÖLGƏLƏMƏ (ID - 22142)

“Kölgələmək” dən f.is.

KÖLGƏLƏMƏK (ID - 22143)

f 1. Kölgə salmaq, kölgədə gizlətmək, kölgə etmək. Çilingləri basdırdıqdan sonra kölgələmək lazımdır. // Görünməz etmək, qabağını tutmaq, kölgələndirmək. Işığı kölgələmək.
2. məc. Qaranlıq etmək: dumanlatmaq....

KÖLGƏLƏNDİRMƏ (ID - 22144)

“Kölgələndirmək” dən f.is.

KÖLGƏLƏNDİRMƏK (ID - 22145)

f 1. Kölgə salmaq, kölgə etmək: qaranlıqlaşdırmaq. Birdən pəncərəni başqa bir adam kölgələndirdi. M.Hüseyn.
B a x kölgələmək 2-ci mənada.

KÖLGƏLƏNMƏ (ID - 22146)

“Kölgələnmək” dən f.is.

KÖLGƏLƏNMƏK (ID - 22147)

f 1. Kölgə düşmək, kölgəli olmaq, kölgə salmaq, bir qədər qaranlıqlaşmaq. Ağaclar kölgələndi. - ..Dik yuxarı dırmandıqca meşə kölgələnib sərinlənirdi. Ə.Əbülhəsən. Kölgə düşən yerdə oturmaq, kölgədə gizlənmək....

KÖLGƏLƏYİCİ (ID - 22148)

sif. və is. Kölgə salmaq üçün istifadə olunan; kölgələndirən.

KÖLGƏLİ (ID - 22149)

sif. 1. Kölgə salan, kölgəsi olan. Kölgəli qarağac. Kölgəli ağac. - Eldar ətrafa yaxşı bələd olduğundan, yaxında iri, sərin kölgəli bir söyüd ağacını göstərərək:
Gedək, bir az dincələk, - dedi. M.Rzaquluzadə. Odlu...

KÖLGƏLİK (ID - 22150)

is. 1. Kölgə düşmüş yer, kölgə olan yer; kölgə, kölgəli yer. Kölgəlikdə oturmaq. Kölgəlikdə yatmaq. - Gorus dağının qaşında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. “Qaçaq Nəbi”. Məxməri ormanlarda çiçək dərdiyin...

KÖLGƏSEVƏN (ID - 22151)

sif. Kölgəlik yerlərdə yaxşı bitən, günəş sevməyən. Kölgəsevən bitkilər.

KÖLGƏSİZ (ID - 22152)

sif. Kölgə salmayan, kölgəsi olmayan. Kölgəsiz ağac.

KÖLGƏSİZLİK (ID - 22153)

is. Kölgə salmama, kölgəsi olmama, kölgəsiz yerin, ağacın və s.-nin xüsusiyyəti.

KÖMBƏ (ID - 22154)

1. sif. İri, girdə, qalın çörək; qalac. Qoca qarağacın köhnə qabığı quru kömbə çörəyə oxşayırdı.. Mir Cəlal. [Aslan:] Düşərgədə hər beş adama gündə bir kömbə köhnə .. çörək verirdilər. S.Vəliyev.
is. Küt...

KÖMBƏÇİ (ID - 22155)

is. köhn. Kömbə bişirib satan adam (bax kömbə 1-ci mənada); çörəkçi. Dəyirmançının şahidi kömbəçi olar. (Ata. sözü).

KÖMBƏDODAG (ID - 22156)

sif. Dodağı kömbə kimi, yöndəmsiz, qalın. Kömbədodaq adam.

KÖMƏC1 (ID - 22157)

is. dan. Boy atmayıb torpağın üzünə yayılan bitki.

KÖMƏC2 (ID - 22158)

is. Arı pətəyi. □ Köməc balı təmizlənməmiş bal.

KÖMƏCLƏNMƏ (ID - 22159)

“Köməclənmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed