İzahlı lüğət

KÖLGƏ

is. 1. Qarşı tərəfdən işıq düşən hər hansı bir şeyin qara əksi. Binanın kölgəsi. Kölgəsi yerə düşmək. - ..Kəndlilər gəlib çömbəliblər tayanın kölgəsində. C.Məmmədquluzadə. Bizim bağa su axıdır açdığın bərə; Bizim tutdan sizin bağa kölgə düşəcək. M.Araz. □ Kölgə salmaq - b a x kölgələmək. Ağac kölgə salmışdı. - Az qala başım yetişə göylərə; Şax-budağım kölgə salıb hər yerə. M.Ə.Sabir. ..Ərik və tut ağacları başbaşa verərək, günün qabağını çətir kimi tutur, yaşıl otların, tər yoncaların üzərinə sərin kölgə salırdı. İ.Əfəndiyev. // məc. İnsanın daxili hiss və həyəcanının üzündə, gözündə ifadəsi, təcəssümü. Qəm kölgəsi üzünü bürüdü. - Yorğunluğun kölgəsi; Sıralanmış alnının; Qırışıq izlərində. R.Rza. Balaca Nərgizin üzündən bir kölgə keçdi. Ə.Məmmədxanlı. // İşıq şüalarının bilavasitə düşmədiyi yer, sahə: kölgə yer, kölgəlik. Kölgədə oturmaq. Kölgə tərəfə keçmək. - Divar dibində kölgədə xoruz, toyuqlar uyqular.. A.Səhhət. [Alış nazirə:] Gəlin, barı gedək, bir kölgədə dincəlin. B.Bayramov.
Rəsmdə və ya şəkildə təsvir edilən hər hansı bir şeyin az işıq düşən hissəsi.
Qaranlıqda, dumanda aydın görünməyən şey; qaraltı. Kölgə kimi seçilmək. - Uzaqdan bir kölgə [Səlim və Mehribanı] pusur, gizlicə təqib edirdi. S.Hüseyn. Yağışdan qorxmadı, boran bilmədi; Onu sarsıtmadı hənirti, kölgə. M.Rahim. Qayınana ilə gəlin şirin danışdıqları zaman qapıda bir kölgə göründü. Ə.Vəliyev.
Əks, şəkil mənasında. Suda öz kölgəsini görüb o zaman; Sandı bir özgə itdir ol heyvan. A.Səhhət.
məc. Kölgənizdə, kölgəsində şəklində məc. - köməyinizlə (köməyi ilə), himayənizdə (himayəsində), sayənizdə (sayəsində). [Uşaqlar] ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Ə.Haqverdiyev. [Allahqulu:] Allah onlara kömək eləsin, onların kölgəsində gəlib çıxdım. Çəmənzəminli.
□□ Kölgədə qalmaq - gözə görünməmək, üzə çıxmamaq, tanınmamaq, özünə diqqəti cəlb etməmək. [Sərətan:] Bir odur təhlükə mənə ölkədə; Önündə şöhrətim qalır kölgədə. M.Rahim. ...kölgədə qoymaq (buraxmaq)
1) ...ikinci yerdə buraxmaq, ...daha irəliyə keçmək, birinci olmaq, diqqət mərkəzində olmaq; 2) fikir verməmək, diqqətsiz buraxmaq, laqeyd baxmaq. Kölgə kimi - yanından əl çəkmədən, daim izləyərək, ayrılmadan. Kölgə kimi izləmək. Kölgə kimi əl çəkməmək. [Xavər Arifə:] Kölgən kimi həp pəsincə qoşdum; Eşqinlə qanadlanıb da uçdum. H.Cavid. Səltənət evdən çıxanda Cəlil onu kölgə kimi təqib edir, bir an belə gözdən qoymurdu. Ə.Vəliyev. Cuma .. kölgə kimi ondan üzülməyən qadına .. qapını bağlamaq işarəsini verdi.. Ə.Əbülhəsən. Kölgə salmaq məc.
bürümək, əhatə etmək. Əcəl başımıza kölgə salmamış; Sizdən “can” eşidim, sizə “can “deyim. B.Vahabzadə. Lakin son həftələr Ulduzun gözlərinə böyük bir nigarançılıq kölgə salmışdı. Ə.Məmmədxanlı. Kölgəsindən qorxmaq (ürkmək) - çox qorxaq, ürəksiz adam haqqında. Kölgəsindən ürkən Məşədi Qulam Ceyranoğlunu titrətmə götürdü. S.Rəhimov. Kölgəsini qılınclamaq - hədələyərək dalınca danışmaq, düşmənçilik etmək. [Balaxanım Dadaşa:] Sən yüz də o 0iraslanın kölgəsini qılınclayasan, .. heç bir şey apara bilməyəcəksən. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed