KİRƏCLƏMƏK (ID - 21360)f. 1. Kirəclə örtmək, suvamaq.
2. Üstünə kirəc (gips) sarğısı qoymaq; gipsləmək (sınıq yeri). |
KİRƏCLƏNMƏ (ID - 21361)“Kirəclənmək” dən f.is.
|
KİRƏCLƏNMƏK (ID - 21362)məch. 1. Kirəclə örtülmək (suvanmaq), kirəc vurulmaq.
2. Üstünə kirəc (gips) sarğısı qoyulmaq; gipslənmək. |
KİRƏCLƏŞMƏ (ID - 21363)“Kirəcləşmək” dən f.is.
|
KİRƏCLƏŞMƏK (ID - 21364)f. Kirəc halına gəlmək.
|
KİRƏCLİ (ID - 21365)sif Tərkibində kirəc olan. Kirəcli su. Kirəcli torpaq.
|
KİRƏÇİ (ID - 21366)1. B a x kirənişin. Mirzə Qədir evindəki kirəçilərdən heç birini dışarı çıxara bilməyəcəkdi. S.Hüseyn.
2. B a x kirəkeş. |
KİRƏÇİLİK (ID - 21367)b a x kirəkeşlik. Qəhrəman muzdurluq, kirəçilik edərdi. Ə.Vəliyev.
|
KİRƏDAR (ID - 21368)[fars.] köhn. bax kirənişin.
|
KİRƏKEŞ (ID - 21369)[fars.] köhn. Haqq müqabilində başqası üçün at, araba və s. ilə yük daşıyan adam; kirəçi. [Gəmiçi:] Sözüm yoxdur, biz kirəkeş babayıq. M.Rzaquluzadə.
|
KİRƏKEŞLİK (ID - 21370)is. köhn. Kirəçinin peşəsi, işi, məşğuliyyəti; kirəçilik.
|
KİRƏLƏMƏ (ID - 21371)"Kirələmək” dən f.is.
|
KİRƏLƏMƏK (ID - 21372)f Kirə ilə tutmaq, kirə etmək; kirayələmək. Ev kirələmək. At kirələmək.
|
KİRƏLƏNMƏ (ID - 21373)“Kirələnmək” dən f.is.
|
KİRƏLƏNMƏK (ID - 21374)məch. Kirə edilmək, kirə ilə tutulmaq; kirayələnmək.
|
KİRƏLİ (ID - 21375)sif Kirə ilə tutulmuş, kirayə verilmiş. Kirəli ev. Kirəli dükan.
|
KİRƏLİK (ID - 21376)is. Kirə ilə tutma. Özününkün verib yarılığa; Özgədən tutub kiralığa. (Ata. sözü).
|
KİRƏMİT (ID - 21377)is. [yun.] Damların üstünü örtmək üçün gil, ya sementdən hazırlanan novşəkilli lövhəcik. Kirəmit zavodu. // Kirəmitdən, kirəmitlə örtülmüş. Küçələrin o tərəfbu tərəfində qırmızı kirəmit, dəmir taxtapuşlu ağ evlər...
|
KİRƏMİTBİŞİRƏN (ID - 21378)is. Kirəmit karxanası işçisi.
|
KİRƏMİTÇİ (ID - 21379)is. Kirəmit ustası; kirəmitbişirən.
|
KİRƏMİTLİ (ID - 21380)sif. Kirəmitlə örtülmüş. Kirəmitli dam. - İskəndər kişi də [Səlim müəllimi] kəndin düz ortasında tikilmiş, yumru təpə yanındakı sarı kirəmitli məktəbə qədər ötürdü. M.Hüseyn. [Züleyxa] birmərtəbəli üstü qırmızı...
|
KİRƏNİŞİN (ID - 21381)is. [fars.] Bir evdə kirə ilə yaşayan adam, mənzil kirə etmiş şəxs; kirəçi, kirayənişin.
|
KİRİDİLMƏ (ID - 21382)"Kiridilmək” dən f.is.
|
KİRİDİLMƏK (ID - 21383)məch. Səsi kəsdirilmək; susdurulmaq.
|
KİRİKMƏK (ID - 21384)bax kirimək.
|
KİRİMƏ (ID - 21385)“Kirimək” dən f.is.
|
KİRİMƏK (ID - 21386)f 1. Səsini kəsmək, susmaq, dinməmək. Uşaqlar kiridilər. - Ölüsü ölən kiridi, yasa gələn kirimədi. (Ata. sözü). Şirin sözlərinin çox müştaqiyəm; Danışmayıb kiriməyin nədəndir? M.P.Vaqif. [Tubu:] İndiyəcən oğlu ölən...
|
KİRİMİŞCƏ (ID - 21387)zərf Sakitcə, susmuş halda, səsini çıxarmadan, sakit-sakit, dinmədən, dinməz-söyləməz. Molla Nəsrəddin də bir tərəfdə kirimişcə oturub qulaq asırmış. “M.N.lətif.” [Koroğlu] gördü kişi kirimişcə durub maddım-maddım baxır...
|
KİRİŞ (ID - 21388)is. 1. Möhkəm ip. Dəmirçioğlu başa düşdü ki, onun qollarını mumlu kirişlə bağlayıblar. “Koroğlu”.
2. Ox yayının iki ucuna tarım bağlanan ip. Kirişi çəkmək. - Xan üçhaçalı bir oxu kirişə qoydu, .. oxu atıb gözlərini... |
KİRİŞÇİ (ID - 21389)is. Kiriş hazırlayan usta.
|
KİRİŞLƏMƏ (ID - 21390)“Kirişləmək” dən f.is.
|
KİRİŞLƏMƏK (ID - 21391)f Kiriş çəkmək.
|
KİRİŞMƏ (ID - 21392)“Kirişmək” dən f.is.
|
KİRİŞMƏK (ID - 21393)qarş. Kirimək (çoxları haqqında). [Ana və gəlin] kirişəndə qızlar ağladı, qonaqlar ağladı. Çəmənzəminli.
|
KİRİTMƏ (ID - 21394)“Kiritmək” dən f.is.
|
KİRİTMƏK (ID - 21395)icb. 1. Susdurmaq, sakitləşdirmək, səsini kəsməyə məcbur etmək.
2. Sakit etmək, ovundurmaq. [Pərzad Telliyə:] Onda bir parça çörək ver, uşaqları hələ kiridim, sonra gələrik. Çəmənzəminli. [Dərviş:] Ürək verib Ruqiyyəni... |
KİRKİRƏ (ID - 21396)is. Əldəyirmanı. □ Kirkirə kimi - dəyirman kimi. Şahpərinin çənəsi kirkirə kimi üyüdür, Yusifə dillənmək üçün macal vermirdi. B.Bayramov.
|
KİRKİ(T)1 (ID - 21397)is. xüs. Xalça toxunarkən ilməklərini sıxlaşdırmaq üçün işlədilən alət; daraq, həvə.
|
KİRKİT2 (ID - 21398)sif Qabığı çox bərk olmayan (qoz, badam və s. haqqında). Qoz sortları
meyvə qabığının bərkliyinə görə üç cür olur: yumşaq və ya nazikqabıqlı - buna kağızı qoz, qabığı orta bərklikdə olana kirkit qoz, qabığı çox... |
KİRKİTLƏMƏ (ID - 21399)“Kirkitləmək” dən f.is.
|
KİRKİTLƏMƏK (ID - 21400)f Kirkitlə ilməklərini sıxlaşdırmaq, kirkit vurmaq. Xalçanı kirkitləmək.
|
KİRKİTMƏ (ID - 21401)“Kirkitmək” dən fis.
|
KİRKİTMƏK (ID - 21402)b a x kirkitləmək.
|
KİRLƏNDİRİLMƏ (ID - 21403)“Kirləndirilmək” dən f.vs.
|
KİRLƏNDİRİLMƏK (ID - 21404)məch. Çirkləndirilmək.
|
KİRLƏNDİRMƏ (ID - 21405)“Kirləndirmək” dən f.is.
|
KİRLƏNDİRMƏK (ID - 21406)bax kirlətmək. Paltarı kirləndirmək.
|
KİRLƏNMƏ (ID - 21407)“Kirlənmək” dən f.is.
|
KİRLƏNMƏK (ID - 21408)f Çirklənmək, kirli hala gəlmək. Tərdən yaxası kirləndi. Üst-başı kirləndi.
|
KİRLƏNMİŞ (ID - 21409)f.sif. Çirklənmiş, kirli, çirkli. Sonra da kirlənmiş biryaylıq kimi; Atılmış o bizim yazıq analar. S.Vurğun.
|
Bu səhifə dəfə baxılıb