KƏNDİ2 (ID - 20910)köhn. bax öz. Olsa məhbublərin eşqi cəhənnəm səbəbi; Hur-qılmanı qalır kəndisinə rizvanın. Füzuli. Qoy börkünü kəc qaşının üstündə, fırılda; Kəndin kimi bir lotiyi-meydanını görgəc. M.Ə.Sabir. [Zeynal] bir zamanda ki,...
|
KƏNDİR (ID - 20911)is. Kənaf və ya çətənə liflərindən hazırlanan yoğun, ya nazik ip, ümumiyyətlə, ip. Tay kəndiriyoğun olar, çarıq kəndiri nazik. (Məsəl). [Ayı balalarının] boyunlarına kəndir bağlayıb kəndə gətirirdilər. A.Şaiq. [Murad:]...
|
KƏNDİRBAZ (ID - 20912)is. 1. İp üzərində gəzmək və atılıb-düşməklə cürbəcür oyunlar göstərən adam; canbaz. Kəndirbazların çıxışı. - Qız uşağını özbaşına buraxsan, .. kəndirbaza ərə getmək istər. M.S.Ordubadi. [Rəqslərin] ahəngi altında...
|
KƏNDİRBAZLIQ (ID - 20913)is. 1. Kəndirbazın peşəsi, sənəti, məşğuliyyəti; akrobatlıq, canbazlıq.
2. məc. Hoqqabazlıq, oyunbazlıq. [Kərbəlayı Qulam:] ..Allaha şükür, bir-birimizi yaxşı tanıyırıq, kəndirbazlıq nə lazım, atam? N.Vəzirov. □ Kəndirbazlıq... |
KƏNDİRQAYIŞ (ID - 20914)sif Bərk, möhkəm. Kəndirqayış kimi - bərk-bərk. Qırsaqqız Xoca Əzizi elə tutdu, elə tutdu ki, kəndirqayış kimi. “Koroğlu”. Kəndirqayış olmaq - tutub (yapışıb) buraxmamaq. ..Oğlan oldu kəndirqayış, qızdan əl çəkmədi...
|
KƏNDİSTAN (ID - 20915)is. 1. Kənd, kənd yeri. [Vaqif:] Xeyr, yanıldınız, ona dil verən; Kəndistan yeridir, bəli, kəndistan. S.Vurğun. [Hacı Rəsul:] Belə də səs, belə də məlahət olarmı? Düşünürsən ki, [Əntiqə] bəşər cinsi deyil nədi, özü də...
|
KƏNDİSTANLI (ID - 20916)is. köhn. Kəndistanda yaşayan adam; kəndli. [Şahbəy:] Biz ki kəndistanlıyıq.. Ə.Əbülhəsən.
|
KƏND-KƏSƏK (ID - 20917)top. dan. Kənd və ona yapışıq yer. Kənd-kəsəyə bələd olmaq. [Hacı Bayram:] Bəy deyiləm, rəiyyətim yox, kənd-kəsəyim yox. Ə.Haqverdiyev. [Məhərrəm bəy:] ..Kənd-kəsəyi dolandıra bilmirəm. S.S.Axundov. Kənddə-kəsəkdə başıpapaqlı...
|
KƏNDLİ (ID - 20918)is. 1. Kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli, kəndçi. Ceyranın əri Eldar adlı kəndli bir gənc imiş. S.Hüseyn. [Nizami] ..qoca kəndlinin şum kənarında açdığı süfrə başında nahar edirdi. Ə.Məmmədxanlı....
|
KƏNDLİ-KƏSƏKLİ (ID - 20919)top. dan. Kəndli.
|
KƏNDLİ-KÜTLÜ (ID - 20920)top. Keçmişdə bəzən kəndliyə, kəndlilərə ikrahla, saymazyana verilən ad. [Əminə Dürdanəyə:] Səndən olsaydı, çoxdan bu dövlətipaylamışdın kəndlikütlüyə.. Ə.Əbülhəsən.
|
KƏNDLİLİK (ID - 20921)is. Kəndli peşəsi, işi; əkinçilik. Bu zaman Cəlil istəyirdi ki, bu yeri satıb özü üçün bir dükan açsın və canını kəndlilikdən qurtarsın. İ.Musabəyov.
|
KƏNDSAYAĞI (ID - 20922)sif və zərf Kənd tipində, kənd tərzində, kənd qaydası ilə, kənddə olduğu kimi. Kəndsayağı ev. - Kəndsayağı bəzənmiş evdə həmin adamla ev sahibi söhbət edirdi. Q.İlkin.
|
KƏNDYANI (ID - 20923)sif Kəndin yaxınlığında olan, kəndin yanında yerləşən. Kəndyanı otlaq.
|
KƏNƏK (ID - 20924)sif 1. Ləpəsi çətin çıxan. Kənək qoz.
məc. Çətinliklə başa gələn, həyata keçən. Kənək iş. - Yazıb pozduğum və şagird dəftərindən qopartdığım vərəqlər stol üstündə qalaqlanmışdı və nəhayət işıq ucu görünmüşdü,... |
KƏNƏKLİK (ID - 20925)is. 1. Ləpəsi çətin çıxan qoz və s.-nin keyfiyyəti. Kənək adamın xasiyyəti; tərslik, inadkarlıq, inadcıllıq. Kənəklik eləmək.
|
KƏNGİZ (ID - 20926) |
KƏNGİZLİK (ID - 20927)is. Kəngiz çox olan yer, kəngiz bitən yer, sahə.
|
KƏNİZ (ID - 20928)is. [fars.] köhn. 1. Xidmətçi qız, qulluqçu. Evin kənizi. - Bir gün Mehriban Soltanın kənizlərinə xəbər gəldi ki, filan küçəyə bir bazirgan gəlib. “Lətif şah”. [Hacı Kamyab:] Xan, mən sizin kəmtərin nökərinizəm, qızım...
|
KƏNİZLİK (ID - 20929)is. köhn. 1. Qulluqçuluq. [Günay:] Qoy qismətim qürbətdə kənizlik olsun, amma Barsisim, körpə quzum ac qalmasın, böyüsün boya-başa çatsın. Ə.Məmmədxanlı.
2. Qədimdə: satılan və ya bağışlanan qızın ya qadının vəziyyəti;... |
KƏNKAN (ID - 20930)b a x kankan. Bir az keçdi, bir neçə kömürçü, kənkan göründü. Çəmənzəminli. [Suraxanskinin] oxumağı da quyu dibindəki kənkan səsinə oxşayırdı. Ə.Haqverdiyev. Əzablar içində bağrı qan oldu; Çox gəzib a xırda o, kənkan...
|
KƏPƏK (ID - 20931)is. 1. Un ələndiyi zaman ələk üstündə qalan buğda və s.-nin qabıq qırıntıları. Arpaya qatsan at yeməz; Kəpəyə qatsan it yeməz. (Ata. sözü).
Ağac, taxta mişarlandığı zaman tökülən xırda ovuntu. Söz nadan dilində qəpiyə... |
KƏPƏKLƏMƏ (ID - 20932)“Kəpəkləmək” dən f.is.
|
KƏPƏKLƏMƏK (ID - 20933)f Kəpək vurmaq, kəpək qatmaq. Samanı kəpəkləmək.
|
KƏPƏKLƏNMƏ (ID - 20934)“Kəpəklənmək” dən f.is.
|
KƏPƏKLƏNMƏK (ID - 20935)f. 1. Kəpək əmələ gəlmək, qabıq vermək. Başı kəpəklənir.
2. Kəpək kimi boş olmaq. Heyvalar kəpəklənmişdir. |
KƏPƏKLİ (ID - 20936)sif. 1. Kəpəyi olan, ələnməmiş. // Çoxlu kəpəyi olan. Kəpəkli un.
Başında və tüklərinin dibində kəpək, qovaq olan. Kəpəkli baş. Kövrək, kəpək kimi boş olan. Kəpəkli alma. |
KƏPƏKLİLİK (ID - 20937)is. Kəpəyi olan un və s.-nin keyfiyyəti; kəpəyi olma. Unun kəpəklilik dərəcəsi.
|
KƏPƏNƏK (ID - 20938)is. Bədən və qanadları toz kimi incə pullarla və cürbəcür rənglərlə bəzənmiş dördqanadlı böcək. ..Bir gözəl kəpənək gəlib Ağca xanımın oturduğu skamyanın üstünə qondu. S.S.Axundov. ..Quşların bir paraları oxumaqda,...
|
KƏPƏNƏKVARİ (ID - 20939)sif. Kəpənək şəklində olan, görünüşcə kəpənəyə oxşar, kəpənək kimi. Kəpənəkvari bant.
|
KƏPƏNG (ID - 20940)is. Zirzəmi qapısı, altdan yuxarı açılan qapı; lyuk. Zirzəmi kəpəngi.
|
KƏPİTKƏ (ID - 20941)is. xüs. [rus.] Deşikləri, araları tutmaq üçün (əsasən gəmidə) işlədilən kəndir və s. lifləri.
|
KƏPİTKƏLƏMƏ (ID - 20942)“Kəpitkələmək” dən f.is.
|
KƏPİTKƏLƏMƏK (ID - 20943)f xüs. dan. Kəpitkə ilə qapamaq, kəpitkə tıxamaq (b a x kəpitkə). Deşikləri kəpitkələmək.
|
KƏPİTKƏLƏNMƏ (ID - 20944)“Kəpitkələnmək” dən f.is.
|
KƏPİTKƏLƏNMƏK (ID - 20945)məch. xüs. dan. Kəpitkə ilə qapanmaq, kəpitkə ilə tıxanmaq, bərkidilmək (bax kəpitkə).
|
KƏRAHƏT (ID - 20946)is. [ər.] İyrənmə; nifrət hissi, xoşa gəlməmə; ikrah.
|
KƏRAHƏTLİ (ID - 20947)sif. İyrəndirici, nifrət doğuran, ikrahlı.
|
KƏRAMƏT (ID - 20948)is. [ər.] 1. Alicənablıq, xeyirxahlıq, mərhəmət, səxavət, lütfkarlıq. ..Bəlkə ağanın fiəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. C.Məmmədquluzadə. Kəramət etmək (qılmaq, buyurmaq)...
|
KƏRAMƏTLİ (ID - 20949)sif. 1. Kəramət sahibi, kəraməti olan; mərhəmətli, xeyirxah, lütfkar.
2. köhn. Möcüzəli, ecazkar. O vaxtdan mənim ağzım olub kəramətli. “M.N.lətif.” Sultanlara, xaqanlara baş əyməyən əsla; Dərviş kəramətli qələndər... |
KƏRAMƏTLİLİK (ID - 20950)is. Kəramət sahibi olma; mərhəmətlilik, xeyirxahlıq, lütfkarlıq.
|
KƏRBƏLAYI (ID - 20951)is. [Iraqda imam Əlinin qəbri olan Kərbəla şəhərinin adından] din. Həmin şəhərə gedib müqəddəs yerləri ziyarət edən adama verilən ad. Möhtərəm adamlara kərbəlayı, məşədi, hacı, xozeyin, fəqət ən böyük adama bu məhəllədə...
|
KƏRÇƏ (ID - 20952)b a x kərə2
|
KƏRDƏ (ID - 20953)bax kərdi1
|
KƏRDİ1 (ID - 20954)is. Lək. Iki kərdi soğan əkmək. Kərdiləri sulamaq. - Tank şumlayan həyətlərin kərdisində; Oz yemini; Külə dönmüş pərdisində; Yuvasını itiribdir. M.Araz. Bu baxçada aş tərəsi əkərdik; Hey su açıb kərdiyə göz dikərdik....
|
KƏRDİ2 (ID - 20955)is. bot. Şaftalı növü.
|
KƏRDİYAR (ID - 20956)məh. 1. is. Arpa ilə buğda qarışığı. Arabadakı kərdiyar taxıl onların üzərinə səpələndi. S.Rəhimov. [Qarı:] Təzə buğdanı paylamayıblar, qabağında ölüm! Bu, bildirki kərdiyardı. M.Hüseyn.
2. sif mənasında. Dağınıq,... |
KƏRƏ1 (ID - 20957)is. Nehrədən yeni çıxmış, əridilməmiş yağ; şit yağ. Camış kərəsi. Inək kərəsi. - Mal mənimdir, belə yeyirəm; Əritmirəm, kərə yeyirəm. (Ata. sözü). Buyur zəhmət çək, atından düş yerə; Varımızdır qımız, çörək,...
|
KƏRƏ2 (ID - 20958)sif 1. Qulaqları çox qısa, dımıq, kərçə (qoyun haqqında). Bu anda [Səmədin] gözü başqa bir kəndlinin sağdığı kərə qoyuna sataşdı. M.Hüseyn.
2. kin. Başı qırxılmış (adam haqqında). Kərə oğlan. |
KƏRƏ3 (ID - 20959)zərf [ər.] Dəfə. Iki kərə iki elər dörd. Adama neçə kərə deyərlər. Iki kərə getmək. Bir kərə görmək. - Adam adamı bir kərə aldadar. (Ata. sözü). [Müəllim:] Mən sizə bir kərə də demişdim ki, bizim yollarımız başqabaşqadır....
|
Bu səhifə dəfə baxılıb