İzahlı lüğət

KƏNDİRBAZLIQ

is. 1. Kəndirbazın peşəsi, sənəti, məşğuliyyəti; akrobatlıq, canbazlıq.
2. məc. Hoqqabazlıq, oyunbazlıq. [Kərbəlayı Qulam:] ..Allaha şükür, bir-birimizi yaxşı tanıyırıq, kəndirbazlıq nə lazım, atam? N.Vəzirov. □ Kəndirbazlıq etmək (çıxarmaq) - oyunbazlıq etmək, hoqqabazlıq etmək. Bəs bu Nemətullayev burada nə kəndirbazlıq çıxardır? S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......