KƏND-KƏSƏKtop. dan. Kənd və ona yapışıq yer. Kənd-kəsəyə bələd olmaq. [Hacı Bayram:] Bəy deyiləm, rəiyyətim yox, kənd-kəsəyim yox. Ə.Haqverdiyev. [Məhərrəm bəy:] ..Kənd-kəsəyi dolandıra bilmirəm. S.S.Axundov. Kənddə-kəsəkdə başıpapaqlı qalmayıb, hamısını yığıblar. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|