İzahlı lüğət

KİBRLİ (ID - 21160)

sif. Lovğa, təşəxxüslü. [Zabit] nəzərini Şirəlinin dodaqlarından ayırıb kibrli bir hal aldı. M.Hüseyn. [Qoca həkimin] təbəssümündəki acı və kibrli hal gənc qadını titrətdi. İ.Əfəndiyev.

KİBRLİLİK (ID - 21161)

is. Kibrli adamın hal və keyfiyyəti; lovğalıq, məğrurluq, təşəxxüslük.

KİCƏMƏ (ID - 21162)

“Kicəmək” dən f.is.

KİCƏMƏK (ID - 21163)

f Öcəşmək, sataşmaq. [Məşədi İmamqulu:] Ədə, bəlkə darvazanın qabağında uşaqlarla kicədin, orada düşdü? Çəmənzəminli.

KİÇİCİK (ID - 21164)

sif. Olduqca kiçik, çox kiçik. Kiçicik otaq. Kiçicik qab. Kiçicik qutu. - Gülzar kiçicik əllərini irəli uzatmış, həyəcan içində nəticəni gözləyirdi. C.Cabbarlı. Bu bülbül kiçicik vücudunu sarsıdan, hər nəfəsində ürəyinin...

KİÇİK (ID - 21165)

sif. 1. Həcmcə, ölçücə balaca; xırda (böyük müqabili). Kiçik əl. Kiçik göz. Kiçik otaq. Kiçik qab. Kiçik kitab. - Qapıçı kiçik pəncərədən [Nəbinin] nə istədiyini xəbər alır. “Qaçaq Nəbi”. Kiçik və yoxsul daxmasının...

KİÇİKCƏ (ID - 21166)

sif Çox kiçik, yaxud bir qədər kiçik. Məhlədə bitər söyüd; Yarpağı gömgöy söyüt; Kiçikcə bir yar sevdim; Xudam, sən özün böyüt. (Bayatı).

KİÇİKCİK (ID - 21167)

bax kiçicik. [Müqim bəy:] Gəl, mirzə, .. aramızdakı hər hansı kiçikcik ixtilafı bir kənara buraxıb qardaş olaq. S.Rəhimov.

KİÇİKLƏNMƏ (ID - 21168)

“Kiçiklənmək” dən f.is.

KİÇİKLƏNMƏK (ID - 21169)

f. Yaltaqlıq etmək, yaltaqlanmaq, başqalarının qarşısında əyilmək, əskilmək.

KİÇİKLƏŞMƏ (ID - 21170)

“Kiçikləşmək” dən f.is.

KİÇİKLƏŞMƏK (ID - 21171)

f. Kiçik olmaq, kiçilmək.

KİÇİKLİ-BÖYÜKLÜ (ID - 21172)

is. Hamı, hamısı.

KİÇİKLİK (ID - 21173)

is. 1. Həcmcə, ölçücə balacalıq, xırdalıq. Otağın kiçikliyi. Tarlanın kiçikliyi.
Kəmiyyətcə, sayca, miqdarca, cüzilik, azlıq. Dəstənin kiçikliyi. Dərnəyin kiçikliyi.
Yaşı az olma; azyaşlılıq, balacalıq. Kiçikliyinə...

KİÇİKRAQ (ID - 21174)

müq. dər. köhn. Bir qədər kiçik.

KİÇİKTƏHƏR (ID - 21175)

bax kiçikraq.

KİÇİKYAŞLI (ID - 21176)

sif Yaşı az, uşaq yaşlarında olan; uşaq. Kiçikyaşlı uşaqlar. - [Cəfər əmi] dünyada hər şeydən artıq iki vücudu sevər və xidmət edərdi: kiçikyaşlı qızı Yemənciyi, bir də qırğısını. H.Nəzərli. Məktəbdə kiçikyaşlı...

KİÇİLDİCİ (ID - 21177)

sif Görünən şeylərin şəkillərini kiçildən. Kiçildici şüşə.

KİÇİLDİLMƏ (ID - 21178)

“Kiçildilmək” dən f.is.

KİÇİLDİLMƏK (ID - 21179)

məch. Kiçik edilmək; balacalandırılmaq.

KİÇİLƏN (ID - 21180)

f.sif. riyaz. Sonsuz miqdarda çıxılan rəqəm; azalan.

KİÇİLMƏ (ID - 21181)

“Kiçilmək” dən f.is.

KİÇİLMƏK (ID - 21182)

f 1. Həcmcə, miqdarca, ölçücə daha kiçik olmaq; azalmaq, balacalaşmaq, xırdalanmaq. ..Başın çanağı nazikləşib kiçildikcə beyin də zəifləməyə və kiçilməyə başlayır. C.Məmmədquluzadə. // Getdikcə kiçik görünmək, balacalaşmaq....

KİÇİLTMƏ (ID - 21183)

1. “Kiçiltmək” dən f.is.
2. Qrammatikada: isimlərdə şeylərin həcm etibarı ilə kiçilməsini və sifətlərdə keyfiyyətcə azlığı göstərən. Kiçiltmə şəkilçiləri. Kiçiltmə dərəcəsi.

KİÇİLTMƏK (ID - 21184)

f 1. Balacalatmaq, daha kiçik etmək, azaltmaq, ixtisar etmək (miqdarca, sayca, həcmcə və s.).
Vəzifəcə aşağı salmaq. Amma birdən çıxarsalar işdən səni; Kiçiltsələr vəzifəni; Səni yolda görsə belə; Əsla nəzər salmayacaq....

KİF (ID - 21185)

is. Çürüyən və ya nəm şeylərin üstündə nazik qat şəklində əmələ gələn yüngül, yumşaq mikroskopik göbələkciklər. Qoca gözlərini açanda özünü .. kif qoxuyan bir zirzəmidə gördü. M.Rzaquluzadə. □ 1) Kif atmaq (bağlamaq,...

KİFAYƏT (ID - 21186)

zərf [ər.] 1. Yetər, kafi, bəs olma. Deyirlər, çox ardır yüz il, əlli il; Insana bir ömür kifayət deyil. B.Vahabzadə. □ Kifayət qədər - lazımınca, lazımi qədər, bəs olduqca. [Qurban] yolda yeriyərkən düşünürdü: - Xoşbəxt...

KİFAYƏTLƏNDİRİCİ (ID - 21187)

sif Kifayət qədər yaxşı verilən tələblərə cavab verən; kafi. // Kifayətləndirək razı edən, təmin edən; qaneedici. Kifayətləndirici cavab.

KİFAYƏTLƏNDİRMƏ (ID - 21188)

“Kifayətləndirmək” dən. f.is.

KİFAYƏTLƏNDİRMƏK (ID - 21189)

f Razı salmaq, qane etmək, təmin etmək.

KİFAYƏTLƏNMƏ (ID - 21190)

“Kifayətlənmək” dən f.is.

KİFAYƏTLƏNMƏK (ID - 21191)

f. 1. Özünü təmin
olunmuş hesab etmək, razı qalmaq, qane olmaq; qənaətlənmək. Bu cavabla kifayətlənmək olar.
2. Müəyyən bir çərçivədə qalmaq, bir şeyi kafi hesab etmək. Bir töhmətlə kifayətlənmək olar. - [Rəsul]...

KİFAYƏTSİZ (ID - 21192)

sif. Ehtiyacı ödəməyən, çatışmayan, kifayət etməyən.

KİFAYƏTSİZLİK (ID - 21193)

is. Ehtiyacı ödəməmə, çatışmama, kifayət etməmə.

KİFİR (ID - 21194)

sif. 1. Çirkin, eybəcər. Kifir qadın. Kifir uşaq. - [Sənəm:] Nə kifir kişidir, ay Allah! U.Hacıbəyov. [Qumru:] Bəy olanda nə olar, başıbatmış nə qədər də kifirdir. Mir Cəlal.
2. məc. Pozğun, yaramaz, ləyaqətsiz, murdar.

KİFİRLƏNMƏ (ID - 21195)

“Kifirlənmək” dən f.is.

KİFİRLƏNMƏK (ID - 21196)

bax kifirləşmək.

KİFİRLƏŞMƏ (ID - 21197)

“Kifirləşmək” dən f.is.

KİFİRLƏŞMƏK (ID - 21198)

f Gözəlliyini itirmək, eybəcərləşmək, çirkinləşmək. Qız böyüdükcə kifirləşirdi.

KİFİRLİK (ID - 21199)

is. Eybəcərlik, çirkinlik. Üzündən, gözündən kifirlik daşır; Deyəsən, qəlbində qurdlar oynaşır. S.Vurğun [Ələkbər:] Yox canım, Qumru hara, belə kifirlik, neybətlik hara! Mir Cəlal.

KİFLƏNMƏ (ID - 21200)

“Kiflənmək” dən f.is.

KİFLƏNMƏK (ID - 21201)

f 1. Uzü kiflə örtülmək, kif atmaq, kif bağlamaq. Qərənfil xala Camal əmiyə dörd iri fətir uzadaraq: - Bunları təktək qoy, çünki çim süddə yoğurmuşam, kiflənə bilər. Ə.Vəliyev.
məc. Uzun müddət bir yerdə qalmaq, xarab...

KİFLƏNMİŞ (ID - 21202)

f.sif.. Kif bağlamış, kif basmış, kifdən xarab olmuş. Kiflənmiş çörək. Kiflənmiş pendir. - Rütubətli, kiflənmiş qaranlıq otaqda tavandan tökülən damcıların səsi eşidilirdi. Ə.Əbülhəsən.

KİFLƏTMƏ (ID - 21203)

“Kiflətmək” dən f.is.

KİFLƏTMƏK (ID - 21204)

t-li. Kiflənməsinə səbəb olmaq, kifləyib xarab etmək.

KİFLİ (ID - 21205)

sif. Kifi olan, kif iyi verən, kif bağlanmış. [Sayalının] ..kifli, üfunətli düyünçələrində .. nə desən tapılardı. Mir Cəlal.

KİFSİMƏ (ID - 21206)

“Kifsimək” dən f.is.

KİFSİMƏK (ID - 21207)

b a x kiflənmək. Belə vaxtlarda idarənin pəncərələri açılır, kifsimiş kağız qoxusu küçəyə yayılırdı. Mir Cəlal.

KİFSİNMƏ (ID - 21208)

“Kifsinmək” dən f.is.

KİFSİNMƏK (ID - 21209)

b a x kiflənmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed