İzahlı lüğət

KİÇİLMƏK

f 1. Həcmcə, miqdarca, ölçücə daha kiçik olmaq; azalmaq, balacalaşmaq, xırdalanmaq. ..Başın çanağı nazikləşib kiçildikcə beyin də zəifləməyə və kiçilməyə başlayır. C.Məmmədquluzadə. // Getdikcə kiçik görünmək, balacalaşmaq. Müəllim uzaqlaşdıqca kiçilir, kiçildikcə fərq edilməyəcək bir hal alırdı. S.Hüseyn. Çox keçmədi [Bəndalı] bir nöqtə kimi kiçildi, gözdən itdi. Mir Cəlal. Gedir, gedir, nəhayət; Kiçilir bir xal kimi. M.Rahim.
məc. Vəzifəcə, rütbəcə alçalmaq; hörmətdən, nüfuzdan düşmək. [Xacə Nizam:] Sən kiçilsən də, böyüsən də; Hətta qopsa zülmət; Yenə parlar o zəka!.. H.Cavid.
məc. Yaltaqlanmaq, özünü alçaltmaq, alçalmaq. O, divanxanada hər kəsə kiçilir, hər kəsin üzünə gülür.. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed