KİFis. Çürüyən və ya nəm şeylərin üstündə nazik qat şəklində əmələ gələn yüngül, yumşaq mikroskopik göbələkciklər. Qoca gözlərini açanda özünü .. kif qoxuyan bir zirzəmidə gördü. M.Rzaquluzadə. □ 1) Kif atmaq (bağlamaq, basmaq, tutmaq) - üstü kiflə örtülmək, kiflənmək. Çörək kif atıb. Sirkəni kif basıb; 2) bax kiflənmək 2-ci mənada.
Paylaşın - Hamı bilsin
|