KİFAYƏTzərf [ər.] 1. Yetər, kafi, bəs olma. Deyirlər, çox ardır yüz il, əlli il; Insana bir ömür kifayət deyil. B.Vahabzadə. □ Kifayət qədər - lazımınca, lazımi qədər, bəs olduqca. [Qurban] yolda yeriyərkən düşünürdü: - Xoşbəxt adam, kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır. A.Şaiq. [Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı, hələ də buraya kifayət qədər isinişməmişdi. M.Hüseyn. Sultan ciddi nüfuzedici bir ahənglə, özü də kifayət qədər məntiqlə danışırdı. İ.Hüseynov. Kifayət etmək - 1) bax kifayətlənmək. Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı. Ə.Haqverdiyev; 2) çatmaq, yetmək, bəs olmaq. 0ərt deyildir yatıbduram yanında; Gendən baxmaq mənə kifayət eylər. M.P.Vaqif. [Bədircahan:] ..Dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət edər. N.Vəzirov. Kifayətə yetmək köhn. - razı düşmək, təmin olunmaq, kifayətlənmək. [Sitarə:] Bu çərxdən gərək yetə hər kəs kifayətə. C.Cabbarlı. Kifayət olmaq
b a x kifayət etmək 2-ci mənada. 2. Kifayətdir (şəklində) - yetər, çatar, bəsdir. [Aslan bəy:] Bircə yaylım atılarsa, kifayətdir.. C.Cabbarlı. Bir könülə kifayətdir bir mənalı məhəbbət; Iki qəlbi əyləndirmək xəyanətdir, sevgilim! S.Rüstəm. // Əmr mənasında - yetər! bəsdir! kifayət edər! Kifayətdir, buraxın söhbəti! Paylaşın - Hamı bilsin
|