İzahlı lüğət

KODEKS (ID - 21560)

[lat. codex - kitab] 1. Qanunların sistemə salınmış toplusu, məcəllə.
2. məc. Əxlaq, əqidə, görüş, adət normaları məcmusu.

KOFEİN (ID - 21561)

[hol. koffie, əsli ər.] Qəhvənin, çay yarpaqlarının tərkibində olan, təbabətdə işlənən bir maddə. Kofein yorğunluğu alıb zehni artırır və onu da artıq içmək zərərdir. H.Zərdabi.

KOFTA (ID - 21562)

[rus.] Qısa, belə qədər olan qadın üst paltarı. Səlimnaz birdən əlini döşünə atdı, alt köynəyi ilə koftasının arasında gizlətdiyi balaca bir kağızı çıxarıb oğluna uzatdı. M.Hüseyn. Arvadın əynində çəhrayı ipək kofta...

KOFTALIQ (ID - 21563)

sif Kofta üçün yararlı, kofta üçün olan.

KOFTA-TUMAN (ID - 21564)

is. Kofta və tumandan ibarət qadın paltarı. [Səlimnazın] əynində qırmızı ipəkdən kofta-tuman, ayağında yastıdaban qırmızı tufli vardı. Ə.Vəliyev.

KOGA (ID - 21565)

is. məh. Bir şeyi tutub çəkmək üçün ucu qarmaqlı ağac; qarmaq. Təndir koğası. Çoban koğası. Alma ağacının budağını koğa ilə əymək. □ Koğaya dönmək - əyilmək, bükülmək. Yarın həsrətindən, dünya qəmindən; Əyilib...

KOĞUŞ (ID - 21566)

is. Böyük ağacların gövdəsi içindəki boşluq. Güllü qız meşədə ağlaya-ağlaya gəzirdi. Gəldi, bir ağac koğuşu tapdı, oranı özünə məskən elədi. (Nağıl). Ağacın geniş koğuşunda yay fəsli çayçı Mürsəl bir neçə xalça...

KOĞUŞLANMA (ID - 21567)

“Koğuşlanmaq” dan f.is.

KOĞUŞLANMAQ (ID - 21568)

f Koğuş əmələ gəlmək, koğuş açılmaq.

KOĞUŞLU (ID - 21569)

sif Koğuş əmələ gəlmiş, koğuşu olan. Koğuşlu ağac.

KOKAİN (ID - 21570)

[isp. ] Koka bitkisinin yarpaqlarından alınan narkotik və ağrıkəsən zəhərli maddə.

KOKAİNÇƏKƏN, KOKAİNÇİ (ID - 21571)

is. Kokain çəkən adam, kokain düşkünü.

KOKAİNİZM (ID - 21572)

[isp. cocaina-dan] Kokainə mübtəla olma, kokain düşkünlüyü. // Daima kokaindən zəhərlənmə nəticəsində əmələ gələn ruhi xəstəlik.

KOKAİNLİ (ID - 21573)

sif. Kokaini olan, tərkibində kokain olan.

KOKARDA (ID - 21574)

[fr.] Rəsmi papaqlara vurulan müəyyən formada nişan.

KOKARDALI (ID - 21575)

sif. Kokarda taxılmış, kokardası olan. Kokardalı furajka. - Axar suyun üzündə; Kokardalı göy şapkalar. S.Vurğun.

KOKKLAR (ID - 21576)

[yun. kokkos-dan] tib. Birhüceyrəli yumru orqanizmlər (bakteriyalar).

KOKOS (ID - 21577)

is. [isp.] 1. Hind qozu ağacı.
2. Hind qozu.

KOKS (ID - 21578)

[alm.] Hava daxil olmadan közərdilmə yolu ilə daş kömürdən, torfdan və s.-dən alınan bərk yanacaq növü.

KOKSLAMA (ID - 21579)

"Kokslamaq” dan f.is. Kokslama prosesi.

KOKSLAMAQ (ID - 21580)

b a x kokslaşdırmaq.

KOKSLAŞDIRILMA (ID - 21581)

"Kokslaşdırılmaq” dan f.is.

KOKSLAŞDIRILMAQ (ID - 21582)

məch. Koksa çevrilmək (daş kömür, torf və s.).

KOKSLAŞDIRMA (ID - 21583)

"Kokslaşdırmaq” dan f.is.

KOKSLAŞDIRMAQ (ID - 21584)

f Koksa çevirmək (daş kömürü, torfu və s.).

KOKSLAŞMA (ID - 21585)

"Kokslaşmaq” dan f.is. Kokslaşma qabiliyyəti. Kokslaşma dərəcəsi.

KOKSLAŞMAQ (ID - 21586)

f Koksa çevrilmək (daş kömür, torf və s.). Bu kömür yaxşı kokslaşır.

KOKTEYL (ID - 21587)

[ing. coctall - xoruz quyruğu] Müxtəlif spirtli içkilərə ədviyyat, meyvə şirəsi, qənd və s. qatılmış spirtli içki. // Müxtəlif quru meyvə şirələrində həll olunmuş dondurma halında sərinlədici içki.

KOL (ID - 21588)

is. Torpaqdan qol-budaq şəklində ayrılan alçaq, ağacaoxşar bitki. Yasəmən kolu. Qaratikan kolu. Çay kolu. Nar kolu. - Kolların və ağacların budağı arasında oxuyan quşlar da yuvalarına çəkilməkdə idilər.
Nəzərli. [Səməd]...

KOLA (ID - 21589)

sif Gödək buynuzu olan; gödəkbuynuz. Kola keçi. - [Ataş:] Atalar sözüdür ki, kola qoçun qisası buynuzlu qoçda qalmaz. Ə.Vəliyev.

KOLABUYNUZ(LU) (ID - 21590)

sif Buynuzu gödək olan, buynuzu qısa. Kolabuynuz qoyun. Yusif yəhərinin tərkində dolu xurcun olan qəmər madyanı tərpədib, kolabuynuz inəyi qabağına qataraq kəndə tərəf sürdü. Ə.Abasov.

KOLAHÜRƏN (ID - 21591)

sif dan. Boş yerə hürən, boş-boşuna hürən (it haqqında). [Məşədi Cahangir:] ..Kolahürən köpəklər kimi ağzını yuxarı tutdu. Mir Cəlal. // məc. Qışqırıqçı, bərkdən danışan.

KOLAVAT (ID - 21592)

KOLAZ (ID - 21593)

is. Dibi yastı ensiz qayıq. Soyuq havada dəniz və ya göldə ördək dəstələrini ovlayan ovçu kiçik qayıq və ya kolazı yaxşı sürə bilməlidir. M.Rzaquluzadə.

KOLAZÇI (ID - 21594)

is. Kolaz qayıqçısı.

KOLBA (ID - 21595)

[alm.] Kimya laboratoriyalarında mayeləri qızdırmaq üçün işlədilən dar uzun boğazlı, adətən girdə və ya konusşəkilli şüşə qab.

KOLBACIQ (ID - 21596)

is. Balaca kolba, kiçik kolba.

KOLBASA (ID - 21597)

is. [rus. əsli türk.] Xüsusi surətdə qiymə edilmiş ətdən hazırlanaraq bağırsaq və ya su keçirməyən süni şəffaf qabığa bükülmüş yeyinti məhsulu. Kolbasa istehsalı. Kolbasa sexi. Mal ətindən kolbasa. Qoyun kolbasası. Mindik...

KOLBASAÇI (ID - 21598)

is. Kolbasa hazırlayan adam. // köhn. Kolbasa satan adam.

KOLBASALIQ (ID - 21599)

sif. Kolbasa üçün yararlı, kolbasa üçün ayrılmış. Kolbasalıq ət.

KOLBASAR (ID - 21600)

b a x kolluq.

KOLÇEDAN (ID - 21601)

Bəzi metalların (dəmir, nikel, mis və s.) sürmə, kükürd, arsenlə birləşməsindən ibarət mineralların ümumi adı. Respublikamızın faydalı qazıntıları içərisində pirit və ya kükürd kolçedanı yataqları görkəmli yer tutur....

KOLÇEDANLI (ID - 21602)

sifl Tərkibində kolçedan olan. Kolçedanlı süxurlar.

KOLENKOR (ID - 21603)

[fr.] Yapışqan hopdurulmuş ağ və ya birrəngli pambıq parça növü. // Kolenkordan qayrılmış (tikilmiş). Kolenkor cild. Kolenkor köynək.

KOLXORUZU (ID - 21604)

is. məh. Qırqovul.

KOLXOZ (ID - 21605)

is. tar. [rus. "коллективное хозяйство” söz. ixtisarı] Kollektiv təsərrüfat SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd təsərrüfatını elliklə aparmaq üçün XX əsrin 30-80-ci illərində kənd...

KOLXOZÇU (ID - 21606)

KOLXOZLAŞDIRMA (ID - 21607)

“Kolxozlaşdırmaq” dan f.is.

KOLXOZLAŞDIRMAQ (ID - 21608)

f. dan. Kollektivləşdirmək, ellikləşdirmək (kənd təsərrüfatının istehsal vasitələrini).

KOLXOZLAŞMA (ID - 21609)

dan. “Kolxozlaşmaq” dan f.is. [Bayram:] Murad, bilirsən ki, kolxozlaşma vaxtı mən çox əziyyət çəkmişəm. Ə.Vəliyev. Bu heyrətə səbəb, demək olar ki, hamısı kolxozlaşmadan sonra tikilən üstü qırmızı kirəmitli evlər deyildi.....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed