KOOPERATİVLƏŞDİRİLMƏK (ID - 21910)məch. Kooperativə daxil edilmək, kooperativə cəlb edilmək. // Kooperasiya əsasında birləşdirilmək.
|
KOOPERATİVLƏŞDİRMƏ (ID - 21911)“Kooperativləşdirmək” dən f.is.
|
KOOPERATİVLƏŞDİRMƏK (ID - 21912)icb. Kooperativə daxil etmək, kooperativə cəlb etmək. // Kooperasiya əsasında birləşdirmək.
|
KOOPERATİVLƏŞMƏ (ID - 21913)“Kooperativləşmək” dən f.is.
|
KOOPERATİVLƏŞMƏK (ID - 21914)f Kooperasiya əsasında birləşmək, kooperativ təşkil etmək; kooperativə daxil olmaq.
|
KOOPTASİYA (ID - 21915)[lat. coptatio] Hər hansı seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi.
|
KOORDİNAT (ID - 21916)[lat.] xüs. Fəzada və ya səth üzərində hər hansı bir nöqtənin vəziyyətini təyin edən ədəd. Peykin koordinatları. Coğrafi koordinat.
|
KOPPUŞ (ID - 21917)sif Kök, toppuş. Koppuş uşaq. Koppuş əl. Koppuş adam.
|
KOR (ID - 21918)sif 1. Görmək qabiliyyətini itirmiş, gözü görməyən. Kor uşaq. Kor qoca. - Kor quşun yuvası öz-özünə düzələr. (Ata. sözü). Kor rəssam əlini oğlunun başına çəkərək gülümsədi. İ.Əfəndiyev. □ Kor etmək (eləmək) - gözlərini...
|
KORABUGUM (ID - 21919)is. məh. Taxılın küləşinin torpağa yaxın hissəsi. Korabuğumu nə külək aparmaz, nə də mal yeməz.
|
KORAFƏHM (ID - 21920)bax korazehin. [Kamilov:] Yüz dəfə şəxsən özüm başa salıram, yenə baxıram ki, korafəhmin biridir. S.Rəhimov.
|
KORAFƏHMLİK (ID - 21921)bax korazehinlik.
|
KORAMAL (ID - 21922)is. zool. Sürünənlər sinfinə daxil olan ilanabənzər ayaqsız kərtənkələ. [Əmiraslan:] Nurəddin, gör nə gözəl koramal balasıdır. Tut, aparıb kirpimizə verək, yesin. Qorxma, koramalın zəhəri yoxdur, adamı vurmaz. S.S.Axundov......
|
KORAMAZ (ID - 21923)is. məh. Çiy südlə qatığın qarışığından ibarət ağartı yaxud sərinləşdirici içki. [Tapdıq] bir qədər ağladıqdan sonra da yerə düşüb koramazı.. iki boşqaba boşaltdı.. Ə.Vəliyev.
|
KORAZEHİN (ID - 21924)sif Yaddaşı zəif olan, zehinsiz, küt, qabiliyyətsiz, gec anlayan, korafəhm. [Mirzə Hüseyn:] Çox korazehin və şıltaq bir qız idi. Əlifbanı güclə öyrənə bildi. S.Rəhman. [Qəndab:] [Məzahir] riyaziyyatda məndən də korazehin idi....
|
KORAZEHİNLİK (ID - 21925)is. Yaddaş zəifliyi, kütlük, gec anlama; korafəhmlik.
|
KORBUCAQ(LI) (ID - 21926)sif. və is. Bucağı düz bucaqdan (90o
|
KORBUZ (ID - 21927)sif dan. Yaşından böyük görünən, iri bədənli; qüvvətli, yekəpər. Korbuz cavan. Korbuz adam.
|
KORCA(SINA) (ID - 21928)b a x kor-koranə.
|
KORDABALET (ID - 21929)[fr. corps de ballet] Əsas ifaçının ətrafında dəstə ilə rəqs edən balet artistləri heyəti.
|
KORDİAMİN (ID - 21930)is. [lat.] Ürək dərmanı.
|
KOREYACA (ID - 21931)sif. və zərf Koreya dilində. Koreyaca danışmaq. Koreyaca-rusca lüğət.
|
KOREYALI (ID - 21932)is. Koreyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam.
|
KORGÖZ (ID - 21933)sif. 1. Gözü görməyən, gözü kor olan; kor. Korgöz kişi.
2. məc. Qafil, qəflətdə olan, xəbərsiz. [Telli Pərşana:] Elə [Şirzad] kimi igid harada var, ay korgöz xanım! M.İbrahimov. |
KORİDOR (ID - 21934)[fr.] Mənzilin, binanın ayrıayrı hissələrini birləşdirən dar keçid; aralıq, dəhliz. Qaranlıq koridor. - Rüstəm bəy yavaşca koridora çıxdı, qapını taqqıldatdı. Çəmənzəminli. Nəcəf geniş və işıqlı bir koridora çıxdı....
|
KORİDORCU (ID - 21935)is. Mehmanxana və s.-də mərtəbə otaqlarının baxıcısı.
|
KORİFEY (ID - 21936)[yun. koryphaios - başçı] Elm, incəsənət və s. sahəsində ən görkəmli xadim. Elmin korifeyləri.
|
KOR-KOBUD (ID - 21937)sif dan. Bir qədər, yaxud çox kobud, yaraşıqsız, qaba. [Məhbubə xanım] baxdı ki, [Bəlli Əhməd] düzdü, bir az kor-kobuddu, amma elə ürəyəyatan oğlandı ki, min paşa oğluna dəyər, min də xan oğluna. “Koroğlu”.
|
KOR-KORANƏ (ID - 21938)zərf Düşünmədən, mülahizə etmədən, fikirləşmədən, görmədən, bilmədən. Kor-koranə iş görmək. Kor-koranə danışmaq. - [Əsgər bəy:] Amma Islam korkoranə barmaqlarını yerə sürtə-sürtə rahinicat axtarır. Ə.Haqverdiyev....
|
KORLAMA (ID - 21939)“Korlamaq” dan f.is.
|
KORLAMAQ (ID - 21940)f 1. Xarab etmək, pis vəziyyətə salmaq, yaramaz hala salmaq; pozmaq. Şeyi korlamaq. Maşını korlamaq. - Sındırıb korlamısan; Oyuncaqları bir-bir. R.Rza. [Vəli:] Bu vaxta kimi beş-altı rol oynamısan, hamısını da korlamısan. S.Rəhman....
|
KORLANMA (ID - 21941)“Korlanmaq” dan f.is.
|
KORLANMAQ (ID - 21942)f Xarab olmaq, pozulmaq, yaramaz hala gəlmək, bərbad olmaq. Iki saatdan çox idi ki, kəşfiyyat buruğunda elektrikxətti korlanmışdı. M.Hüseyn. // Məc. mənada. Əhvalı korlanmaq. Işləri korlanmaq.
|
KORLAŞMA (ID - 21943)“Korlaşmaq” dan f.is.
|
KORLAŞMAQ (ID - 21944)f (Getdikcə) görmə qabiliyyətini itirmək.
|
KORLUQ1 (ID - 21945)is. 1. Kor adamın halı, gözü görməmə. [Salman:] O mənim atamın korluğuna sataşdı. Ə.Haqverdiyev. [Məsmə:] [Ərimgil] gözsüzlük bədbəxtliyini, korluq fəlakətini özləri üçün bir nemət hesab edirdilər. S.Hüseyn. [Zeynal] korluğa...
|
KORLUQ2 (ID - 21946)is. Ehtiyac, çatışmazlıq, sıxıntı, əziyyət. [Osetiya torpağının] çaydan, sudan korluğu yoxdur. M.İbrahimov. [Pakizə xala:] Mən onu ayazda, soyuqda, pis gündə, korluqda böyütməkdə ikən məktəb onu qucağına aldı. Mir Cəlal....
|
KOROĞLUSAYAĞI, KOROĞLUHƏNGİ (ID - 21947)sif Xalq qəhrəmanı Koroğlunun bığı kimi uzun və yuxarı burulmuş (bığ haqqında). Uzun koroğlusayağı bığlar ona həqiqətən tipik Bakı susatanları görkəmi verirdi. S.Rəhman.
|
KOR-PEŞMAN (ID - 21948)zərf İstədiyini əldə etməmiş, arzusuna çatmamış; əliboş, peşman halda. Kor-peşman geri dönmək. Kor-peşman yola düşmək. - [Rəsul] kor-peşman anasının yanına gəlib onu işdən hali etdi. “Aşıq Qərib”. Kürdlər də kor-peşman...
|
KORPORASİYA (ID - 21949)[lat.] Bir peşəyə, silkə və s. mənsub olan adamların ittifaqı, birləşməsi, cəmiyyəti.
|
KORPUS (ID - 21950)[lat.] 1. Ümumi sahədə yerləşən binalardan hər biri, yaxud böyük binanın ayrıca hissəsi. Binanın baş korpusu. Xəstəxananın ikinci korpusu. - Onlar yaşayan korpus cəmisi səkkiz palatası olan ikimərtəbəli bir bina idi. M.İbrahimov....
|
KORREKTOR (ID - 21951)[lat.] Korrektura oxuyan və düzəldən mətbəə və ya nəşriyyat işçisi; müsəhhih, təshihçi.
|
KORREKTORLUQ (ID - 21952)is. Korrektorun işi, vəzifəsi; müsəhhihlik.
|
KORREKTURA (ID - 21953)[lat. correctio - düzəliş]
Mətbəədə yığılmış mətn (nabor) səhvlərinin düzəldilməsi, təshih edilməsi. Korrektura işarələri. 2. Səhvləri düzəltmək üçün yığılmış mətndən çıxardılan nüsxə. Korrektura oxumaq.... |
KORRELYAT (ID - 21954)is. [lat.] Əlaqəli dil vahidləri.
|
KORRİDA (ID - 21955)is. [isp.] İspaniyada öküzlə döyüş tamaşası.
|
KORROZİYA (ID - 21956)[lat.] Metalların və s.-nin səthinin müxtəlif fiziki-kimyəvi və bioloji amillərin təsiri nəticəsində dağılması, habelə bu prosesin özü. Metalların korroziyası. Korroziyaya qarşı tədbirlər. Süxurların korroziyası.
|
KORRUPSİYA (ID - 21957)is. [lat.] İctimai, siyasi xadimlərin, vəzifəli şəxslərin rüşvət, böyük hədiyyələrlə ələ alınması.
|
KORSAR (ID - 21958)is. [ital.] Dəniz qulduru.
|
KORSET (ID - 21959)[fr.] 1. Bədəni şax saxlamaq, beli sıxmaq üçün paltarın altından bağlanan enli elastik kəmər. Korset ilə kəmərini, yan qabırğaları bir-birinə bitişəcək qədər sıxmış bir qadın da konkaya mindi. A.Şaiq.
2. Fəqərə sütununun... |
Bu səhifə dəfə baxılıb