KÜRKTİKƏN (ID - 22710)b a x kürkçü 1-ci mənada.
|
KÜRLƏŞMƏ (ID - 22711)“Kürləşmək” dən f.is.
|
KÜRLƏŞMƏK (ID - 22712)f 1. Getdikcə ağlağan, qışqırıqçı, şıltaq olmaq (uşaq haqqında). Aylar keçdikcə körpə kürləşir, ağlamaqdan yorulmur, Firəngizin yuxusu isə göyə çəkilirdi. S.Rəhimov.
2. Tənbəlləşmək, tənbəl olub getmək, vaxtını... |
KÜRLÜK (ID - 22713)is. 1. Ağlağanlıq, şıltaqlıq, qışqırıqçılıq (uşaq haqqında). Uşaq kürlükdən arıqladı.
Tənbəllik, bacarıqsızlıq, acizlik. Kürlük etmək. |
KÜRNƏC (ID - 22714)is. məh. Bir yerə toplanma, yığışma, topa halında dayanma (qoyun və s. haqqında). [Pası] ..qoyunların kürnəcdə çox dayanmasına yol verməzdi. S.Rəhimov. Kürnəc bağlamaq - bir yerə toplanmaq, yığılmaq, sıx dayanmaq (qoyun və s....
|
KÜRRƏ (ID - 22715)klas. b a x kürə1
|
KÜRSƏK (ID - 22716)is. İtlərin, canavarların və bəzi başqa vəhşi heyvanların cütləşməsi, cinsi əlaqə prosesi və bu prosesin dövrü.
|
KÜRSÜ (ID - 22717)is. [ər.] 1. Yanları və söykənəcəyi olmayan stul; kətil. Kürsüdə oturmaq. Xəstənin yanındakı kürsünün üstündə oturan mülayim bir həkim fısıltı ilə danışırdı. H.Nəzərli. Dünən əl çalındı bir sənətkara; Bir kürsü...
|
KÜRT (ID - 22718)sif Quşların bala çıxarma zamanındakı halı, vəziyyəti. Kürt ördək. Kürt qaz. Kürt düşmək (yatmaq) - bala (cücə) çıxarmaq üçün yumurta üstündə oturmaq. Ev sahibi gözlədi; Ana qaz kürt düşsün. R.Rza. Səttarın göyərçinləri...
|
KÜRTLÜK (ID - 22719)is. Kürt düşmüş və ya kürt yatan quşun halı, vəziyyəti.
|
KÜRTÜK (ID - 22720)is. məh. Yazda dərələrdə qalmış qar komaları.
|
KÜRÜ (ID - 22721)is. zool. 1. Balıqların, amfibiyaların, molyuskların və suda yaşayan başqa heyvanların artmaq üçün tökdükləri dənşəkilli yumurtacıqlar. Kürü tökmək. - ..Balığı tutub onların kürüsünü mayalayıb satırlar. H.Zərdabi. // Balığın...
|
KÜRÜLƏMƏ (ID - 22722)“Kürüləmək” dən f.is.
|
KÜRÜLƏMƏK (ID - 22723)f Kürü tökmək. Balıqlar kürülədi.
|
KÜRÜLÜ (ID - 22724)sif Kürüsü olan. Kürülü balıq.
|
KÜRÜMƏ (ID - 22725)“Kürümək” dən f.is.
|
KÜRÜMƏK (ID - 22726)f 1. Kürəklə təmizləmək, götürmək; kürəklə götürüb atmaq. Qarı kürümək. Tövləni kürümək. Peyini kürümək. [Qumru] dəhlizdən ötəndə xırıltı səsi eşitdi. Elə bil damda qar kürüyürdülər. Mir Cəlal.
2. məc.... |
KÜRÜNMƏ (ID - 22727)“Kürünmək” dən f.is.
|
KÜRÜNMƏK (ID - 22728)1. məch. Kürəklə təmizlənmək, kürüyüb atılmaq. Küçənin qarı kürünüb. Tövlə küründü.
qayıd. dan. Çıxıb getmək, rədd olub getmək. Dur, buradan kürün. |
KÜRÜNTÜ (ID - 22729)is. Kürünüb yığılmış şeylər topası.
|
KÜRÜTDÜRMƏ (ID - 22730)“Kürütdürmək” dən f is
|
KÜRÜTDÜRMƏK (ID - 22731)icb. Kürək və s. vasitəsilə təmizlətmək, kürüyüb atdırmaq. Həyəti kürütdürmək. Peyini kürütdürmək.
|
KÜRÜTMƏ (ID - 22732)“Kürütmək” dən f.is.
|
KÜRÜTMƏK (ID - 22733)bax kürütdürmək. Xırmanı kürütmək.
|
KÜRÜTÖKMƏ (ID - 22734)is. xüs. Balıqların kürütökmə dövrü və prosesi.
|
KÜSDÜM, KÜSDÜMAĞACI (ID - 22735)is. bot. Paxlalılar fəsiləsindən xırda lələkvari yarpaqlı ağac.
|
KÜSDÜMGÜLÜ (ID - 22736)is. bot. Küsdümağacının gülü.
|
KÜSDÜMOTUKİMİLƏR (ID - 22737)cəm bot. Küsdümotu və bəzi başqa paxlalı bitkilərin daxil olduğu bitki yarımfəsiləsinin adı.
|
KÜSDÜRMƏ (ID - 22738)“Küsdürmək” dən f.is.
|
KÜSDÜRMƏK (ID - 22739)t-li. Küsməsinə, inciməsinə səbəb olmaq; incitmək, ürəyinə toxunmaq, qəlbini qırmaq. Dostunu özündən küsdürdü.
Rəqibdən kam al indi; Dərdin yada sal indi; Küsdürübsən yarını; Evdə yalqız qal indi. (Bayatı). Söylədi:... |
KÜSƏN (ID - 22740)b a x küsəyən. Küsənpayını artırar. (Məsəl).
|
KÜSƏNMƏ (ID - 22741)“Küsənmək” dən f.is.
|
KÜSƏNMƏK (ID - 22742)f 1. Ummaq, gileylənmək, giley-güzar etmək, küsən kimi olmaq. Dost dostdan küsənər. - Nə üçün hamı mənə düşmən gözü ilə baxır, yoldaş leytenant, mənim günahım nədir?.. - deyə, Vəli küsənən (f. sif.) bir dost ədası ilə...
|
KÜSƏYƏN (ID - 22743)sif Tez küsən, hər şeydən inciyən, küsən; dəymədüşər. Küsəyən qız. Küsəyən uşaq. - [Mehriban xanım] gah şıltaq bir qız, gah ceyranbaxışlı bir gəlin, sonra da indiki kimi küsəyən bir uşağa bənzər qarı şəklində dayanıb...
|
KÜSƏYƏNLİK (ID - 22744)is. Küsəyən adamın xasiyyəti...
|
KÜSKÜ (ID - 22745)bax küsü.
|
KÜSKÜN (ID - 22746)1. sif Küsmüş, incik, incimiş, narazı. Özünə yoldaşın görüb üskün; Bəzi olmuş həyatına küskün. A.Səhhət. Yenə bilməm nədir bu küskün hal? Daima həmdəmin düşüncə, xəyal. H.Cavid. Qız, bu küskün könlümü; Bircə sənsən...
|
KÜSKÜNCƏSİNƏ (ID - 22747)zərf Küsmüş halda, küskün tərzdə, narazı halda, incimiş kimi, incikcəsinə. Küsküncəsinə cavab vermək.
|
KÜSKÜNLƏŞMƏ (ID - 22748)“Küskünləşmək” dən f.is.
|
KÜSKÜNLƏŞMƏK (ID - 22749)f Ruhdan düşmək,
bədbinləşmək; narazı olmaq, incimək. Səməd bəlkə də küskünləşib başladığı işdən soyuyar. İ.Hüseynov. |
KÜSKÜNLÜK (ID - 22750)is. Küsülülük, küsü saxlama, küsmə; inciklik, narazılıq. Atası ilə anası arasında olan küskünlük, ailə həyatında olan uyğunsuzluq onda acı təsirlər oyadırdı. Şaiq. Dedi: - Az-az görünməyim küskünlükdən nişanədir; Dedim:...
|
KÜSMƏ (ID - 22751)“Küsmək” dən f.is.
|
KÜSMƏK (ID - 22752)f 1. Hər hansı bir səbəbə görə birindən (adətən öz yaxın adamından) incimək, onunla danışmamaq, onu dindirməmək. Yoldaşından küsmək. Qonşudan küsmək. [Kərbəlayı İsmayıl Zeynəbə:] ..Axırı, heç olmasa, götürüb nəçərnikə...
|
KÜSTAX (ID - 22753)sif. [fars.] klas. Abır-hörmət bilməyən, özünü tərbiyəsizcə aparan; ədəbsiz, tərbiyəsiz, sırtıq, həyasız.
|
KÜSTAXLIQ (ID - 22754)is. klas. Ədəbsizlik, tərbiyəsizlik; ədəbsiz, tərbiyəsiz hərəkət. [Müəllim:] Bağışlayın, Iskəndər bəy, hərçənd bəndənin tərəfindən küstaxlıqdır sizə nəsihət eləmək, amma uşaq tayfasına o cür sözləri deməyiniz...
|
KÜSÜ (ID - 22755)is. Bir-biri ilə danışmama halı; küsmə. Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü. (Məsəl). Artıq yetər, bu nə umu, nə küsü; Sal yadına o qayğısız günləri. Ə.Cavad. [Fərman Mələyə:] Heç fikir eləmə, ömrü...
|
KÜSÜLÜ (ID - 22756)sif. Küsmüş, incimiş, küsü saxlayan. Küsülü (z.) qalmaq. - Gah küsülü olub, gahi barışıb; Bir saat keçməmiş ara qarışıb. Q.Zakir. [Ağa Kərim:] Mən bir cüzvi işdən ötrü [Ağa Salmanla] küsülüyəm. M.F.Axundzadə. Leyk gəl...
|
KÜSÜLÜLÜK (ID - 22757)is. Bir-biri ilə danışmama, bir-birindən küsmə vəziyyəti. Küsülülüyümüz öz yolu ilə, dost, eşitmişəm otaq axtarırsan, gəl səni bir xeyirli yerə calayım. Mir Cəlal. Hə, nə var, küsülülüyün keçdimi? Q.İlkin.
|
KÜSÜŞMƏ (ID - 22758)“Küsüşmək” dən f.is.
|
KÜSÜŞMƏK (ID - 22759)qarş. Bir-birindən küsmək. Xatırında varmı, hərdən küsüşüb; Deyərdin:
Danışma, dindirmə məni! R.Rza. |
Bu səhifə dəfə baxılıb