KÜSÜLÜsif. Küsmüş, incimiş, küsü saxlayan. Küsülü (z.) qalmaq. - Gah küsülü olub, gahi barışıb; Bir saat keçməmiş ara qarışıb. Q.Zakir. [Ağa Kərim:] Mən bir cüzvi işdən ötrü [Ağa Salmanla] küsülüyəm. M.F.Axundzadə. Leyk gəl indi biz əyri oturaq, düz danışaq; Elə bil küsülü idik, gəl təzədən bir barışaq. S.Ə.Şirvani. □ Küsülü kimi - sanki bir-birindən küsmüş, bir-birini dindirməyən adamlar kimi. Dostlar bir-iki dəqiqə susub, küsülü kimi ayrı-ayrı səmtə baxdılar. M.Hüseyn. Küsülü kimi hərə öz aləminə dalmış, öz fikri ilə məşğuldu. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|