İzahlı lüğət

KÜSKÜN

1. sif Küsmüş, incik, incimiş, narazı. Özünə yoldaşın görüb üskün; Bəzi olmuş həyatına küskün. A.Səhhət. Yenə bilməm nədir bu küskün hal? Daima həmdəmin düşüncə, xəyal. H.Cavid. Qız, bu küskün könlümü; Bircə sənsən güldürən. Ə.Cavad.
2. bot. bax küsdümağacı.
küskün-küskün zərf Küsmüş halda, narazı halda, incik-incik (adətən poetik təşbehlərdə işlənir). Ay baxar küskün-küskün.. Ə.Cavad. Sən baxarkən mənə bəzən elə küskün-küskün; Oldu can mülkü pərişan deməyim, bəs nə deyim? S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed