KİFT (ID - 21210)is. [fars.] köhn. Sifilis. Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kift azarına mübtəla olubmuş. N.Nərimanov.
|
KİLƏ (ID - 21211)is. 1. Altı kiloqrama bərabər köhnə ağırlıq ölçüsü. İki kilə arpa.
2. İkigözlü taxta tərəzi. |
KİLİD (ID - 21212)is. [fars.] 1. Qıfıl. Asma kilid. - Siyirmə kilidlər biləkdən yoğun; Asılmış qıfıllar buğunbəbuğun. H.K.Sanılı. Dağa çıxaq, düzə enək, göyə dırmanaq; Yolumuzun kilidi bir, açarı birdir. M.Araz.
2. Qapını bağlamaq üçün... |
KİLİDLƏMƏ (ID - 21213)1. “Kilidləmək” dən f.is.
2. B a x qıfılbənd 2-ci mənada. [Muzdur] saz çalmasa da, çalğı tanıyan, havacatdan, gözəlləmədən, kilidləmədən, deyişmədən başı çıxan bir oğlandı. Ə.Əbülhəsən. |
KİLİDLƏMƏK (ID - 21214)f Kilidlə bağlamaq. Əmiraslan .. Nurəddini çomaq ilə döyüb anbara saldı və ağzını kilidləyib getdi. S.S.Axundov. Məşədibəy birdən qalxıb kabinetinin qapısını kilidlədi. M.Hüseyn. Şəkər qapını tez kilidləyib həkimin arxasınca...
|
KİLİDLƏNMƏ (ID - 21215)“Kilidlənmək” dən f.is.
|
KİLİDLƏNMƏK (ID - 21216)məch. 1. Kilid vurulmaq, kilidlə bağlanmaq. Qapı kilidlənmişdi. Evin qapısı dışarıdan kilidlənmişdi. M.Hüseyn.
məc. Bərk, möhkəm qapanmaq; açılmamaq. Göz qapaqları kilidlənmək. - ..[Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı... |
KİLİDLƏTMƏ (ID - 21217)“Kilidlətmək” dən f.is.
|
KİLİDLƏTMƏK (ID - 21218)icb. Kilidlə bağlatmaq. Qapıları kilidlətmək.
|
KİLİDLİ (ID - 21219)sif Kilid vurulmuş, kilidlə bağlanmış; bağlı. Kilidli qapı. Darvaza kilidlidir. - Balacayev əlini stola atıb güclə ayağa qalxdı. Qapı kilidli idi. S.Rəhimov.
|
KİLİM (ID - 21220)is. [fars.] Yun və ya pambıqdan toxunan zolaqlı, xovsuz palaz növü. Kilimə bürün, el ilə sürün. (Ata. sözü). Qadınların
kimisi yun darayır, ip əyirir, kimisi xana qurub kilim toxuyurdu. A.Şaiq. |
KİLİMARASI (ID - 21221)is. Qədim xalq oyun növü.
|
KİLİMÇƏ (ID - 21222)is. Balaca kilim. [Yasavulu] qaldırıb pəncərənin qabağında, üzərinə sürtük kilimçə salınmış, qılçaları laxlayan çarpayının üstünə uzatdılar. S.Rəhimov.
|
KİLİMÇİ (ID - 21223)is. Kilim toxuyan və ya satan adam.
|
KİLİMÇİLİK (ID - 21224)is. Kilimçinin işi, peşəsi, sənəti.
|
KİLKƏ1 (ID - 21225)is. 1. Bir-birinə qarışmış, dolanmış, pırtlaşıq saç, tük, yun, sap, ip və s. Saçı kilkə kimi pırtlaşmaq. - Ikinci qız Nərgizə: Dayan, bu saat sənin kilkələrini yolaram. Ə.Məmmədxanlı. Qarı Mahmudun kilkə kimi pırtlaşmış...
|
KİLKƏ2 (ID - 21226)is. [rus.] zool. Siyənəkkimilər ailəsinə mənsub xırda balıq növü.
|
KİLKƏBAŞ (ID - 21227)sif. dan. Daim saçları pırtlaşıq olan. Kilkəbaş qız.
|
KİLKƏLƏNMƏ (ID - 21228)"Kilkələnmək” dən f.is.
|
KİLKƏLƏNMƏK (ID - 21229)f Kilkə düşmək, düyün düşmək, pırtlaşmaq. [Arvadın] saçları pırtlaşıb kilkələnmiş, üstü-başı parça-parça olmuşdu. (Qəzetlərdən).
|
KİLKƏLƏŞMƏ (ID - 21230)"Kilkələşmək” dən f.is.
|
KİLKƏLƏŞMƏK (ID - 21231)1. B a x kilkələnmək.
2. qarş. Bir-birinin kilkəsini yolmaq; saçlaşmaq. |
KİLKƏLİ (ID - 21232)sif Kilkəsi olan (saç, yun və s. haqqında). Kilkəli baş. - Ancaq Aqil üçün, bənizinə yeni qan gələn zəif vücudlu, sarı kilkəli körpəni tərpətmək dağlar qədər ağır gəlirdi. S.Rəhimov.
|
KİLKƏSAÇ (ID - 21233)sif Saçı kilkəli, pırtlaşıq. Kilkəsaç uşaq. Kilkəsaç qız.
|
KİLKƏŞİK (ID - 21234)sif Dolaşıq, pırtlaşıq, qarışıq.
|
KİLO (ID - 21235)bax kiloqram. [Qədirin] yüz on səkkiz kilo ağırlığı olduğuna baxmayaraq, toylarda tərəkəmə oynayır, atı qızğın çapaçapa duşüb minirdi. İ.Əfəndiyev.
kilo... [fr.] Ölçü sistemində min kiçik vahidi ifadə edən mürəkkəb... |
KİLOQRAM (ID - 21236)[fr. kilo və yun. gramma] 1000 qrama bərabər çəki ölçüsü.
|
KİLOQRAMLIQ (ID - 21237)is. 1. Bir kiloqram ağırlığında olan çəki daşı. Kiloqramlığı tərəziyə qoymaq. Kiloqramlığı bəri ver.
Saylardan sonra gələrək şeyin neçə kiloqramdan ibarət olduğunu bildirir. 5 kiloqramlıq ət. |
KİLOQRAMMETR (ID - 21238)[fr. kilo, yun. gramma və metron] 1 kiloqram ağırlığında cismi
metr yüksəkliyə qaldırmaq üçün görülən işin ölçü vahidi. |
KİLOMETR (ID - 21239)[fr. kilo və yun. metron] 1000 metrə bərabər, məsafəsi 1000 metr olan uzunluq ölçüsü. Rüstəmin yaşadığı Səfalı kəndinin dəmir yolu ilə 20 dəqiqəlik, dəmir yolundan sonra da 2 kilometr yolu var idi. T.Ş.Simurq. Buradan Güneyqışlağa...
|
KİLOMETRAJ (ID - 21240)[fr. kilo və metrage] Kilometrlə göstərilən məsafə.
|
KİLOMETRLİK (ID - 21241)is. Saylardan sonra gələrək məsafənin neçə kilometrdən ibarət olduğunu bildirir. Gorusun bir neçə kilometrliyində Nəbi Qarabağa gedən tacirlərə rast gəlir. “Qaçaq Nəbi”. Fərmanın qış binası kəndin on kilometrliyində yerləşmişdi....
|
KİLOVAT (ID - 21242)[fr. kilo və ing. xüs. is.-dən] fiz. 1000 vata bərabər olan elektrik cərəyanının güc vahidi.
|
KİLOVAT-SAAT (ID - 21243)[fr. kilo ing. xüs. is. və ər. saat] fiz. 1 kilovat gücündə elektrik cərəyanının 1 saat ərzində gördüyü işə bərabər olan elektrik cərəyanı vahidi.
|
KİLSƏ (ID - 21244)is. [əsli yun.] Xristian ibadətgahı, məbədi. Seçilir qülləli, uca kilsələr; Qələbə tağları baxır göylərə; Bəlkə bir binanı silkələsələr; Bir şəhər işığı tökülər yerə. M.Araz. Kilsə başı zəng olur; Səsdən adam...
|
KİM1 (ID - 21245)əvəz. 1. Cümlədə sual mənasında işlənib, insan adlarını və insan təsəvvürü verən varlıqların adlarını əvəz edir; hansı adam. Kim gəlib? O sözü kim dedi? Bu gün kim növbə çəkəcək? - Uşaq mənimdir, baba, dəxli nədir...
|
KİM2 (ID - 21246)klas. Bax ki. Xoş ol kəsə kim; Vel dolanıb, dağda çobandır; Asudə hamandır. M.Ə.Sabir.
|
KİMİ1 (ID - 21247)qoş. 1. Bənzətmə və müqayisə bildirir. Ürəyi nanə yarpağı kimi əsir. - [Sultan bəy:] Mən bəy balası kimi qızımı arşın mal satana verəcəyəm? U.Hacıbəyov. Sanki göylərdə uçan quş kimiyəm; Sanki yerdən uçurulmuş kimiyəm....
|
KİMİ2 (ID - 21248)əvəz. Bəzisi, kimisi (adətən iki və ya bir neçə cümlə qarşılaşdırıldıqda bölgü bildirmək üçün işlənir). Kimi xörək yeyir, kimi içir, kimi qəlyan, ya çubuq çəkir. Ə.Haqverdiyev. Kimi corab gətirdi; Kimi əlcək yetirdi....
|
KİMİCƏ (ID - 21249)dan. bax kimi
|
KİMİSİ (ID - 21250)b a x kimi. Hərə bu səsi bir cür qarşıladı; kimisi polis müdirinə yumruq göstərir, kimisi barmağı ilə hədələyir, kimisi ağacla qorxudur, kimisi gülür, kimisi də “kəs səsini!” - deyə bağırırdı. M.S.Ordubadi. Kimisi səngər...
|
KİM-KİMSƏ(NƏ) (ID - 21251)is. Yaxın adam, dostaşna, qohum, qohum-əqrəba. Mənim səndən özgə yoxdur bir kəsim; Yüz kimin-kimsənən o ki var sənin. Q.Zakir. Yəqin Həpir ağıllanıb, kamil adam olub, bir də ki, .. şəhərdə kimkimsəsi yoxdur. Mir Cəlal.
|
KİMOQRAF (ID - 21252)[yun. kyma - dalğa və grapho - yazıram] 1. Müxtəlif fizioloji proseslərin qrafik qeydi üçün cihaz.
2. Eksperimental fonetikada: səs əyrisini qeyd edən cihaz. |
KİMONO (ID - 21253)[yap.] 1. Yaponlarda xalat şəklində milli kişi və qadın geyimi.
2. Qolu xüsusi şəkildə biçilmiş qadın paltarı. |
KİMSƏ (ID - 21254)1. əvəz. Məlum olmayan şəxs, adam. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. Vaqif bir kimsə ki bizdən yaşına; Yəqin bil ki, bizlən olmaz aşina. M.P.Vaqif....
|
KİMSƏNƏ (ID - 21255)əvəz. köhn. Bir adam, bir kəs, kimsə, bir şəxs. Yetişməz dadına heç bir kimsənə; Qalarsan naəlac, naçar, ağlarsan. M.V.Vidadi. Zalım fələk xub susayıb qanıma; Bir kimsənə yoxdur gələ yanıma. Q.Zakir.
|
KİMSƏSİZ (ID - 21256)sif 1. Heç kəsi (yaxın qohumu, arxası, köməyi) olmayan; adamsız. Kimsəsiz uşaq. Kimsəsiz qadın. - [Araz] kimsəsiz, tək bir adam idi. A.Şaiq. Bu gün Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman. // İs. mənasında. Hər...
|
KİMSƏSİZLİK (ID - 21257)is. 1. Kimsəsiz adamın halı; təklik, adamsızlıq. Bu gözlənilməz sədəqə Sürəyyanın ürəyini kimsəsizliyin dərin acısı ilə doldurdu. Ə.Məmmədxanlı. Dahi şairin böyük arzularla dolu qəlbi ümidsizliklə, kimsəsizliklə (z.)...
|
KİMYA (ID - 21258)[ər. əsli yun.] 1. Maddələrin quruluşunu, habelə onların qarşılıqlı olaraq bir haldan digər hala keçməsini öyrənən elm. Nəzəri kimya. Kimya dərsliyi.
Bir şeyin keyfiyyətcə tərkibi. Neft kimyası. Qan kimyası. məc. klas.... |
KİMYAÇI (ID - 21259)is. 1. Kimya mütəxəssisi.
2. Kimya sənayesi işçisi. |
Bu səhifə dəfə baxılıb