KİMİ2əvəz. Bəzisi, kimisi (adətən iki və ya bir neçə cümlə qarşılaşdırıldıqda bölgü bildirmək üçün işlənir). Kimi xörək yeyir, kimi içir, kimi qəlyan, ya çubuq çəkir. Ə.Haqverdiyev. Kimi corab gətirdi; Kimi əlcək yetirdi. M.Rahim. Kiminin rüşvətxorluğu, qohumbazlığı, kiminin xəsisliyi, bəzisinin nadanlığı tənqid olunurdu. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|