İzahlı lüğət

KRAXMAL (ID - 22360)

[alm.] bax nişasta.

KRAXMALLAMA (ID - 22361)

“Kraxmallamaq” dan f.is.

KRAXMALLAMAQ (ID - 22362)

f Şax olmaq üçün paltarı kraxmallı (nişastalı) suya salmaq. Paltarı kraxmallamaq.

KRAXMALLANMA (ID - 22363)

“Kraxmallanmaq” dan f.is.

KRAXMALLANMAQ (ID - 22364)

məch. Şax olmaq üçün kraxmallı (nişastalı) suya salınmaq. Paltar kraxmallanıb.

KRAXMALLI (ID - 22365)

sif. 1. Kraxmal vurulmuş, kraxmalı olan suya salınmış. Kraxmallı köynək. Kraxmallı döşəkağı. - Direktor kraxmallı parusin pencəyini çıxarıb, tor köynəkdə oturdu. B.Bayramov.
2. Tərkibində kraxmal (nişasta) olan, kraxmaldan...

KRAL (ID - 22366)

[rus.] 1. Bəzi feodal və burjua dövlətlərində: hökmdarların titulu; padşah, habelə həmin titulu daşıyan şəxs. Isveç kralı. Ingiltərə kralı. - Orda hər şey asılı; Qan içən bir kraldan. Ə.Cavad. [Ağazəki:] Səlimcan! ..O hansı...

KRALİÇA (ID - 22367)

[rus.] 1. Qadın hökmdar (padşah). 1956-cı ildə Ingiltərə kraliçasına Qarabağ atı - “Zaman “hədiyyə göndərilmişdi. Vahabzadə. □ Gözəllik kraliçası - öz gözəlliyi ilə başqaları arasında birinci yer tutan gözəl qadın;...

KRALLIQ (ID - 22368)

KRAN1 (ID - 22369)

[alm.] Çən, boru və s.-də maye və ya qazları açıb buraxmaq və qapamaq üçün boru şəklində lüləyi olan cihaz; quma. Kranı açmaq (bağlamaq). Kranı burmaq. Gurultu dəhşəti, yanğın lərzəsi; Salmışdı heyrətə bu gün hər kəsi;...

KRAN2 (ID - 22370)

[holl.] Yük qaldırmaq və ya endirmək, habelə onu üfüqi vəziyyətdə yaxın məsafəyə aparmaq üçün qaldırıcı maşın. Körpülü kran. Üzücü kran. Kranı quraşdırmaq. - [Yusif:] Camal, axı sən bu təchizat şöbəsindən soruş ki,...

KRANCIQ (ID - 22371)

is. Kiçik kran, balaca kran, qurnacıq (bax kran1

KRANÇI (ID - 22372)

is. Kranda işləyən, kranı idarə edən işçi (bax kran2

KRANÇILIQ (ID - 22373)

is. Krançı peşəsi, işi, sənəti. Krançılıq etmək.

KRANLI (ID - 22374)

sif. Kranı olan, qaldırıcı mexanizmi olan (b a x kran2

KRANT (ID - 22375)

dan. “Kran”ın canlı dildə işlənən yanlış forması. Nənəqız vedrəni götürüb su krantına tərəf gəlməyə başladı. S.Rəhimov. Kürəyə, od püskürən kranta yaxınlaşmaq çətin idi. Mir Cəlal.

KRATER (ID - 22376)

[yun. krater - kasa] Vulkan zirvəsində: püskürtü zamanı lavanın çıxdığı kasa və ya qıf şəklində çökəklik. Sönmüş vulkan krateri. - Teleskopla Aya baxanda orada vulkan kraterləri görünür. M.Qaşqay.

KREDİT (ID - 22377)

[lat. creditum] mal. 1. Borc olaraq mal və ya pul vermə. Uzunmüddətli kredit. Qısamüddətli kredit.
2. Müəyyən məqsəd üçün xərclənməsinə icazə verilmiş məbləğ. Xüsusi kreditdən maaş vermək. Büdcə krediti. - [Katib:] Irandan...

KREDİT (ID - 22378)

[lat.] Mühasibat dəftərində: bir idarə və ya müəssisənin bütün çıxarlarının qeyd edildiyi hesab səhifəsi (adətən sağ səhifə) (debet müqabili).

KREDİTOR (ID - 22379)

[lat.] Kredit verən şəxs və ya idarə.

KREDO (ID - 22380)

is. [lat.] Məslək, əqidə.
s

KREKİNQ (ID - 22381)

[ing. cracking] tex. 1. Neftdən, mazutdan daha yüngül məhsullar (benzin, qazolin və s.) almaq üçün xüsusi qurğu. // Benzin və s. məhsullar əldə etmək üçün neftin xüsusi qurğularda işlənməsi.
2. Bu cür emal nəticəsində alınan...

KREKİNQLƏMƏ (ID - 22382)

"Krekinqləmək” dən f.is.

KREKİNQLƏMƏK (ID - 22383)

f. xüs. Daha yüngül məhsullar (benzin, qazolin və s.) almaq üçün ağır neft məhsullarını (mazut və s.-ni) xüsusi qurğularda işləmək.

KREM (ID - 22384)

[fr.] 1. Şəkərlə çalınmış qaymaq, süd, yağ, yumurta və s.-dən ibarət qatı maddə, mət (şirni kimi, yaxud pirojna, tort və s. üçün işlədilir). Şokoladlı krem.
2. Üzə, ələ sürtmək üçün dəri yumşaldıcı kosmetik yağ....

KREMASİYA (ID - 22385)

[əsli lat.] Meyitlərin xüsusi sobalarda yandırılması; dəfn növlərindən biri.

KREML (ID - 22386)

Rus feodal şəhərlərinin bürclü qala divarları ilə əhatələnmiş və möhkəmləndirilmiş hissəsi.

KREMLİ (ID - 22387)

sif. Kremi olan (b a x krem 1-ci mənada). Kremli pirojna. Kremli tort.

KREP (ID - 22388)

[fr.] 1. Səthi nahamar ipək və ya yun parça. Krepdən paltar tikdirmək.
Yığış-yığış, büzməli qara rəngli nazik parça.

KREPDEŞİN (ID - 22389)

[fr. crepe de Chine - Çin krepi] Sıx, nazik ipək parça. 3 metr krepdeşin almaq. // Bu parçadan tikilmiş. Krepdeşin kofta. Krepdeşin yaylıq. - [Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don, lak tufli geymiş,...

KRESLO (ID - 22390)

[rus.] Dirsəklənmək üçün qoltuqluğu olan geniş (adətən yumşaq) stul, kürsü. Kresloda oturmaq. - Otağın içində stol, kürsü və kreslolar vardır. Ü.Hacıbəyov. Məhərrəm yorğun bir halda kresloya sərilib, başını ovcu içinə...

KREŞENDO (ID - 22391)

[ital.] mus. Daha ucadan; səslərin qüvvəsini getdikcə artıraraq.

KREYSER (ID - 22392)

[holl.] Qüvvətli silahları olan çox sürətli hərb gəmisi. Ağır kreyser. Yüngül kreyser. □ Kreyser sürəti xüs. - maksimal sürətdən fərqli olaraq gəmi və ya təyyarənin normal sürəti.

KRİMİNALİST (ID - 22393)

[lat.] hüq. Kriminalistika mütəxəssisi.

KRİMİNALISTİKA (ID - 22394)

[latıncadan] Cinayəti tədqiq üsullarını öyrənən hüquq elmi.

KRİMİNOLOGİYA (ID - 22395)

[lat. crimen - cinayət və yun. logos - nəzəriyyə] hüq. İctimai bir hadisə kimi cinayət haqqında nəzəriyyə.

KRİMİNOLOQ (ID - 22396)

[latıncadan] hüq. Kriminologiya mütəxəssisi.

KRİSTAL (ID - 22397)

[yun.] Təbii olaraq hissəcikləri (atomları, ya ionları) geometrik şəkildə birləşmiş bərk cisim; büllur. Duz kristalı. Almaz kristalı. // Bu şəkildə olan, kristaldan ibarət olan. Kristal maddə. Kristal çoxbucaqlı.

KRİSTALLAŞDIRILMA (ID - 22398)

“Kristallaşdırılmaq” dan f.is.

KRİSTALLAŞDIRILMAQ (ID - 22399)

məch. Kristal halına (şəklinə) salınmaq. // Büllurlaşdırılmaq.

KRİSTALLAŞDIRMA (ID - 22400)

“Kristallaşdırmaq” dan f.is. Kristallaşdırma cihazı.

KRİSTALLAŞDIRMAQ (ID - 22401)

icb. Kristal halına (şəklinə) salmaq. // Büllurlaşdırmaq.

KRİSTALLAŞMA (ID - 22402)

“Kristallaşmaq” dan f.is. Kristallaşma zamanı ionlar nə qədər çox enerji itirsələr, bu prosesin nəticəsində əmələ gələn kristal bir o qədər möhkəm olar. M.Qaşqay.

KRİSTALLAŞMAQ (ID - 22403)

f xüs. Kristala çevrilmək, kristal şəklinə düşmək. Lavanın yer üzərində tez soyuması nəticəsində tərkibinin bir qismi kristallaşır, digər qismi isə xırda kristallik və yaxud şüşəvari olur. M.Qaşqay. // Büllurlaşmaq.

KRİSTALLİK (ID - 22404)

sif [yun.] Kristal formasında olan, kristaldan ibarət olan, kristala aid olan. Kristallik süxurlar. // Büllur.

KRİSTALLİZATOR (ID - 22405)

[yun.] xüs. Kimyəvi birləşmələri kristallaşdırmaq üçün silindrik, dayaz şüşədən ibarət cihaz.

KRİSTALLOQRAF (ID - 22406)

[yun.] Kristalloqrafiya mütəxəssisi, kristalloqrafiya alimi.

KRİSTALLOQRAFİYA (ID - 22407)

[yun. krustallos və grapho] Kristallar haqqında elm.

KRİSTALON (ID - 22408)

is. xüs. ad. Parlaq sintetik parça.

KRİSTALŞƏKİLLİ (ID - 22409)

sif Kristala oxşayan, kristal formasında olan. Kristalşəkilli süxur.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed