KRAN1[alm.] Çən, boru və s.-də maye və ya qazları açıb buraxmaq və qapamaq üçün boru şəklində lüləyi olan cihaz; quma. Kranı açmaq (bağlamaq). Kranı burmaq. Gurultu dəhşəti, yanğın lərzəsi; Salmışdı heyrətə bu gün hər kəsi; Kranı bağlamaq gərəkdi əvvəl; Bununçun lazımdı bacarıqlı əl. M.Müşfiq. ..[Qoşqar] kranın altında gölləndikcə ortasından xırdaca deşik açılıb burulğan kimi burulan suya baxdı və təzədən həvəsə düşüb qurşaqdan yuxarı soyundu. İ.Hüseynov.
Paylaşın - Hamı bilsin
|