KALIM (ID - 20110)is. etnoqr. Orta Asiyada: evlənərkən oğlanın qızın ata-anasına verməli olduğu pul, mal və s.; başlıq və bu adətin özü.
|
KALIŞ (ID - 20111)is. 1. bot. Yarpaqları iti, uzun, yumşaqbuğumlu, qamışa oxşar bitki. Kalış yeyib zəhərlənmək (mal-qara haqqında). - Bostanın ətrafını kalış basmışdı. İ.Şıxlı.
məh. Göy, təzə (soğan haqqında). Kalış soğan, qırmızı... |
KALIŞLIQ (ID - 20112)is. Çoxlu kalış bitən yer. [Rüstəm kişi] kalışlığın arasındakı qarpızlardan birini götürüb geri qayıtdı. İ.Şıxlı.
|
KALİBR (ID - 20113)[fr. ] 1. xüs. Silah lüləsi diametrinin ölçüsü; çap. Kalibri böyük toplar. // Mərmi və ya güllənin diametri.
tex. Kütləvi istehsal olunan şeylərin dəqiq, müəyyən ölçüsü. tex. Məmulatın ölçüsünü, formasını və... |
KALİBRLƏMƏ (ID - 20114)“Kalibrləmək” dən f.is.
|
KALİBRLƏMƏK (ID - 20115)f tex. 1. Bir şeyin kalibrini ölçmək və ya yoxlamaq, bir şeyə lazımi kalibr vermək. Relsləri kalibrləmək.
2. Ölçü alətlərinin bölgü dərəcələrini yoxlamaq. Termometri kalibrləmək. |
KALİBRLƏNMƏ (ID - 20116)“Kalibrlənmək” dən f.is.
|
KALİBRLƏNMƏK (ID - 20117)məch. tex. Kalibrləmə işi aparılmaq, bir şeyin kalibri ölçülmək, yoxlanmaq.
|
KALİBRLƏNMİŞ (ID - 20118)f.sif. tex. Kalibri yoxlanmış (ölçülmüş), lazımi kalibr verilmiş.
|
KALİBRLƏYİCİ (ID - 20119)sif xüs. Kalibrləmə işi ilə məşğul olan işçi (b a x kalibr 2-ci mənada).
|
KALİBRLİ (ID - 20120)sif xüs. Müəyyən kalibrdə olan, müəyyən ölçüsü olan, qəbul edilmiş kalibrə uyğun olan. Müxtəlif kalibrli toplar.
|
KALİBRÖLÇƏN (ID - 20121)is. tex. Kütləvi istehsal olunan ölçü cihazlarının dəqiq kalibrini müəyyən etmək üçün ölçü aləti (əndazə, qəlib və s).
|
KALİUM (ID - 20122)[lat. əsli ər. əlkali] kim. Qələvi filizlər qrupundan gümüşü-ağ rəngli metal kimyəvi element.
|
KALİUMLU (ID - 20123)sif kim. Kalium qarışdırmaqla hazırlanmış, tərkibində kalium olan. Kaliumlu duzlar.
|
KALKA (ID - 20124)[fr.] 1. Çertyojlardan, yaxud şəkillərdən dəqiq surət çıxartmaq üçün xüsusi üsullarla hazırlanmış nazik şəffaf kağız və ya parça.
Çertyojun və ya şəklin həmin material üzərində çıxarılmış surəti. dilç. Başqa... |
KALKULYASİYA (ID - 20125)[lat.] Malın maya və satış qiymətinin hesablanması. Malın kalkulyasiyası. Kitabın kalkulyasiyası (kitabın dəyərini müəyyən etmək üçün mətbəə işarələrinin hesablanması).
|
KALKULYASİYAÇI (ID - 20126)is. Kalkulyasiya ilə məşğul olan mühasibat işçisi; kalkulyator.
|
KALKULYATOR (ID - 20127)[latıncadan] bax kalkulyasiyaçı.
|
KALLAŞMA (ID - 20128)“Kallaşmaq” dan f.is.
|
KALLAŞMAQ (ID - 20129)f. Səsi tutulmaq, boğunuq hala düşmək. Kallaşa-kallaşa karlaşır insan; Içinin səsini çölü eşitmir... M.Araz.
|
KALLAŞMIŞ (ID - 20130)f.sif.i Boğuq, tutqun (yalnız səs haqqında). Əminə .. yuxusuzluqdan kallaşmış səslə dedi: - Ikidir, üçdən beş dəqiqə işləyib. İ.Məlikzadə.
|
KALLIQ (ID - 20131)is. 1. Yetişməmiş meyvənin, məhsulun halı. Almanın kallığı. Üzümün kallığı.
məc. dan. Kütbeyinlik, kütlük, korazehinlik, qanmazlıq. Atlıxan Orxanın kallığına, keyliyinə təəccüblənirmiş kimi çiynini çəkdi. İ.Məlikzadə.... |
KALLİQRAF (ID - 20132)[yun.] bax xəttat.
|
KALLİQRAFİK (ID - 20133)[yun.] Kalliqrafıyaya aid. Kalliqrafik xətt - gözəl, aydın, düz xətt (yazı).
|
KALLİQRAFİYA (ID - 20134)[yun.] bax xəttatlıq.
|
KALMIK (ID - 20135)is. Rusiya Federasiyası tərkibində Kalmık MR-in əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. XVII əsrin 30-cu illərində Aşağı Volqada kalmıklar meydana çıxdılar. Kalmıkların nəsilləri oyratlardır.
|
KALMIKCA (ID - 20136)sif. və zərfi Kalmık dilində. Kalmıkca kitab. Kalmıkca danışmaq.
|
KALORİMETR (ID - 20137)[lat. ca1or - isti və yun. metreo - ölçürəm] İstilik miqdarını ölçən cihaz.
|
KALORİMETRİYA (ID - 20138)[lat. calor - isti və yun. metreo - ölçürəm] Fizikanın müxtəlif cisimlərin istilik tutumunu ölçməklə məşğul olan sahəsi.
|
KALORİYA (ID - 20139)[lat.] İstilik ölçüsü vahidi.
Böyük kaloriya - bir kiloqram suyun hərarətini bir dərəcə artırmaq üçün lazım olan hərarətin miqdarı. Kiçik kaloriya - bir qram suyun hərarətini bir dərəcə artırmaq üçün lazım olan hərarətin... |
KALORİYALI (ID - 20140)sif. Kaloriyası çox olan. Kaloriyalı qidalar.
|
KALORİYALILIQ (ID - 20141)is. İstilik doğurma qabiliyyəti; bir şeydə olan kaloriyanın (istiliyin) miqdarı. Yanacağın kaloriyalılığı. Xörəyin kaloriyalılığı.
|
KALSEKS (ID - 20142)[lat.] əcz. Xlorlu kalsium və urotropin duzu (qripin qabağını almaq üçün dərman kimi işlənir).
|
KALSİUM (ID - 20143)[lat.] kim. Əhəngdaşı, mərmər və s. tərkibində olan gümüşü-ağ rəngli metal - kimyəvi element.
|
KALTA (ID - 20144)bot. b a x sunərgizi. Azərbaycanın dağ-meşə qurşağının bataqlıq yerlərində bitən kalta (sunərgizi) cinsinin .. bişirilib qurudulmuş köklərindən fəsəli bişirmək olur. M.Qasımov.
|
KALVİL (ID - 20145)[fr. xüs. addan] Sarımtıl alma növü. Kalvil alması.
|
KALVİNİST (ID - 20146)[xüs. addan] Kalvinizm məzhəbinə mənsub adam.
|
KALVİNIZM (ID - 20147)[xüs. addan] XVI əsrdə İsveçrədə Kalvin adlı şəxs tərəfindən təsis edilmiş protestant məzhəblərindən biri.
|
KAM1 (ID - 20148)is. [fars.] 1. Arzu, məqsəd, məram, murad. Neçə ildir gözümüzü Mürsəlin toyuna dikmişik, bu bizim üçün böyük kamdır... A.Şaiq. Zaman bizdən kam alıbdır; Daha ürək qocalıbdır; Bizdən ancaq ad qalıbdır; Nə sən gülsən, nə...
|
KAM2 (ID - 20149)is.: kamına çəkmək - udmaq. Əjdaha itaət edib cəhənnəmi çəkdi kamına. Ə.Haqverdiyev. İkibaşlı əjdaha kimi [sel] ağzını açıb, bizi kamına çəkmək istəyirdi. S.Rəhimov.
|
KAMAL (ID - 20150)is. [ər.] 1. Kamillik, yetkinlik.
Elm, ürfan, fəzilət. [Hacı Nuru şair:] Atan oxumuşdu, kamalı var idi. M.F.Axundzadə. Ana gərək övladına kamal işığını bağışlasın. C.Məmmədquluzadə. □ Kamala çatmaq (yetmək, yetişmək)... |
KAMALINCA (ID - 20151)zərf köhn. Lazımi dərəcədə, mükəmməl surətdə, kifayət qədər; lazımınca. Bu vaxtadək nə Qasım bəy Zakirin və nə Hacı Seyid Əzim Şirvaninin tərcümeyi-halları və əşarü asari kamalınca öyrənilməyib. F.Köçərli.
|
KAMALLANMA (ID - 20152)“Kamallanmaq” dan f.is.
|
KAMALLANMAQ (ID - 20153)f Əqlən kamilləşmək, yetkinləşmək.
|
KAMALLI (ID - 20154)sif. Kamal sahibi olan; ağıllı, tərbiyəli, mərifətli. Kamallı uşaq. - [Şərəfnisə xanım:] Nə sözdür ki, sənin kimi cavan, kamallı oğlan Tiflisdə qulluq tapmaz? M.F.Axundzadə. [Hacı:] Oğlanlarım, ağıllı olun, kamallı (z.) olun,...
|
KAMALLILIQ (ID - 20155)is. Əqli cəhətdən kamillik, yetkinlik, bitkinlik.
|
KAMALSIZ (ID - 20156)sif. Ağlı-kamalı olmayan, əqli cəhətdən kamil olmayan; mərifətsiz. [Qadın:] Cənab, belə sözləri nə üçün buyurursunuz? .. Mən onlara ağılsız, qabiliyyətsiz, kamalsız deyə bilmərəm. Ə.Haqverdiyev.
|
KAMAN (ID - 20157)is. [fars.] 1. Bax kamança. Nə qədər dərdlidir o qırıq kaman; Şikayət eyləyir öz dünyasından. S.Vurğun. Söylədik qan ağlayan Araza dərdimizi. S.Rüstəm. Sular üstə yayılır; Tar səsi, kaman səsi. İ.Səfərli.
2. Oxatan yay.... |
KAMANÇA (ID - 20158)is. [fars.] Alt tərəfi diz üstünə qoyulub yayla çalınan musiqi aləti; kaman. Kamança çalmaq. Kamança kirişi. - Məclisin dalından kamança səsi eşidilir. Ə.Haqverdiyev. Alqışlar altında endi səhnədən; Yenidən kamança dindi səhnədən....
|
KAMANÇAÇALAN, KAMANÇAÇI (ID - 20159) |
Bu səhifə dəfə baxılıb