İzahlı lüğət

KAMAL

is. [ər.] 1. Kamillik, yetkinlik.
Elm, ürfan, fəzilət. [Hacı Nuru şair:] Atan oxumuşdu, kamalı var idi. M.F.Axundzadə. Ana gərək övladına kamal işığını bağışlasın. C.Məmmədquluzadə. □ Kamala çatmaq (yetmək, yetişmək) - yetkinləşmək, yetkinlik dövrünə çatmaq; kamilləşmək, təkmilləşmək. Bədəsillər çətin yetər kamala; Əgər ki, oxuya üzündən məni. Q.Zakir. Bəlkə də yetməmiş dünya kamala; Bəlkə də görməyir bu dəhşətləri. S.Vurğun. [Əliş Gülcamala:] Sonra da Gəncədə məktəbə getdik; Bir yerdə oxuyub kamala yetdik. Z.Xəlil. // Nöqsansızlıq, mükəmməllik, tamamlıq, bitkinlik. Kamala yetirmək - yetişdirmək, dərs vermək, yetkinləşdirmək. Vaqif kimi molladan dərs almısan; Gər yetirsin səni kamalə, Yetər. M.P.Vaqif.
Ağıl, zəka, dərrakə. Kamil insan kamalından bəlli olar. (Ata. sözü). Ələsgər söyləyə söz müxtəsərin; Ağlı kamil ola, kamalı dərin; Hamı bir ağızdan deyə “afərin! “Aşıq Ələsgər. □ Kamal sahibi - ağıllı, dərrakəli (adam). Gün kimi neməti-xubluqda kamal sahibidir. M.P.Vaqif. Kamalı (kamaldan) azmaq - ağlını itirmək, dəli olmaq. Mahitəmamə eylədi nisbət camalını; Nöqsanı var ki, Seyyid azıbdır kəmaldən. S.Ə.Şirvani. // İnsan ömrünün yetkinlik dövrü. İzafət tərkiblərində: qoşulduğu sözə bitkinlik, tamlıq, mükəmməllik mənası verir; məs.: kamali-ehtiramla (tam ehtiramla, artıq ehtiramla), kamali-ləzzətlə (böyük ləzzətlə), kamali-diqqətlə (tam diqqətlə, böyük diqqətlə). - ..Əgər bəzi şəxslərə həmin məsələ [papaq məsələsi] əhəmiyyətsiz və xırda bir məsələ görsənsə, biz kamali-cürətlə deyə bilərik... C.Məmmədquluzadə. [Səlim] kamali-etidalla gözləyirdi ki, [Mehriban] ağlayıb ürəyini boşaltsın. S.Hüseyn. ..Kamaliehtiramla [Hacı Qambay və Məşədi Heybətə] salam verdim. Qantəmir.
□□ Kamal attestatı - tam orta məktəbi qurtarmaq haqqında attestat.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed