KALLIQis. 1. Yetişməmiş meyvənin, məhsulun halı. Almanın kallığı. Üzümün kallığı.
məc. dan. Kütbeyinlik, kütlük, korazehinlik, qanmazlıq. Atlıxan Orxanın kallığına, keyliyinə təəccüblənirmiş kimi çiynini çəkdi. İ.Məlikzadə. □ Kallıq etmək - qanmazlıq etmək, düşüncəsiz hərəkət etmək. Paylaşın - Hamı bilsin
|