KAMANÇAÇILIQ (ID - 20160)is. Kamança çalma sənəti.
|
KAMANÇALAN (ID - 20161)b a x kamançaçalan. Kamançalan kimdir o? - Bəxtiyar! Küləkmi, ya simdir o? - Bəxtiyar! R.Rza.
|
KAMANÇI (ID - 20162)is. bax kamançaçı.
|
KAMANDAR (ID - 20163)is. [fars.] köhn. 1. Oxatan, mahir atıcı. Kamandar atar oxunu; Al eylədim mən çoxunu. “Koroğlu”. Kamil kamandardı, atıb-vurandı; Qovğa günü igidləri yıxandı. Aşıq Ələsgər.
Qədimdə ağasının yanınca ox-yayını gəzdirən... |
KAMANDARLIQ (ID - 20164)is. köhn. Kamandarın işi, vəzifəsi.
|
KAMANƏ (ID - 20165)is. [fars.] köhn. Kamanın, kamançanın yayı. Mehrabi-qaşın fikri bu xəm qəddimi, ey məh; Döndərdi qaşın kimi kamanə, ölürəm mən. Ə.Vahid.
|
KAMANQAŞ(LI) (ID - 20166)sif. şair. Qaşları kaman (yay) şəklində olan. Harda görsəm şux kamanqaşlını; Istərəm canımı qurban eyləyim. M.P.Vaqif. Ey kamanqaşlı, məni yarələdi qəmzən oxu; Zülfünü bas yarama, qoyma məni qan apara. S.Ə.Şirvani.
|
KAMBAĞI (ID - 20167)is. Atın dalındakı yükü bağlamaq üçün ip.
|
KAMBALA (ID - 20168)[fin. ] zool. Gözləri başının bir tərəfində olan yastı balıq.
|
KAMELİYA (ID - 20169)is. [fr.] Tüklü yarpaqları və iri gözəl gülləri olan ağac; gül adı.
|
KAMERA1 (ID - 20170)[lat. ] 1. Bəzi idarələrdə xüsusi məqsədlər üçün ayrılmış otaq. Dezinfeksiya kamerası. Əl baqajı kamerası. Həbsxanada dustaqların salındığı otaqlardan hər biri. Kameraya ağır bir sükut çökdü. M.Hüseyn. Dünya bir an içində;...
|
KAMERA2 (ID - 20171): kamera musiqisi - bir və ya bir neçə ifaçı üçün yazılmış musiqi əsəri. Kamera musiqisi əslində kiçik binalarda ifa edilmək üçün yaradılan vokal və instrumental əsərlərdən ibarət olur. Ə.Bədəlbəyli. Kamera konserti - kamera...
|
KAMERAL (ID - 20172)[fr.]: kameral işləri, kameral işləmə - ekspedisiya və çöl-axtarış işləri zamanı toplanmış materialların laboratoriyada, kabinədə işlənməsi. Dialektoloji ekspedisiya materiallarının kameral işlənməsi.
|
KAMERALI (ID - 20173)sif. tex. Kamerası olan (bax kamera1
|
KAMERAYAMAYAN (ID - 20174)is. dan. xüs. Deşilmiş avtomobil kameralarını vulkanizasiya üsulla yamayan usta; vulkanizator.
|
KAMERTON (ID - 20175)[alm.] Çalğı alətlərini, habelə xor oxuyarkən səsindən əsas ton kimi istifadə edilən, bərk cismə toxundurulduqda müəyyən yüksəklikdə səs çıxaran haçaşəkilli kiçik polad alət.
|
KAMFORA (ID - 20176)[lat. əsli yun.] bax kafur. Kamfora spirti. - [Mələk Kərəmə:] Kamfora vuracağam. Buna keçmişlərdə kafur yağı deyərdilər. M.Ibrahimov.
|
KAMIŞİT (ID - 20177)[rus. əsli qamış-dan] xüs. Plitə şəklində preslənmiş qamışdan hazırlanan tikinti materialı. Kamışit zavodu.
|
KAMİL (ID - 20178)sif [ər.] 1. Nöqsansız, qüsursuz, bitkin, tam, mükəmməl. Kamil əsər. - Cəmali-batinim kamildi, yox bir zərrə nöqsanı; Nə qəm, ey mahi-bimehrim, gər olsa surətim naqis. S.Ə.Şirvani. Olum sadağası bu gözəllərin; Mərifətdə kamil,...
|
KAMİLCƏ (ID - 20179)sif Kamil, mükəmməl, tam, tamam-kamal.
|
KAMİLƏN (ID - 20180)zərf [ər.] Tamamilə, bütünlüklə, tamam-kamal.
|
KAMİLLƏŞDİRİLMƏ (ID - 20181)“Kamilləşdirilmək” dən f.is.
|
KAMİLLƏŞDİRİLMƏK (ID - 20182)“Kamilləşdirmək” dən məch.
|
KAMİLLƏŞDİRMƏ (ID - 20183)“Kamilləşdirmək” dən f.is.
|
KAMİLLƏŞDİRMƏK (ID - 20184)“Kamilləşmək” dən icb.
|
KAMİLLƏŞMƏ (ID - 20185)“Kamilləşmək” dən fis.
|
KAMİLLƏŞMƏK (ID - 20186)f Kamil olmaq, kamala yetişmək; yetkinləşmək. Türk xalqlarının söz sənəti qarşılıqlı mədəni-ədəbi əlaqələr sayəsində zənginləşib kamilləşəcəkdir. (Qəzetlərdən).
|
KAMİLLİK (ID - 20187) |
KAMPANİYA (ID - 20188)[ital.] 1. Ümumiyyətlə, bir cəbhədə keçirilən hərbi əməliyyat, müharibə, hərbi yürüş, hərbi səfər. // Hərbi dəniz donanmasının aramsız üzüş və yürüş dövrü. // məc. Sözlə, yazı ilə hücum; mübarizə. ..Tiflisdə...
|
KAMPANİYAÇILIQ (ID - 20189)is. Ictimai və ya istehsal işində sistemsizlik, plansızlıq. Kampaniyaçılıqla mübarizə.
|
KAMRAN (ID - 20190)sif [fars.] klas. Kamına (arzusuna, muradına, məqsədinə) çatan; xoşbəxt, bəxtiyar. Rəvadı bunca çəkim firqətin, axir; Vüsal günləri, ey dust, kamran mən idim.. X.Natəvan. □ Kamran etmək (eyləmək) kamına (arzusuna, muradına, məqsədinə)...
|
KAMRANLIQ (ID - 20191)is. klas. Xoşbəxtlik, bəxtiyarlıq. Əyyamdən umma mehribanlıq; Bir neçə gün olsa kamranlıq. Əmani.
|
KAMSIZ (ID - 20192)1. sif Kamına yetişməmiş; məqsədinə, arzusuna çatmamış.
2. zərf Kamına (məqsədinə, arzusuna) yetişmədən. Kamsız qalmaq. |
KAMSIZLIQ (ID - 20193)is. Kamına, məqsədinə, arzusuna çatmamaq.
|
KAMUFLYAJ (ID - 20194)is. [fr.] Müəyyən obyekti gizlətmək üçün onları çeşidli rənglərlə boyama, alalama.
|
KAMVOL (ID - 20195)[alm.] xüs. 1. Zərif daranmış. Kamvolyun. // Belə daranmış yundan hazırlanmış. Kamvol parça.
Belə yundan zərif parça hazırlayan. Kamvol kombinatı. |
KAMYAB (ID - 20196)is. [fars.] klas. Kamına, arzusuna çatan; xoşbəxt, bəxtiyar. □ Kamyab olmaq - 1) kamına çatmaq, xoşbəxt olmaq. Aləm oldu şad, bülbül vəsli-güldən kamyab. S.Ə.Şirvani; 2) kam almaq. Alçaq ürəklər olmaya mövtinlə kamiyab; Ruhun...
|
KAMYABLIQ (ID - 20197)is. köhn. Arzusuna çatma; xoşbəxtlik, bəxtiyarlıq. Xülasə, ədalət hökmranlığında qurdlar quzu ilə otlayırdı, ümumi xoşbəxtlik, ümumi kamyablıq bərpa idi. Çəmənzəminli.
|
KAN (ID - 20198)is. [fars.] klas. Mədən yeri, mədən. Hər kanda əgərçi ləl çoxdur; Bir ləl ki, layiq ola, yoxdur. Füzuli. // məc. Mənbə, məxəz mənasında. Söylədi zahid: ey vəfa kanı! Bir qızım var ki, bu cahan canı. S.Ə.Şirvani. Onun üçün...
|
KANAL (ID - 20199)[lat.] 1. Dəniz, çay və göllər arasında gəmilərin gedib-gəlməsi, habelə suvarma, hidrotexniki və s. məqsədlər üçün çəkilmiş süni su yatağı. Kanal çəkmək. Samur-Abşeron kanalı. Suvarma kanalı. [Tahir:] Mingəçevirdən böyük...
|
KANALCIQ (ID - 20200)is. Kiçik kanal, dar kanal. Süxurları təşkil edən dənələr arasında çoxlu xırda boşluqlar var. Bu boşluqlar bir-biri ilə birləşib uzun kanalcıqlar əmələ gətirir.
|
KANALİZASİYA (ID - 20201)[fr.] tex. Çirkli suların axıb getməsi və təmizlənməsi üçün boru və yeraltı kanallar və b. sanitar texniki qurğular sistemi. Kanalizasiya sistemi. Kanalizasiya çəkmək. Kanalizasiya idarəsi.
|
KANALİZASİYAÇI (ID - 20202)is. Kanalizasiya işçisi.
|
KANALİZASİYALI (ID - 20203)sif Kanalizasiyası olan. Kanalizasiyalı şəhər.
|
KANALİZASİYASIZ (ID - 20204)sif Kanalizasiyası olmayan. Kanalizasiyasız məhəllə.
|
KANALİZATOR (ID - 20205)[fr.] xüs. Kanalizasiya işləri mütəxəssisi.
|
KANAPE (ID - 20206)[fr.] köhn. Söykənəcəkli taxt, divan. Böyükxanım otağın yuxarı başında kanape üzərində uzanaraq ayağının birisini qaldırıb digərinin üstünə qoymuşdu. M.S.Ordubadi. Midhəd əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi.....
|
KANARYA (ID - 20207)[coğr. addan] Otaqda qəfəsdə saxlanılan açıq-sarı rəngli oxuyan quş; sarıbülbül.
|
KANAT (ID - 20208)[rus.] Liflərdən və ya məftillərdən eşilmiş çox möhkəm yoğun ip (kəndir); buraz. Polad kanat.
□□ Kanat yol - b a x yol. |
KANATÇI (ID - 20209)is. xüs. Kanat hazırlayan fəhlə.
|
Bu səhifə dəfə baxılıb