İzahlı lüğət

KAMPANİYA

[ital.] 1. Ümumiyyətlə, bir cəbhədə keçirilən hərbi əməliyyat, müharibə, hərbi yürüş, hərbi səfər. // Hərbi dəniz donanmasının aramsız üzüş və yürüş dövrü. // məc. Sözlə, yazı ilə hücum; mübarizə. ..Tiflisdə .. nəşr olunan “Tiflisski listok” adlı bir qəzetdə türk mətbuatının ziddinə bir böyük kampaniya açılmışdı. C.Məmmədquluzadə. Mədəniyyət uğrunda çalışmaq birgünlük, biraylıq kampaniya deyil, daimi işdir. Ə.Sadıq.
2. məc. Hər hansı bir mühüm ictimai-siyasi və ya təsərrüfat tədbirini həyata keçirmək üçün müəyyən dövrdə aparılan işlər. Seçki kampaniyası. Pambıq yığımı kampaniyası. [Kosaoğlu:] Sən yaz əkin kampaniyasının qızğın vaxtında sabotajlıq eləyirsən?! I.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed