KANis. [fars.] klas. Mədən yeri, mədən. Hər kanda əgərçi ləl çoxdur; Bir ləl ki, layiq ola, yoxdur. Füzuli. // məc. Mənbə, məxəz mənasında. Söylədi zahid: ey vəfa kanı! Bir qızım var ki, bu cahan canı. S.Ə.Şirvani. Onun üçün göz çəkmərəm gözündən; Müştaqəm, ey şəkər kanı, mən sənə. M.P.Vaqif. // Eyni mənada bəzi tərkiblərdə işlənir. Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik. C.Cabbarli.
Paylaşın - Hamı bilsin
|